Boğazda badamcıqların tez-tez əmələ gəlməsinin ilk müalicəsi dərmanlarla müalicədir. Cərrahiyyə əməliyyatı son seçimdir. Sağlam insanda badamcıqlar təbii qoruma səddidir. Əlbəttə ki, bu badamcıqların alınması məsləhət görülmür. Ancaq badamcıqlar zərər verirsə və müalicələrə cavab vermirsə, bu zaman cərrahiyyə əməliyyatı haqda düşünülməlidir.
Badamcıq uşaqlarda nə zaman əməliyyat olunmalıdır?
Uşaqlarda ildə 4 dəfə və daha çox iltihablanan badamcıqlar cərahiyyə yolu ilə götürülməlidir. Əgər bu badamcıqlar nəfəs almanı zəiflədirsə, gecə yatarkən uşaqlar ağzıaçıq yatırsa və nəfəs almaqda çətinlik çəkirlərsə, badamcıqlar mütləq əməliyyat yolu ilə götürülməlidir. Diş və çənədə böyümə və gərilməyə səbəb olan, ürək və böyrəklərə ciddi ziyan vuran badamcıqlar, əlbəttə ki, əməliyyat yolu ilə götürülməlidir.
Badamcıq iltihabının əlamətləri hansılardır?
Övladınızda aşağıdakı əlamətlərdən biri və ya bir neçəsi müşahidə oluna bilər:
1. Boğaz ağrısı
2. Udqunma zamanı ağrı hissi
3. Ağızda pis qoxu
4. İstilik
5. Səsində qırıqlıq
6. Boyundakı damarlarda böyümə
Əgər övladınızın boğazına baxsanız, badamcıqların qızardığını və böyüdüyünü görə biləcəksiniz. Bəzən badamcıqların üzəri ağ və sarı maye ilə örtülə bilər. Əgər badamcıqların iltihabından şübhə etsəniz, həkimə müraciət edin.
Badamcığın müalicəsi və əməliyyatı nə zaman vacibdir?
Antibiotiklər sayəsində çox zaman badamcıqların iltihabının qarşısını almaq mümkündür. Ancaq bu hallar tez-tez baş verirsə, bu zaman həkim məsləhəti ilə əməliyyat olunmalıdır. Həkiminiz bu iltihablanamaya səbəb olan mikrobları ilk öncə araşdıracaq və ona uyğun müalicə və antibiotiklər təyin edəcək. Aşağıdakı hallarda cərrahiyyə əməliyyatı məsləhət görülür:
* Badamcıqlar övladınızın nəfəs almasına mane olacaq qədər böyüyübsə;
* Övladınız udqunarkən əziyyət çəkirsə;
* Tez-tez təkrarlanan boğaz ağrısı zamanı;
* Tez-tez təkrarlanan boğaz iltihabı zamanı;
* Orta qulaq iltihabı və sinuizit kimi proseslərə səbəb olduğu zaman.
Badamcıq əməliyyatı zamanı nələr baş verir?
Cərrahiyyə əməliyyatı nə qədər asan olursa-olsun, uşaqlar və valideynlər üçün həmişə narahatlığa səbəb olur. Övladınıza onu nələrin gözlədiyini və əməliyyatdan sonra nələr olacağını izah etsəniz, onu bu əməliyyata hazırlamış olarsınız.
Badamcıq əməliyyatında:
* Övladınız ümumi anesteziya edilərək yatırdılacaq.
* O, 20-30 dəqiqə yatacaqdır.
* Cərrah badamcıqları övladınızın ağzının içindən götürəcək, bunun üçün dəridə heç bir kəsik olmur.
* Cərrah badamcıqları olduqları yerdən kəsib götürəcək və qanamanın qarşısını alacaq.
Əməliyytadan sonra əgər xəstədə qanaxma baş verərsə, bu zaman yenə əməliyyat otağına aparıla bilər. Əsasən bu əməliyyatdan sonra xəstəxanada qalma müddəti 5-10 saat arasında dəyişir. Ancaq 3 yaşadək uşaqlara xəstəxanada 1 gün qalmaq məsləhət görülür.
Sonda hər kəsə sağlam həyat arzu edirəm.
XƏBƏR LENTİ
Hadisə 3 aydan sonra bacısı ilə barışdı
Həkimdən komadan ayılan Bəhram Bağırzadənin səhhəti ilə bağlı AÇIQLAMA
Üz dərisini qorumağın 5 üsulu
Səhər-səhər bunları qətiyyən yeməyin
Azərbaycanın Fransadakı səfiri: “Parisdə ermənilər səfirliyimizə daş atdılar, şüşələrimizi qırdılar...”
15 nəvəsi olan 89 yaşlı qadın gəlinlik geyindi-FOTO
Gecə geyimləri
Almaniyada polis işləyən azərbaycanlı qızın FOTOları rekord baxış alır
Ezgi Mola 2 milyonluq təklifi rədd etdi
Kolbasa istehsalında xəstə heyvan ətindən istifadə olunurmu?
Səfər Əbiyevin cəzalandırdığı zabit nazirlikdə rəis müavini vəzifəsinə keçirildi
Çiban və ziyillərə qarşı müalicə üsulları
İşinizdən acığınız gəlir?
ABŞ-ın Konqres kitabxanası
Məşhur cütlüyün ayrılıq səbəbi bəlli oldu-FOTO
Külək nə vaxta kimi davam edəcək?
Sızanaqların qarşısını necə almalı?
Ermənistan ordusu mövqelərimizi atəşə tutub
20 tip moda stili (1)
Azərbaycanda bir kənddə 17 nəfər koronavirusa yoluxub
Acun Şeymanın FOTOları haqqında bunu dedi-FOTO
Müəllimlərə gül aparılmasın - Valideynlərin nəzərinə
Düşmənin hərbi avtomobil korteji məhv edilib - VİDEO
Səhiyyə Nazirliyi yeni peyvənd sifariş verib
Daxili Qoşunların hərbi qulluqçuları təcili Bərdəyə ezam olundu - RƏSMİ
Qadin.Netlə birlikdə hamiləlik (XXI həftə)
Şabalıdın qabıqlarını atmayın! Qadınlara lazım olan RESEPT
Yazıçı Anarın əsərinə qadağa qoyuldu?
Google vəd verdi
Yeməklərini incəsənət nümunəsinə çevirdi
Putinin Suriya müharibəsi ilə bağlı etirafı
Praktik 4 üz maska
Mövlud Çavuşoğlu və NATO-nun baş katibi Qarabağ münaqişəsini müzakirə ediblər
Dəbli ayaqqabı modelləri
Əfv Komissiyasının iclası keçirildi
Ralph Laurenin payız kolleksiyası
Qadın iki gecəyə iki dəfə uşaq dünyaya gətirdi - FOTO
Kasıblığa aparan 10 yol
Azərbaycanda 800 qramlıq körpə doğuldu
Türkiyədə narahat gecə: Müxtəlif bölgələrdə zəlzələlər oldu
Baş infeksionist toylara icazə verilməsi barədə: "Ehtimal çox yüksəkdir..."
Türk qəhvəsi maskası
Beyonsun heykəli hazırlandı-FOTO
Yuyucu vasitələr qadınlar üçün təhlükəlidir
Çəki azaldan bitki
Böyük səhraya düşən meteoritdə Marsa məxsus su tapılıb - FOTO
Arnold Şvartsnegger bomj oldu
YARAT "Future Shorts" qısametrajlı film festivalı
Sürücülər, diqqət! - Sabah cərimələnə bilərsiniz
"Kupça"sız əmlaka görə vergi verilməlidir?
- ŞƏRHLƏR