Xəstəliklərdən qorunmağın ən dəyərli şərtlərindən biri immunitet sistemini güclü saxlamaqdır. Keyfiyyətli yuxu, immunitet sisteminin düzgün işləməsini təmin edir. Yuxumuzu yaxşı aldıqda xəstəliklərə tutulma riskini azaldır.
Gigiyenik qaydaları unutmayın
Təmiz görünən yataqda belə toz, çirk və ölü hüceyrələr yığıla bilər. Yuyula bilən, bakteriya yığmayan, nəfəs ala bilən örtüklərə üstünlük verilməlidir. Təbii parçadan hazırlanmış örtüklər dəyər daşıyır.
Onurğa sağlamlığı vacibdir
Çox sərt və çox yumşaq yataqların yerinə orta sərtlikdə yatağa üstünlük verməkdə fayda var. Təbii bədən əyriliklərinin qorunmasını təmin edən, bədən ağırlığını nizamlayan, onurğanın düz dayanmasını təmin edən yataq düzgün seçimdir.