Arıqlaya bilmək çox gözəldir. Amma incə bir bədən həmişə gözəl bir bədən demək deyildir. Kökəlib arıqladıqdan sonra yaranan çatlar incəlməyimizin qarşılığı olaraq qarşımıza çıxır. Yaxşı ki, müxtəlif tədbirlərlə qorunmaq, ya da meydana gəldikdən sonra da bəzi üsullarla bunları yüngülləşdirmək mümkündür.
Dəri Xəstəlikləri Mütəxəssisi Dr. Melisa əczaçı və Dr. Zeynəb Bozburaya tez-tez kökəlib arıqlamaq zamanı ortaya çıxan, estetik baxımdan çox cansıxıcı olan çatlarla mübarizə üçün nələr edilə biləcəyini soruşduq. Həkimlər hər qadının xəyalının hamar bir dəri, estetik bir bədən olduğunu, ancaq müxtəlif faktorlarla dərinin sağlamlığını itirə bildiyini və dəri toxumasının zəiflədiyini ifadə edirlər. Dəri toxuması zəiflədikdə isə ortaya çıxan başlıca problemlərdən biri də dəri çatlarıdır. Çatlar dərinin həddindən artıq dartılması nəticəsində dəridəki elastik toxunmanın qırılması ilə meydana gəlir. Başlanğıcda qırmızı ilə bənövşəyi kimi bir rəngdə olan böyük-kiçik bu cızıqlar vaxt ötdükcə sədəfli ağ bir rəngə çevrilir. Ən çox qarın, omba, baldırlar və sinələrdə görülən çatların meydana gəlməsinə çəki dəyişmələri səbəb olur. Yaxşı, bu çatlar niyə hər kökəlib arıqlayan qadında görülmür? Dəri formamız çatların meydana gəlmə ehtimalına çox təsir edir. Bəzi dərilər digərlərinə görə daha dözümsüz olur. Məsələn: çox açıq rəngli dəri çatların meydana gəlməsinə daha çox meyllidir.
Çatların meydana gəlmə səbəbi belə açıqlanır: Dəri üst- üstə sıralanmış 3 laydan ibarətdir: Epidermis, derm və hipoderm. Derm əsl bir yorğanı xatırladır. Tərkibindəki liflər sayəsində dərinin əsas damını meydana gətirir. Dəstə şəklindəki kolajen lifləri, dərinin dözümlülüyünü, diriliyini və strukturca bütövlüyünü təmin edir. Daha incə olan elastin lifləri, kolajen lifləriylə birlikdə bir şəbəkə meydana gətirir və dərinin elastikiyində əhəmiyyətli bir rol oynayır. Əgər kolajen şəbəkələri nizamı pozularsa və elastik liflər qoparsa, dərini möhkəmləşdirən bütün quruluş pozulur və dəri yaraya bənzər bir vəziyyət alır, çatlar meydana gəlir.
Çatlara mane ola bilərikmi?
Düzgün qidalanmaq və bol su içmək dərinin sağlam bir quruluşa sahib olmasında və özünü qorumasında əhəmiyyətli bir faktordur. Dəridəki çatlara mane olan hər cür tədbir yaranan izlərin də eyni şəkildə solmasına kömək edir. Bu üsullar xəstəxana, klinika və gözəllik mərkəzlərində tətbiq olunur və həkim nəzarətində edilməsi lazımdır. Ancaq qeyd edək ki, izlərin tam itməsi qeyri-mümkündür.
Çatlara qarşı müalicə üsülları
Dəri çatları müalicəyə çox çətin tabe olsalar da, müəyyən prosedurların köməyi ilə 40-60% yaxşılaşma əldə etmək olar. Amma, əlbəttə ki, sizdəki çatların xüsusiyyətlərinə, nə vaxtdan qalmasına, rənginə baxmaq lazımdır. Əgər daha başlanğıc səviyyəsindədirsə, incə çatlardırsa, bunları müalicə etmək daha asandır. Müalicələrdə dəri tipi, çatların mərhələsi, genişliyi, bölgəsi kimi müxtəlif faktorlar nəzərə alınaraq, kombinasiya şəkilində proqramlar tətbiq olunur. Çatlara qarşı tətbiq olunacaq hər üsulun mütləq mütəxəssis həkimin köməyi ilə etməyin lazım olduğunu unutmamaq lazımdır. Həkim müayinədən sonra sizə hansı üsulun daha səmərəli olduğunu və qiymətini dəqiq deyə bilər.
Mikrodermoabrazya
Bu üsulda problemli bölgəyə aliminium oksid kristalları püskürdülür. Ultrasəs dalğası vasitəsiylə bağ toxuması, qüvvətləndirici dərman və kremlər dəriyə yeridilir. Tətbiqdən sonra həmin yerdə 15 dəqiqə ərzində heç bir qızartı və iz qalmır. Əməliyyat bədənin hər yerinə tətbiq oluna bilər. Əks təsirinin olmadığı deyilir. Dörd fəsil edilə bilər. Mikrodermoabrzya mütləq həkim nəzarətində edilməsi lazım olan bir tətbiqdir.
Kriyoterapiya
Kriyoterapya bir dondurma əməliyyatıdır. Çat izlərinin aradan qaldırılmasında istifadə edilir. Nadir olaraq, ləkələrin aradan qaldırılması kimi kosmetik əməliyyatlarda da işlədilir. Əməliyyat dərinin yeniləşməsini və cavanlaşmasını təmin edir. Həmçinin anesteziya tələb etmir.
Lazer tətbiqi
Lazer daha ciddi bir cəhd və fəsildən asılı bir tətbiqdir. Burada lazer şüalarıyla dərinin üst layları soyulur və təzə dəri təbəqəsinin çıxması təmin edilir. Çatlar bir bağ toxuması xəstəliyi olaraq təyin olunur. Dərinin soyulması kafi deyildir. Bağ toxumasını təmir edici dərman və kremlərin əmilməsini artırmaq üçün ultrasəs dalğası üsulu mütləq tətbiqə əlavə olunmalıdır. Dəri çatlarına tətbiq edilən və effektli olduğu deyilən lazer və işıq sistemləri istifadə edilərkən, əsmər dərili insanlarda ləkə qalması təhlükəsi olduğu üçün diqqətli olmaq lazımdır.
Reflexoterapiya
Reflexoterapiyanin məqsədi qan dövranını canlandırmaq və nizama salmaqdır. Kolajen və elastin meydana gəlməsində məsuliyyətli olan hüceyrələr aktiv edilir. CFK proqramıyla toxumalara xüsusi vakum şəkli xüsusi tezlik və başlıqlarla tətbiq olunur. Bədəni rahatlaşdıran və dincəldən bir üsuldur.
Mezoterapiya
A və C vitamini, minerallar, nükleik turşular və bir çox dəri yeniləmə xüsusiyyəti olan maddələrdən kombinasiya edilir. Mezoterapiyada istifadə olunan qatışıqlar az-az dəriyə tətbiq edilir.
Dərmanlar ilə çatların müalicəsi:
Tretinoin
C vitamini
Hyulikolik turşusu
Çatları həm də kimyəvi pilinqlər vasitəsi ilə də müalicə edirlər.
Siz nələr edə bilərsiniz?
Dərinizi hər gün bir kremlə nəmləndirin. Kremlər həm çatlamağa qarşı dəriyə lazım olan suyu verəcək, həm də dərinin estetik tutumunu artıracaq.
Bol- bol su için.
A, E və C vitaminləri cəhətdən zəngin yeməklərlə qidalanın.
Təkrar xatırladaq: çatlar tam olaraq müalicə edilmir, sadəcə yaxşılaşdırıla bilir.
XƏBƏR LENTİ
Bakının mərkəzində nəhəng park salınır
Girovlarımızdan məktub var
Ən böyük sərnişin təyyarəsi BAKIDA
Qızıl 4 dollardan çox bahalaşıb
Ev əşyalarına qulluq
Məşhur aktrisanı kimsə tanımadı-FOTO
Möhtəşəm geyim modelləri
Kasıb olduğu üçün qız vermədilər, o da ...-FOTO
Xalq artisti renimasiyada
92 yaşlı nənənin əl işləri
Pheromonlar yaxud ətirlərin magiyası?
Qəbizliyi aradan qaldıran çaylar
Lox-Ness bədheybəti yenidən peyda oldu?-FOTO
Çətinliklə üzləşəndə bunları xatırlayın
Yataq otağı dizaynı
DİM abituriyentlərə müraciət etdi
Qızıl balıqlı medalyon (foto resept)
Bu ölkədə pensiya yaşı 70-ə qaldırılır
Rəngarəng salat (foto resept)
“WhatsApp”dan MÖHTƏŞƏM YENİLİK- FOTO
“Miss Rusiya-2015"koronavirusa yoluxdu?
Divar kağızları
Niyə məhz Qadın.Net? (3)
Cessika Simpson 45 kq arıqladı-FOTO
Mobil telefonlar insanları belə dəyişdi
Baş infeksionist Cəlal İsayev koronavirus peyvəndi haqqında nələr dedi?
Prezidentdən ordumuzda muzdluların döyüşməsi iddialarına SƏRT REAKSİYA
QMİ-dən süni mayalanma ilə bağlı açıqlama
Şəkər xəstəliyinin birdəfəlik çarəsi tapıldı
1860-cı ildə "Ayfon" olub - İDDİA
İdmançımız ermənilərin önünə "Xocalı" yazısı ilə çıxaraq qalib gəldi
Oğrular yeni sərdabə tapdılar-FOTO
190 manatlıq birdəfəlik ödəmə yenidən veriləcək? - RƏSMİ
İlk kripto kafe açıldı-FOTO
Alıcılar bunlara diqqət etsin: Balıq bazarında canlanma - VİDEO
Günün ulduz falı
Yuxu mövqeyinizə görə əlaqəniz
Əvəlik haqqında bilmədiklərimiz
Şahzadə nişanlısı ilə qohum çıxdı (FOTO)
“Facebook” istifadəçilərə pul verəcək
Ballı meyvə salatı (foto resept)
Qurbanlıq qoyunların qiyməti neçəyədir?
Putin 11-ci oldu
Obama "Suriya qətnaməsini" Konqresə göndərib
İkinci nəsil Nissan Qashqai
Sağlam qidalanma və xərçəng əlaməti
Məşhur aktrisa maaşını ala bilmir -FOTO
Azərbaycanda III Bakı Beynəlxalq Humanitar Forumu keçirilir
Məşhur aktrisa toydan sonra xınayaxdı etdi-FOTO
42 yaşlı aktrisa görünüşü ilə heyran etdi
- ŞƏRHLƏR