1. Səs tellərinizi nəmli saxlayın, gündə ən az 2,5 litr suyu araqlıqlarla için
Səs tellərimiz gündə milyon dəfə bir-biri ilə toqquşub titrəyərək işləyən kiçik hissəciklərdir. Onları zədələnməməsi üçün sürüşkən olmalıdılar. Bunun üçün su içməyi unutmayın.
2. Kondisoner istifadəsini azaldın
Kondisoner səs tellərindəki mayeni qurudaraq, səs tellərinə ziyan vurur. Kondisoner işləyən yerdə çox qalmayın.
3. Gecə yatmadan əvvəl yeməkdən qaçın
Yatmağa ən az 3 saat əvvəl qalmış su istisna olmaqla, yemək yeməyi dayandırın. Yatmadan əvvəl yeyilən qida qırıntıları yemək borusundan səs tellərinə çataraq boğaza zərər vura bilər.
4. Səs tellərinizə istirahət verin
Ən çox istifadə etdiyiniz orqan olan səs telləri də dincəlmək istəyir. Saat başı ən az beş dəqiqə səs tellərinizi dincəldin.