Dərman qəbul edərkən diqqət edin. Meyvə şirəsi, kola, kafeinli və spirtli içkilərin bəzi dərmanların təsirlərini dəyişə bildiyi aşkarlanıb. Xəstəliklərin müalicəsində istifadə edilən dərman preparatlarından doğru zamanda və şəkildə istifadə edilmədikdə istənilən nəticə alınmır və ya dərmanların təsiri azalır. Dərmanlarla birlikdə yeyilən qidaların dərmanın müalicəvi xüsusiyyətini aradan qaldırması ilə yanaşı, həyatı risk altına alan, bəzən də ölümlə nəticələnən reaksiyalara da səbəb ola bilər.
Bir dərmandan istifadə edərkən 'maksimum fayda və minimum risk əldə edilməsi üçün dərmanın necə, nə vaxt istifadə edilməsi və nələrə diqqət yetirməli olduğumuzu bilməliyik. Bu işdə sizə həkiminiz və əczaçı düzgün məlumat verə bilər.
Dərmanlar qazlı sular və spirtli içkilərlə içilməməlidir
Kalsium baxımından zəngin olan süd, pendir, qatıq kimi yeməklər bəzi antibiotiklərin bədən tərəfindən qəbulunu azaldır. Buna görə də bu dərmanların qəbulu zamanı bu cür yeməklərdən istifadə etmək olmaz. Ən ideal istifadə dərmanı ac qarnına, yeməklərdən 1 saat əvvəl və ya 2 saat sonra qəbul etməkdir. Tox qarnına içilməsi lazım olan dərmanı aç qarnına qəbul etsək, mədəni zədələyə bilər. Qazlı içkilər, kola və portağal suyu kimi turş içkilər də mədə turşusunu dəyişdirdiyi üçün penisillin qrupu antibiotiklərin həll olunmasını azaldır. Dərmanla birlikdə içildikdə isə dərmanın bağırsaqlardan qana keçməsinə mane olur.
Bu səbəbdən qana keçən dərmanın miqdarı azalır, təhlükəli vəziyyətlər ortaya çıxır. Buna bənzər qarşılıqlı təsirlər limon və ya portağal suyunda da ola bilər.
Su dərmanın mədədə parçalanmasını və həll olunmasını asanlaşdırır. Dərmanlar ən az bir stəkan su ilə qəbul olunmalıdır. Xüsusilə həb və kapsul şəklindəki dərmanlar mütləq bol su ilə udulmalıdır.
Həkim və ya əczaçı ilə məsləhətləşin
Təbii olduqları üçün zərərli olmadıqları düşünülən bitki mənşəli məhsullarından şüurlu surətdə istifadə etməmə mənfi nəticələrə səbəb ola bilər. Reseptsiz satılan bu məhsulların içindəki faktor maddələrin həm yeməklərlə, həm də həkim və ya əczaçının tövsiyəsi ilə istifadə edilən dərmanlarla birlikdə çox ciddi əks təsirlərə yol aça bilər. Dərmanların istifadə şəkilləri də çox əhəmiyyətlidir.
Ümumiyyətlə, həblər qırılaraq, ya da əzilərək istifadə edilməməlidir. Bəzən kapsulları açaraq meyvə şirəsinə, suya qatıb içirlər.
Bu, yanlışdır. "Bu dərmanı niyə kapsul halında istehsal etmişlər" deyə düşünmək lazımdır. Əgər o şəkildə içilməsi lazım olsaydı, kapsulun içinə qoyulmadan istehsal olunardı. Dərmanların hərəsinin müəyyən vaxtı, hər orqanizm üçün ayrı təsiri var.
Dərmanları ”Bir gün gələr istifadə edərəm”, ya da “Nə vaxtsa istifadə etmək istəyən birinə verərəm” deyə saxlamaq olmaz.
Unutmayın, sizə yaxşı təsir edən dərman başqalarına zərər verə bilər.
XƏBƏR LENTİ
Məşhur futbolçu evlənir
"Çocuklar duymasın" serialı final etdi
Orqanizmdə vitamin balansının pozulması
Azərbaycanda daha 39 nəfər koronavirusa yoluxdu, 59 nəfər sağaldı- RƏSMİ
Ramazan bayramınız mübarək!
Allah qatında din İslamdır
Ütünü necə təmizləməli?
Fransız qadınlarına xas dəb
Klafuti (foto-resept)
İlk dəfə menstruasiya olan yeniyetmələrə necə izah etməli?
Google özünü yeniləyəcək.
Azərbaycan dini abidələrin dağıdılmasına dair sənədləri təqdim etdi
QMİ Qazılar Şurası Qurban bayramı münasibətilə fətvР° verib
Maykl Bolton: Azərbaycanın musiqi ənənələri haqqında daha çox bilmək maraqlı olardı (MÜSAHİBƏ)
"Necə göründüyümü məndən yox, Aslıdan soruşun” - FOTO
Ən qorxulu evlər
Təqvim
Epilepsiyaya qarşı pulsuz dərman
Dondurulmuş qidalar ziyandır
Uşaqlar üçün şokoladlı tortların bəzədilməsi
Şirin duyğular
Bal pətəyinə diqqət
Günün ulduz falı
Qadınlar üçün ən pis gün çərşəmbədir.
Beyonce geyimi ilə diqqət çəkdi-FOTO
Tramp böyük dövlətləri tənqid etdi
Ağ ev və Kremli üstələyən saray
Füzuli rayonunda minaya düşmüş şəxslərin ölümlərindən əvvəl çəkdikləri son VİDEO
Arıqlamaq istəyirsinizsə, alça yeyin
İnsan bədənində yeni orqan kəşf edildi
Paraqvay Xocalı soyqırımını tanıdı - FOTO
Yeni yaradılan Fond bu şəxslərə maddi yardım göstərəcək
Koronavirus beyin xərçəngi yarada bilər
Azərbaycandan ABŞ-a Qarabağ xəbərdarlığı
Bürcləri 2020-ci ildə gözləyən İNANILMAZ SÜRPRİZLƏR
Prezident: Biz doğma Qarabağ torpağımıza da qayıdacağıq
NATO-dan vurulmuş vertolyotla bağlı
16 tibb bacısı eyni anda hamilədir-FOTO
Boşanıb dünyanın ən varlı üçüncü qadını oldu
Günün ulduz falı - 10.12.2013
Wi-Fi-da ciddi təhlükə aşkarlanıb
Dünyanın ən gözəl qızı başına gələnləri ETİRAF etdi
Tərəvəzli krep (foto-resept)
Hamilə olan Fahriyənin son halı - FOTO
ÜST-dən koronavirusla bağlı: Cəmi 10 faiz…
Buzlaqlar əriyir
Qadınlara neçə uşaq dünyaya gətirmək olar?
Yaponiyada ən hündür göydələn tikiləcək-FOTO
Soyuq havanın faydaları da var
Tramp koronavirusdan ziyan çəkən vətəndaşlarına 1200 dollar verəcək
- ŞƏRHLƏR