Qadin.NET / Koronavirusun bir nömrəli düşməni

Koronavirusun bir nömrəli düşməni

 

ÜST (Ümumdünya Səhiyyə Təşkilatı) əl yumanı koronavirusun yayılmasının qarşısını alan ən təsirli vasitə kimi tanıyır.

 

Əllərin yuyulması adi nüans kimi görünsə də, ÜST təmiz əllərin koronavirus infeksiyası riskini azaltmağın ən təsirli yollarından biri olduğunu qəbul edib. Təəssüf ki, insanların 95 faizi əllərini səhv yuyur. Ekspertlər açıqlayıb ki, əlləri yumaq əslində bir elmdir!

Koronavirusun bir nömrəli düşməni

Alimlər gigiyena vərdişlərini necə müəyyənləşdirdi?

 

“Journal of Environmental Health” jurnalında dərc edilən məqalədə göstərilib ki, amerikalı elm adamları ictimai tualetlərdə insanların gigiyenik qaydaları necə həyata keçirdiklərini izləyib. Nəticədə 3749 nəfər qeydə alınıb. Müvafiq məkana gələn hər üç nəfərdən biri əlini yuyarkən sabun istifadəsini zəruri saymayıb, 10 nəfərdən biri isə ümumiyyətlə başını qürurla qaldıraraq çanağın yanından keçib. Qadınlar kişilərə nisbətən daha səliqəli davranıb, 77,9% hallarda sabundan istifadə edib, kişilərin isə yalnız 50,3%-i.

 

Ümumilikdə ABŞ-da Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi tərəfindən aparılan onlarla araşdırma da bu nəticəyə gəlib ki, əllərin hərtərəfli yuyulması hətta ən təhlükəli xəstəliklərin yayılmasının qarşısını ala bilər. Və bu yalnız respirator koronavirusu deyil, həm də sətəlcəm və kəskin ishal ilə müşayiət olunan xəstəliklərdir. Odur ki, yalnız əlləri yumaqla gündə minlərlə insanın həyatını xilas edə bilərsiniz.

 

Əllərin yuyulmasının 5 qızıl qaydası

Koronavirusun bir nömrəli düşməni

1. Ən azı 20 saniyə əllərinizi yuyun. Unutmayın ki, əllərinizi yuyarkən saniyələr sürətlə getmir, odur ki, ölçülmüş sürətlə hesablamalısınız. Və beləliklə minimum iyirmiyə qədər sayın.

 

2. Yalnız ovcunuzu deyil, həm də hər iki əlinizin də arxa hissəsini yuduğunuza əmin olun.

 

3. Tualetdən istifadə etdikdən, burnunuzu sildikdən, hər öskürəkdən və ya asqırıqdan sonra əllərinizi mütləq yuyun.

 

4. Yeməkdən əvvəl, yemək zamanı və sonra əllərinizi yuyun.

 

5. Xəstə insanlarla danışdıqdan dərhal sonra əllərinizi yuyun. Məsələn, qrip virusu səthdə 5-10 saniyə yaşaya bilir. Bu müddət ərzində əllərinizi yumamısınızsa, virusun daşıyıcısısınız və onu başqalarına da yoluxdura bilərsiniz.

 

Yadda saxlayın ki, antiseptik məhlullar əlləri yumaq qədər təsirli deyil. Onların effektiv olması üçün tərkibi ən az 60% spirt olmalıdır, odur ki, ÜST əl yuma məsələsini mütləq prioritet sayır.

 

Aytən Məftun (publika.az)

14 mart 2020
GO BACK