Siqaret və siqaret tüstüsünün tərkibi dəyişkən xüsusiyyətli zərərli maddələrdən ibarətdir. Aparılan araşdırmalar siqaret tüstüsündə 4000-dən çox zərərli maddə olduğunu ortaya çıxarmışdır. Bu maddələrin böyük bir qismi xərçəng xəstəliyinə səbəb olur.
Siqaret tüstüsü tütün bitkisi yarpaqlarının tam yanmaması nəticəsində əmələ gəlir. Siqaret tüstüsünün tərkibindəki maddələr qaz və ya dənəcik halında olur. Siqaretin ağız qismində içə çəkilmə zamanında əmələ gələn tüstü "Ana Duman" adlanır. Yanan siqaretin ucundan və ağız qismindən özbaşına çıxan tüstü isə "Yan Duman" olaraq təyin olunmaqdadır.
Siqaret tüstüsün tərkibindəki maddələrə müxtəlif faktorlar təsir edir. Tütünün növü, yanma istiliyi, siqaretin uzunluğu, siqaret kağızının xüsusiyyətləri, filtr və tütünə əlavə edilən qatqı maddələri bunların başlıcalarıdır. Siqaretin ucunda istilik 900 C dərəcəyə yüksəlir. Ağız hissəsində isə 30 C'dir. Bu istilik səbəbiylə tütün yarpağında olan maddələr dəyişir və bir çox yeni maddə əmələ gəlir. Ana tüstünün 92-95%-i qaz halındakı dəyişik maddələrdən ibarətdir. Aparılan tədqiqatlar təxminən bir nəfəs çəkilişi siqaret tüstüsündə 300 milyon ilə 3.5 milyard arası zərərli dənəciklərin olduğunu ortaya qoymuşdur. Gündə bir paket siqaret çəkən bir insanın ildə 70.000 dəfə tüstü udmağını düşünsək, siqaret çəkənlərin məruz qaldığı zərərli maddə miqdarı aydın olar. Bu səbəblə mütəmadi siqaret çəkənlərin müxtəlif xəstəliklərə yoluxması faktı təəccüblü deyil.
Nikotin siqaret tüstüsündə dənəcik halında olan və asılılığa gətirib çıxaran əsas maddədir. Sinir sisteminə təsir edir, ürək və qan-damarların işini pozur. Nikotinin təsiri nəticəsində qan təzyiqi və nəbz sürətində artım ortaya çıxır. Bu səbəblə ürək daha çox sıxılır və ürəyin oksigen ehtiyacı artır.
Karbonmonoksit siqaret tüstüsündə qaz halında olan zərərli maddələrin ən əhəmiyyətlisidir. Tütünün tam yanmaması nəticəsində ortaya çıxır. Siqaret tüstüsün 2-6%-i karbonmonoksitden yaranmışdır. Siqaret çəkənlərin qanındakı karbonmonoksit səviyyəsi siqaret çəkməyənlərə görə 2-15 qat daha çoxdur. Karbonmonoksit hüceyrələrin qandakı oksigeni istifadə etməsinə mane olur.
Siqaretin səbəb olduğu xəstəliklər.
Tez qocalma-Daimi bir şəkildə siqaret çəkilməsi, dəri quruluşunu pozaraq qırışıqlıqlara gətirib çıxarır. Bundan əlavə dişlər saralır və qaralır, dırnaqlar zəifləyir.
Diş çürüməsi- Siqaret çəkmək dişlərin çürüməsinə və nəticədə tökülməsinə səbəb olur.
Ürək xəstəlikləri - Siqaret çəkənlərin ürək xəstəliyinə tutulma riski çəkməyənlərə nisbətdə 4 qat daha çoxdur.
Qırtlaq xərçəngi-Gündə 25 ədəd siqaret çəkmək 30 qat daha çox qırtlaq xərçənginə tutulma riskini artırır. Bu da əvvəlcə tələffüz çətinliyinə, irəliləyən mərhələlərdə isə tamamilə danışıq qabiliyyətinin itməsinə səbəb olur.
Boğaz xərçəngi - Boğaz xərçəngi xəstəliyinə 80% siqaret səbəb olur.
Mədə xərçəngi - Siqaret çəkənlərin mədə və ya bağırsaq xərçənginə tutulma riski çəkməyənlərdən 2 qat daha çoxdur.
Qaraciyər xərçəngi - Qaraciyər xərçəngi xəstəliyinin 80%-i siqaretin təsirindən olur.
Menapoz- Siqaret çəkən qadınlarda vaxtından 5-10 il əvvəl menapoz baş verir. Bu da sümüklərin daha tez incəlməsinə və əriməsinə səbəb olur.
Vaxtından əvvəl doğum-Gündə yalnız 5 ədəd siqaret çəkən hamilə bir qadının vaxtından əvvəl doğum etməsi, ya da olduqca kiçik və sağlam olmayan bir körpə doğma riski inanılmaz ölçüdədir.
Şəkər xəstəliyi - Siqaret çəkmək, bədənin insulin ifraz etmə qabiliyyətini azaldır. Bu da şəkər xəstəliyinə yol açır.
Qanqren - Ağciyərlər zəiflədiyi üçün, bədənə çox az oksigen yayılır. İnsan bədəni bu çox az miqdardakı oksigeni daxili orqanlara paylamaq məcburiyyətində qalır. Buna görə ürəyə ən uzaq orqanlar olan barmaq uclarından etibarən hüceyrələr sürətlə zəncirvari olaraq ölür. Çox vaxt qollar, ya da ayaqlar kəsilə bilər.
Qida borusu xərçəngi - Bu xərçəngə tutulmağın səbəbi məhz siqaret çəkməkdir
XƏBƏR LENTİ
Uşaq aləmi
Zümrüd rəngli donlar
Jerar Depardye Şimali Koreyaya getdi
Dadlı kartoflu yemək (foto resept)
Səda Sayan haqqında ŞOK İDDİA
Geyim kombinasiyaları
Boşanma sayı nədən artır?
Əliyevə hərbi salam verən çempiona rütbə verildi
Siqaret çəkən qadınlar 25 il sonra
Bekhem superlüks malikanəsini satır - FOTO
Facebook videoreklama başlayır?
Azərbaycanda təhlükəli sürüşmə sahələri: vəziyyət necədir?
Azərbaycanlı Ginnesin Rekordlar Kitabına düşdü
Bal və idman masajı
“Xəzər adaları”nda görüş
Çağırışçılar üçün yeni xidmət işə düşdü
İşğaldan azad edilən Cəbrayıl rayonunun görüntüləri - VİDEO
Siqaret çəkənlər bu yazını mütləq oxusunlar
Xəstəliklərin psixoloji səbəbi var!
Koronavirus aşkarlanmamış rayonlar var? - Ramin Bayramlı açıqladı
Apple yenidən lider oldu
8 dəfə boşanmış kişi 9-cu dəfə....-FOTO
Xəzərdə suitilərinin kütləvi ölümü baş verib
Ermənistanda çörək məhsulları 6 faizdən çox bahalaşdı
Sukerberq planetin 5-ci varlısı oldu
Həcc ziyarətinə getmək istəyənlərin NƏZƏRİNƏ
Gizlənməyi bacaran heyvanlar
Koronavirusla bağlı SON STATİSTİKA
“Qaçqınkom”dan məcburi köçkünlərin köçürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Azərbaycanda 57 nəfərdə koronavirusa yoluxma aşkarlanıb - VİDEO
Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub
Binəli Yıldırımdan Şuşa ilə bağlı paylaşım
Girov götürülən azərbaycanlı: Altısını da öldürdülər
Kerri və Lavrov Vyanada Qarabağı müzakirə edəcəklər
Emin "Qlükoza"nı Bakıya dəvət etdi-FOTO
HAVA necə olacaq?- 12 MART
Rəngarəng rulet (foto resept)
Gözəl saçların sirri
Azərbaycanda daha 323 nəfərdə koronavirusa yoluxma aşkarlandı
Planetin ən yüksək nöqtəsi deşilir
iPhone 6 gələn ay istehsal olunacaq
“Azercell” abunəçilərinə xəbərdarlıq edib
Alıcılar üçün hiylə
Qızılgül küçəsi
Sabah da yağış yağacaq
Uşaqların sosial-psixoloji inkişafı-14
Internetin yeni fenomeni bu uşaqdır-FOTO
Yazda bədənə canlılıq
Yuxusuzluqdan xilas olmaq üçün çaylar
Ofis işçiləri darıxanda
- ŞƏRHLƏR