Qadin.NET / İsti suyun faydaları

İsti suyun faydaları

 

Suyu isti halda içmək soyuq içməkdən daha çox faydalıdır.

İsti suyun faydaları

Çəki itirmə

 

Əgər bir neçə artıq kilonuzun olduğunuzu düşünürsünüzsə, metabolizminizi sağlam bir şəkildə mühafizə etmək üçün isti suyun sizə inanılmaz yardımı olacaqdır. Bunun üçün günə içinə biraz limon sıxılmış isti su içərək başlayın. Metabolizminizi sürətləndirməklə yanaşı isti su yağ təbəqəsinin də parçalanmasına öz təsirini göstərəcəkdir.

 

Burun və boğazın təmizlənməsi

 

İsti su içmək soyuqlama, öskürək və boğaz ağrısı üçün mükəmməl təbii vasitəsir. Bəlğəmi aradan qaldırır və bədəndən kənar olmasını təmin edir. Nəticədə də boğazı rahatladır, həmçinin burun tutulmasının aradan qaldırılmasında da yardımçı olur.

İsti suyun faydaları

Detoks

 

İsti su detoks prosesində inanılmaz köməkçidir. İsti su içdiyiniz zaman bədən temperaturunuz yüksəlməyə başlayır ki, bu da tərləmənizə səbəb olur. Bu, arzu olunan haldır, çünki toksinlərin bədənimizdən kənarlaşmasına yardımçı olur. Ən effektiv nəticə əldə etmək üçün isə içmədən əvvəl suya biraz limon sıxın.

 

Erkən yaşlanmanın qarşısını almaq

 

Toksinləri bədəninizdən kənarlaşdırmaq istəməyinizin bir səbəbi də var: toksinlər sizi daha sürətli yaşlandırır.

 

İsti su içmək elastikliyi azalmış və sərbəst radikalların aşındırdığı dəri hüceyrələrinin özlərini yeniləməsinə kömək edir və beləliklə də dəriniz daha gənc və yumşaq görünür.

 

Sağlam və canlı saçlar

 

İsti su içmək həmçinin yumşaq və parlaq saçlara sahib olmaq üçün ən ideal vasitələrdəndir. Saç köklərindəki sinir uclarına enerji verir və bunları aktiv hala gətirir. Bu, saçlarınızın təbii canlılığının geri qazanılmasında və sağlam görünməsində olduqca təsirlidir.

 

Daha çox saç

 

İsti su içərək saç köklərinə təsir etmənin bir başqa müsbət təsiri də saçlarınızın çoxalması və daha sağlam uzanmasıdır.

 

Kəpəyin yaranmasının qarşısının alınması

 

İsti su saç dərinizi nəmləndirəcəyi üçün dərinin qurumasının və kəpəyin yaranmasının qarşısını alır.

 

Daha çox qan dövranı və daha sağlam sinir sistemi

 

İsti su işməyin digər bir əhəmiyyətli faydası da əzələlərinizin və sinir sisteminizin düzgün fəaliyyət göstərməsi üçün önəmli olan qan dövranının artmasıdır. Həmçinin ətrafındakı yağ yığınını parçalayır və sinir sisteminizin daha sağlam çalışmasına yardımçı olur.

 

Həzmetmə

 

İsti su xüsusilə həzm üçün çox faydalıdır. Araşdırmalar yemək əsnasında və yeməkdən sonra soyuq su içilməsinin qəbul edilən qidaların tərkibindəki yağı sərtləşdirdiyini ortaya çıxarıb. Bu səbəbdən içdiyiniz bir stəkan soyuq suyu isti su ilə əvəz etsəniz, bu problemlə qarşı-qarşıya qalmazsınız.

 

Həmçinin isti su yeməkdən sonra yaşanan həzmsizlik problemlərinə də müsbət təsir göstərir.

 

Bağırsaq hərəkətləri

 

İsti su bağırsaqlarınızın düzgün və sancısız fəaliyyətinə yardımçı olur. Susuzluq xroniki qəbizlik problemlərinə yol aça bilər.

 

Bağırsaqlarda nəcisin toplanması bağırsaq hərəkətlərini də yavaşıdır.

 

Səhərlər müntəzəm olaraq mədəniz boş halda, acqarına bir stəkan isti və ya ilıq su içməyiniz tövsiyə olunur. Bu, bağırsaqlarınızda olan hər hansı qalıqları həll edər və bağırsaqlarınızın daha düzgün və ağrısız fəaliyyətinə yardımçı olar.

 

 

publika.az

9 aprel 2020
GO BACK