Gündə 11 saatdan çox və ya dörd saatdan az yatan insanlar, təxminən yeddi saat yatan insanlara nisbətən ağciyər fibrozuna daha çox meyillidirlər.
Bu, Mançester, Oksford, Nyukasl universitetlərinin, London və Toronto universitet kolleclərinin, həmçinin, NHS Fondunun alimlərinin araşdırma qrupunun nəticəsidir.
Onların nəticələri “MedicalExpress” tərəfindən yayımlanıb.
Tədqiqatda Britaniyanın biobankından olan insanların məlumatlarından istifadə edilib. Məlum olub ki, kifayət qədər yatmayanlar və dörd saatdan az yatanlarda ağciyər fibrozunun inkişafı ikiqat artır. Gündə 11 və ya daha çox saat yatanlarda bu, üçqatdır.
Həmçinin, gecə gec yatan və ya gecə növbələrində işləyənlərdə də xəstəliyin inkişaf riski artır.
Tədqiqatçılar bildiriblər ki, Britaniyada ağciyər fibrozundan hər il təxminən beş min insan ölür, təxminən eyni sayda da qan xərçəngi qurbanı olur.