Qabları yuyarkən süngər istifadə etmək
Edilən araşdırmlar təmizlik sürgərində təxminən 50 milyon bakteriya olduğunu göstərir. Əgər süngər istifadə etdikdən sonra əllərinizi yaxşıca təmizləmirsinizsə, bu bakteriyalar bədəninizə, hətta üzünüzə keçməsi normal olacaqdır. Sızanaq və müxtəlif yaralarla qarşılaşmaq istəmirsinizsə, süngəri bir neçə dəfə istifadə etdikdən sonra yeniləyin və ya qaynadaraq bakteriyaları məhv edin.
Yaş saçları dəsmal ilə bağlamaq
Vanna qəbul etdikdən sonra saçlarınızı dəsmal ilə bağlamayın. Bu sauna təsiri yaradır. Yəni saçlarınızı zədələyir, quruyur və daha tez yağlanmasına səbəb olur. Əgər quru və zədələnmiş saçlara sahib olmaq istəmirsinizsə, saç dəsmalınızı pambıq dəsmalla dəyişdirin və dəsmalı başınızda uzun müddət saxlamayın.
Üzünüzü dəsmal ilə qurulamaq
Üzünüzü yuduqdan sonra ya da vanna qəbul etdikdən sonra dəsmal ilə qurulamaq, dərinizə edə biləcəyiniz ən böyük pislikdir. Minlərcə bakteriyanın yaşadığı yaş dəsmalları istifadə etmək, sızanaq kimi problemlərə yol açır.
Makiyaj vasitələrini hamamda saxlamaq
Kosmetika vasitələri ümumiyyətlə hamamda saxnalınsa da bu düzgün hərəkət deyil. Hamamın nəmli havası, məhsulların çox daha tez xarab olmasına yol açır. Bu səbəblə sağlam bir dəri üçün kosmetika vasitələrinizi hamamda saxlamayın.