Korona virusun rastlandığı ölkələr arasında; Çin, ABŞ, Fransa, Kanada, Cənubi Koreya, Tayvan, Yaponiya, Sinqapur, Tayland, Avstraliya, Vyetnam, Hong Kong, Nepal, Malaziya var. Çində 47 milyon əhalisi olan 16 şəhər qarantina altındadır.
Korona virusdan necə qorunmaq olar?
- Xüsusilə, ictimai nəqliyyatdan istifadə etdikdən sonra əllərinizi yuyun.
- Çox insan olan yerlərdə maska taxın və ya burnuzu şərf, şalla örtün.
- Mümkündürsə, yanınızda antibakterial gel olsun.
- Məcbur olmadıqca əhalinin sıx olduğu yerlərə getməyin.
- Öskürdükdə, asqırdıqda ağzınızı və burnuzu dəsmalla örtün.
- Heyvan mənşəli qidaların yaxşı bişdiyindən əmin olun.
- Qripə oxşar simptomları olan xəstə insanlarla təmas qurmayın.
- Özünüzdə simptomlarla rastlaşdıqda həkimə müraciət edin.