Qadin.NET / Diş həssaslığının qarşısını almaq üçün tövsiyələr

Diş həssaslığının qarşısını almaq üçün tövsiyələr

 

 

Turşulu meyvələr diş minasına təsir edir

Limon, greyfurt kimi meyvələrin ağızda saxlanılması və turşulu içkilərin çox içilməsi diş minasını zəiflədir. Zəifləyən diş minası, diş həssaslığının artması deməkdir. Diş əti problemləri yaşayan insanlar, diş ətlərində çəkilmə ilə də qarşılaşırlar. Bu vəziyyətdə görünən diş kökləri diş həssaslığına səbəb olur.

 

Diş həssaslığının qarşısını almaq üçün tövsiyələr

 

 

Diş itkisinə səbəb ola bilər

Diş həssaslığı səbəbi ilə çürümüş və qırılmış dişlər, səhv diş fırçalama, diş əti iltihablanması yarana bilər. Qeyri-sağlam qidalanmaq və turşulu içkilərin çox istifadəsi diş həssaslığını artırır. Diş həkimləri, həssaslığı olan dişlər üçün müalicələr edərək problemləri azalda bilirlər. Tədbir görülmədikdə diş itkisinə qədər gedən diş həssaslığı üçün, ağrı hiss etdiyinizdə həkimə getməyiniz vacibdir.

 

Diş həssaslığının qarşısını almaq üçün tövsiyələr

 

 

Dişləri möhkəm fırçalamaq daha yaxşı təmizləməz

Dişləri möhkəm fırçalamaq, dişləri daha yaxş təmizləmək yerinə onların daha çox zərər görməsinə səbəb olur. Dişlərin ağ olacağını düşünərək möhkəm fırçalamaq, dişlərə hətta diş ətlərinə ciddi zərər verir. Xüsusilə, diş hassaslığı olan insanların diş fırçalarını həkim məsləhəti ilə seçməlidirlər.

 

Diş həssaslığının qarşısını almaq üçün tövsiyələr

 

 

Diş həssaslığının qarşısını alma yolları

Həkim müayinəsi ilə birlikdə əvvəlcə düzgün ağız baxımı mövzusunda məlumatlandırılır. Yumşaq diş fırçaların istifadəsi həssas dişlərə kömək edir. Dişlərin diş ipi ilə və həssaslığın qarşısını almaq üçün florür tərkibli diş məcunu ilə təmizlənməsi lazımdır. Müalicə müddətində diş çıxarılması ilə görünən kök üzləri blom ilə örtülür. 

 

Diş həssaslığının qarşısını almaq üçün tövsiyələr
6 mart 2020
GO BACK