Şərq təbabəti tərəfdarları belə hesab edirlər ki, güclü emosiyalar, məsələn, qəzəb və ya qorxu orqanların harmoniyasını pozaraq başgicəllənmə və digər simptomlar yarada bilər. Yəqin elə bir adam yoxdur ki, heç vaxt başgicəllənmə hiss etməsin. Bununla belə, çox vaxt başgicəllənmə dedikdə, tamamilə müxtəlif hisslər anlaşılır: yüngül halsızlıqdan, ürəkbulanma və ya məstlik hissindən tutmuş öz bədəninin və ya ətraf cisimlərin fırlanması təəssüratına qədər.
Əsl başgicəllənməsi və ya vertiqo (latınca vertiqo - yəni başgicəllənmə) öz cisimlərinin fəzada və ya ətraf əşyaların öz cisminə nəzərən hərəkətli illuziyasıdır. Bu cür hal, məsələn, karuseldə fırlanarkən və ya nəqliyyatda yırğalanan zaman baş verir. Belə hallarda, məlum olduğu kimi, vestibulyar sistemindən (Vestibulyar aparat (latınca vestibulum) - insanlarda və heyvanlarda başın və bədənin vəziyyətinin dəyişməsinə əsasən müvazinəti bərpa edən orqan, daxili qulağın labirintində yerləşir) asılı olan müvazinət hissi itir. Lakin əgər başgicəllənmə hə hansı bir səbəb olmadan baş verirsə, bu, hansısa xəstəliyin simptomu ola bilər.
Vertiqo adətən güclü olmur və tez ötüb keçir. Bəzən bu simptomlar uzun müddət davam edir və daha güclü təzahür edir. Bu halda həkim məsləhəti tələb olunur. Əsl başgicəllənmə çox vaxt psixovegetativ pozulmalar zamanı müşahidə olunur və aşağıdakı əlamətlərlə müşayiət edilir:
1. Ürək bulanması
2. Qusma
3. Rəngin solması
4. Tərləmə
5. Həyəcan
Bu, vestibulyar sistemin vegetativ sinir sistemi ilə sıx əlaqəsi və əslində onun bir funksional parçası olması ilə izah olunur. Vestibulyar sistemin istənilən zədələnməsi tezliklə vegetativ pozulmalara gətirib çıxarır.
Vestibulyar analizator təkamül nöqteyi-nəzərdən ən qədim olanlardan və bununla yanaşı, sinir sisteminin strukturunda ən az öyrənilənlərdən biri sayılır. Onun analoqu hələ meduzalarda vardır. Onurğalılarda o, böyük təkmilləşməyə nail olmuşdur, insanda isə xüsusi mürəkkəb və təkmilləşmiş struktura malikdir.
İnsan orqanizmində vestibulyar sistemin rolu olduqca böyükdür. Bu, yalnız müvazinətin tənzimlənməsi və hərəkətin koordinasiyası, başın və bədənin məkanda səmtlənməsi deyildir, həmçinin aparat yerin cazibəsinə hissiyatı, hərəkətin sürətini hiss etməyini də təmin edir. Vestibulyar aparat yaddaşa, zehnə, emosional-vegetativ və davranış reaksiyalarına təsir edir. Vestibulyar sistemin bütün liflərinin həmahəng işləməsi onun orqanizmdə belə mühüm rol oynayan normal fəaliyyətinin təminatıdır.
XƏBƏR LENTİ
Instagram Stories'də Yenilik!
Uşağını əmizdirən anaya pul veriləcək
Messi "Atletiko Madrid"ə qarşı oynayacaq?
Bağırsağın müalicəsi
24 karatlıq tualet kağızı
Sudan niyə xlor qoxusu gəlir? - AÇIQLAMA
Erməninin başını partladan güləşçimiz danışdı
Yumurtalı tava tostu (foto-resept)
Azərbaycan rəssamına qraf titulu verildi
Azərbaycanda daha səkkiz nəfər koronavirusdan öldü: 792 yeni yoluxma
Hər kəs bu FOTOdan danışır
KƏBƏnin qapısının sirri açıldı
Bəzən çatışmazlıq və qüsur da faydalı ola bilir
Hava haqqında - 23.12.2013
Google Translate-də sinxron tərcümə olacaq
Günün ulduz falı - 02.10.2013
Şəhid polkovnikə Milli Qəhrəman adı verildi
Bəzi karxanalar fəaliyyətini dayandıra bilər - AÇIQLAMA
Məhərrəm ayının ilk gününün müstəhəb əməlləri
Gokhan Keser
Maqnit qasırğası olacaq-XƏBƏRDARLIQ
Bakıda güclü külək olacaq
Maraqlı və gülməli hamam əşyaları
“Dərs vaxtı”nın bu günə olan cədvəli
Kəs və yapışdır-28
Daha bir məşhur "Diriliş Ertuğrul"da - FOTO
4000 miqrant xilas olundu
Azərbaycanda daha 583 nəfər koronavirusa yoluxdu, yeddi nəfər vəfat etdi - RƏSMİ
Roqaliki (foto resept)
Dekor sabunlar təhlükə mənbəyidir
Dolunay Soysert çəkiliş vaxtı ciddi xəsarət aldı-FOTO
BMW reallıq eynəyi hazırlayıb
Rezidenturada 24 plan yeri boş qaldı
Fərqliliyə varmısınız?
Türkmənistana qara rəngli maşın aparmaq olmaz
2017-nin yaz kolleksiyası
"Kupça"sız evi necə qeydiyyata aldırmalı?
Xanımlarımızın kompleksləri - 2
Azərbaycanda koronavirusa yoluxma yenidən 100-dən aşağı düşdü: İki nəfər öldü
Gələn həftə Azərbaycanda dörd gün iş olmayacaq
Azərbaycandakı baha qiymətlər rus turistlərin sayına təsir edir
Müəllimlərin onlayn yerdəyişməsi başlayır
Qaradağlı kəndində törədilən qətliamdan 24 il ötür
Uşaq ensiklopediyası (4)
Mustafa Sandal Defne ilə sevgili olub-FOTO
Gəlin saçı modelləri
Necə bir evliliyiniz var?
Kəlbəcərə komendant təyin edildi
Arıqlamağa kömək edən salat
Kivili piroq (foto resept)
- ŞƏRHLƏR