1. Çiy əti yumaq
Çiy əti yumaq təmizləmək demək deyil. Mütəxəssislər çiy əti yumağı tövsiyə etmir. Bunun səbəbi ətin üstündəki bakteriyaların əllərinizə və digər yerlərə asanlıqla yayıla bilməsidir.
2. Yeməkləri soyuducuya qoymadan əvvəl soyutmaq
Bəzi yeməkləri soyuducuya qoymadan əvvəl soyuduruq. Bunun səbəbi isti qoysaq soyuducunun xarab olacağını düşünməyimizdir. Ancaq xarab olan məhsulları qıraq 1-2 saatdan çox saxlamaq təhlükəli ola bilər. Ətli yeməkləri qıraqda saxlamayın.
3. Qidaların xarab olub-olmadığını yoxlamaq üçün yemək
Təhlükəli bakteriyaları yeməyin dadı və görüntüsü ilə tanımaq imkansızdır. Az miqdar olan bakteriyalar belə zəhərlənməyə səbəb ola bilər.
4. Çiy xəmirin dadına baxmaq
Xəmiri çiy yeməməlisiniz. Xəmir fərqli infeksiyalara səbəb olan E.coli bakeriyasını daşıya bilir.