Ebola virusu
Tarixdəki ən ölümcül viruslar arasında yer alır. İlk dəfə 1976-ci ildə Sudan və Konqoda yayıldığı vaxt diaqnoz qoyulmuşdur. Adını Konqoda yerləşən çaydan aldı. Virusun təbii qaynağının Afrikadajı meyvə yarasaları olduğunu düşünürlər. Virusun varlığı bu yarasaların coğrafi yerləri ilə üst-üstə düşür. Virus yoluxmuş insanların sekresiya vəzilərinin istehsalı olan mayelərlə yayıldığı düşünülür. Virusun simptomları; boğaz ağrısı, əzələ ağrısı, baş ağrısı və qızdırma. Bundan əlavə diş ətlərində qanaxma halları görülür. Bədənə düşən virus özünü iki və ya üç həftə arasında dəyişir. Bu virusdan 2018-in iyulundan bu günə qədər 777 nəfər öldü, 380 nəfər sağaldı.
Dang virusu
Bu virus ağcaqanadlardan keçir. Virus, çox şiddətli ağrıya, qızdırmaya və daxili qanaxmaya səbəb olur. Dang virusu, az insanda həyati riskə çevrilir. Virus müalicə edilə bilir və keçici deyil. Amma virusa qarşı peyvənd tapılmayıb. Ağcaqanadlar vasitəsilə keçdiyi üçün həddindən artıq qorunmaq mümkün deyil. Hər il 50-100 milyondan çox insanın dang virusuna yoluxduğunu bildirirlər.
Qrip virusu
Qrip illərdir qarşılaşdığımız və birlikdə yaşadığımız virusdur. Bundan əlavə 1918-ci ildə yayılmış ispan qripi, tarixin ən yoluxucu xəstəliklərindən sayılır. Ölümcül virus olan ispan qripi, dünya əhalisinin 20-40%-nə keçmişdir. İki il içində 50 milyon insanın ölümünə səbəb olmuşdur. Ancaq qrip virusu mutasaya məruz qalaraq, fərqli formalarda geri qayıtdı. 2009-cu ildə H1N1 donuz qripi on minlərlə insanın ölümünə səbəb oldu.