Əlamətləri
İsti havalarda ən əhəmiyyətli problem gün vurmasıdır. Bu zaman bədənin istiliyini nizamlayan sistem pozulur, həddən artıq su və duz itirilir. Qızdırma, təzyiqin düşməsi, nəbzin sürətlənməsi, həddən artıq yorğunluq, əldən düşmə, bədən ağrıları, ürəkdə ritm pozuqluğu, baş ağrısı, narahatlıq, ruhi pozğunluq baş verir. Qarşısı alınmayan günvurma sonradan müalicə olunsa da, heç bir nəticə vermir ki, bu da ya orqanizmdə müxtəlif fəsadlar törədir, ya da ölümlə nəticələnir.
Kimlər risq altındadır?
Xüsusilə uşaqlar, yaşlılar, xroniki xəstəliyi (ürək-damar xəstəliyi, yüksək təzyiq, taxikardiya, tənəffüs sistemi xəstəliyi, böyrək xəstəliyi, diabet və digər endokrin xəstəliklər, qaraciyər xəstəliyi, Alzheimer, Parkinson və s.) olanlar, depressiya və ağıl xəstəliyi olanlar, içkili vəziyyətdə olanlar, tək yaşayanlar, müxtəlif dərman müalicəsində olanlar, hamilə qadınlar və şişmanlar, istidə ağır fiziki işlə məşğul olanlar risq altındadır. Risk fərdi vəziyyətə, istiyə məruz qalma səviyyəsinə, isti havaya adaptasiya qabiliyyətinə görə dəyişir.
İlk yardım
İstidə və ya günəş altında olan şəxsdə qızdırma, həddindən artıq halsızlıq, huşunu itirmə və ya dəridə həddindən artıq quruluq fərq edilsə, dərhal sərin və hava axını olan bir yerə alınmalı, geyimləri çıxarılmalı və bədəni yaş dəsmala bükərək soyudulmalıdır.
Ventilyator qarşısında dəri isladıla, soyuq su ilə duş aldırıla və ya qoltuq altına, boyun və ombalarına soyuq kompres tətbiq oluna bilər. Bu zaman ancaq sudan istifadə etmək lazımdır.
Şüuru açıqdırsa, bol su və duzlu ayran verilməlidir. Əgər huşunu itiribsə, vaxt itirmədən xəstəxanaya aparılmalıdır. Belə halda qızdırma salıcıların faydası yoxdur. Xəstənin soyudulması və bol mayenin verilməsi vacıbdır.
İstilərdə necə bəslənməli?
- İsti havalarda itirilən suyu və duzları bərpa etmək lazımdır. Buna görə də bol maye (susamağı gözləmədən gündə ən azı 2- 2.5 litr) qəbul edilməlidir. Sidiyin tünd sarı rəngdə olması bədəndə su əskikliyinin göstəricısıdır. Mütləq yanınızda su şüşəsi daşıyın.
- Bol miqdarda duzlu ayran için.
- Spirtli və kofeinli içkilərdən uzaq durun.
- Ağır və yağlı yeməklərdən imtina edin. Tərəvəz və meyvələrdən çox istifadə edin.
- Çöldə, açıq vəziyyətdə satılan yeməkləri almayın. Tez xarab olan qidalar (ət, yumurta, süd və s.) açıq vəziyyətdə saxlanmamalı, qidaların hazırlanması və bişirilməsi mərhələlərində gigiyena qaydalarına əməl edilməlidir.
Necə geyinməli?
- Açıq rəngli, pambıq, ya da kətan parçalardan tikilmiş bol və rahat geyimlər seçmək lazımdır. Sintetik parçadan olan geyimlər istini artırır.
- Çölə çıxarkən geniş kənarlı papaq, çətir və günəş gözlüyündən istifadə edilməlidir.
Məsləhət deyil!
Günün ən isti saatlarında (saat 12.00-16.00 arası) məcburiyyət olmadıqca çölə çıxmamalı. Bu saatlarda dənizə - hovuza girməməli, günəş vannası qəbul etməməli, çöldə idman edilməməlidir. Qaralmaq üçün günəşin altında saatlarla yatmaq olmaz. Səhər və axşamtərəfi günəşdən qoruyucu kremdən istifadə etməklə qısa müddətlərlə günəş vannası qəbul edilməlidir.
İstilərdə işləyərkən nələrə diqqət yetirməli?
Ofisdə: Ofislərin kifayət qədər havalandırılmasına diqqət göstərilməlidir. Kondisionerlər vasitəsilə sərinlik təmin edilməlidir. Günorta saatlarında zərurət olmadıqca çölə çıxmayın.
Avtomobildə: Bağlı və durdurulmuş vəziyyətdə olan avtomobilin içində uzun müddət qalmayın. Nəqliyyat vasitələri kifayət qədər havalandırılmalı, kondisionerlər sərinliyi təmin edəcək və soyuğu birbaşa üzərinizə vurmayacaq şəkildə nizamlanmalıdır. Xüsusilə körpə, uşaq, əlil və heyvanlar bağlı və durdurulmuş nəqliyyat vasitələrində buraxılmamalıdır.
Çöldə: Açıq havada işləyənlər xüsusilə risq altındadırlar. Bu səbəblə çöldəki işlərinizi havanın vəziyyətinə görə planlaşdırın. Günorta saatlarında (saat 12.00 ilə 16.00 arası) mümkünsə çölə çıxmayın. Tez-tez sərin yerlərdə fasilə verin. Özünüzlə su götürməyi unutmayın. Başınızı, gözlərinizi və dərinizi günəşdən qoruyun.
XƏBƏR LENTİ
Azərbaycanda “pinqvin” torbalar niyə qadağan edildi? - RƏSMİ AÇIQLAMA
Günün ulduz falı
Günün qoroskopu: Səhhətinizə diqqət edin
Asan peçenye (foto resept)
Fahriye Evcen və Burak Özçivit alış-veriş mərkəzində
Sobada peraşki
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Ving Çun
Merve yenə İMİCİNİ DƏYİŞDİ-FOTO
Azərbaycanda avtomobil krediti probleminə yeni həll tapıldı
Azərbaycana ərə gələn Xəzər Xaqanının qızının cehiz SİYAHISI
Məşhur futbolçular haqda maraqlı faktlar
"Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunda dəyişikliklər edildi
Məşhur cütlüyün toyuna İki Gün Qaldı-FOTO
Yaqut daşı
Hava haqqında
Anasına bənzəməmək üçün 200 əməliyyat keçirdi - FOTO
"Qızıl ştat"-Kaliforniya
Turşuların sümük əritdiyini bilirdiniz?
Pensiyalarla bağlı DAHA BİR YENİLİK
Boşandıqdan sonra əridi
Azərbaycanın ən bahalı futbolçuları
Dünən baş verən zəlzələ 6 rayonda dağıntı törədib
Dünya Bankı: 5 gündən sonra ABŞ-ı fəlakət gözləyir
Amerikalı həkimdən şok KORONA XƏBƏRDARLIДћI
Göz yaşları və ya Tanrının imzası
Qeyri-adi qalstuk bağlamağı öyrənək
Dondurma bazarında vəziyyət necədir?
Ərikli keks
Nəsiminin məzarı Hələbdən Azərbaycana gətirilsinmi?
Havadan ehtiyatlı olun!
Bu gün üçün: Sevgiyə aid mahnılar
Günün qoroskopu: nəyisə gizlədən insanlarla təmaslar istisna deyil
Bu gün Azərbaycanda 9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
Sarkisyanın səfəri Gürcüstanda qalmaqal yaradıb
18 yaşında göstərən maska
Bu gün Cenniferin toyudur - FOTO
Başqa musiqilər...
Hamiləlikdə baş ağrısı və miqren
Sabahın HAVA PROQNOZU
Peşmərgə Suriyaya keçdi
İshal və qusma zamanı ilk tibbi yardım(1)
Ukraynada fəlakət yaşanır
Bağçalar nə vaxt açılacaq?- RƏSMİ
Kürd lider PKK-ya yox, TSK-ya səsləndi: silahı yerə qoyun
ABŞ: "Əlimizdə Rusiyanı ifşa edən fotolar var"
Görmək istədiyinizi gözünüzün önünə gətirən linza
Birlikdə yaşaya biləcəyiniz romantik anlar
"Aslan Kral" cizgi filmindən 500 milyonluq gəlir
"Eurovision-2016"nın qalibinə xalq artisti adı verildi
- ŞƏRHLƏR