İmmun sisteminin dəstəklənməsi və gücləndirilməsi, xəstəliklərə qarşı müqavimət qazanmaq, soyuqdəymə, qrip, eyni zamanda xərçəngə yoluxma ehtimalını azaltmaq üçün ən önəmli nöqtədir. Təkrarlanan və ya xroniki infeksiyalar immun siteminin zəiflədiyi vəziyyətdə ortaya çıxır. Zəif immun sistemi infeksiyaya yol açır, infeksiya immun siteminə zərər verir və bu da bədənin müqavimətini zəiflədir.
1. Ayaqlarınızı isti saxlayın
Bu barədə çox şey deyilib və Yaponiya kimi ölkələrdə çox uzun müddət tətbiq edilib. Ayaqların uzun müddət soyumasına bədən soyuqdəymə və ya qrip ilə cavab verir. Odur ki, həm gündüz, həm də gecə ayaqlarınızı isti saxlamağa çalışın.
2. Xalq təbabəti ilə profilaktik tədbirlər
İmmun sistemini gücləndirməyə kömək edən ən sadə və təsirli qidalar zəncəfil kökü, limon, bal, mixəkdir. Bu inqredientlərdən çay hazırlayın. Belə içki yalnız soyuq mövsümdə təsir göstərmir, həm də immun sistemini mükəmməl şəkildə gücləndirir.
Resept: 300-350 ml qaynar su, 3 sm zəncəfil kökü, 5 ədəd qurudulmuş mixək, bir neçə dilim limon.
Balı çay soyuduqdan sonra əlavə edin, çünki yüksək temperaturda faydalı xüsusiyyətlərini itirir.
3. Maye
Gün ərzində 1-2 litr su için.
4. Fiziki fəaliyyət
Hər gün 10-15 min addım gəzməyə çalışın. Qışda evdə müxtəlif məşqlər edin. Yaz aylarında qaçış, velosiped sürmək və üzmək məsləhətdir.
5. Yuxu
Yuxu sağlamlıq üçün çox vacib elementdir! Yalnız dərin yuxu bədəni bərpa etməyə kömək edir. Pis yuxu = zəif immunitet.
Mümkün qədər erkən yatın
Otağı maksimum qaranlıq edin.
Özünüzü kənar səslərdən təcrid edin.
Yatmazdan əvvəl otağı 30-60 dəqiqə havalandırın və 8 saat yatın.
Aytən Məftun (publika.az)