Çayı qarışdırmaq, qəzetin səhifələrini çevirmək, yazı yazmaq kimi adi görünən fəaliyyətləri həyata keçirən əlimiz, əslində, inanılmaz mühəndislik əsəridir. Əl standart quruluşa malik olmasına baxmayaraq, bir-birindən çox fərqli istifadə sahələrində işləyir. Çoxlu sayda əzələ və sinirə malik qollarımız şərtlərə uyğun olaraq əlimizin güclü və ya yumşaq tutmasını təmin edir. Məsələn, insan əli yumruq kimi sıxılmamış vəziyyətdə ikən hər hansı cismin üzərinə 45 kiloqramlıq güclə zərbə endirə bilər, digər tərəfdən baş barmaq və şəhadət barmağı arasında tutduğu millimetrin onda biri qədər naziklikdəki kağız parçasını hiss edə bilər.
Göründüyü kimi, hər iki iş bir-birindən tamamilə fərqlidir. Biri çox incə əyar, digəri isə tam əksinə, böyük güc tələb edir. Lakin biz kağızı alarkən də, yumruq vurarkən də 1 saniyə belə necə etməyi, ikisi arasındakı güc fərqini tənzimləməyi belə düşünmürük. “İndi bir kağız götürəcəyəm, yaxşısı budur ki, 500 qramlıq güc tətbiq edim, indi də su dolu vedrəni qaldıracağam, bunun üçün 40 kiloqramlıq güc tətbiq edim”,– emirik. Bunlar ağlımıza belə gəlməz.
Çünki insan əli bütün bu prosesləri eyni anda edəcək şəkildə yaradılmışdır. Əl bütün xüsusiyyətləri ilə birlikdə yaradılmışdır.
Əlin bütün barmaqları funksiyalarına görə ən uyğun uzunluqdadır və ən uyğun yerdədir, bundan əlavə, bir-birlərinə uyğundur. Məsələn, normal baş barmağı olan əllə atılan yumruğun gücü qısa baş barmağı olan əllə atılan yumruğun gücündən çoxdur. Çünki baş barmaq onun üçün seçilmiş uzunluq sayəsində digər barmaqların üstünə qıvrılaraq bükülür, beləcə, onları dəstəkləyərək gücü artırır.
Əlin quruluşunda çox incə detallar var, məsələn, əzələ və sinirlərin yanında bəzi kiçik formalar var. Barmaqlarımızın ucundakı dırnaqlar lazımsız deyil. Yerə düşmüş iynəni götürərkən barmaqlarımız qədər dırnaqlarımız da kömək edir. Əlimizdəki barmaq izlərini əmələ gətirən qırışlar və dırnaqlar sayəsində də kiçik şeyləri asanlıqla götürürük. Bundan əlavə, dırnaqlar barmaqların tutduğu cismə tətbiq etdiyi həssas təzyiqin tənzimlənməsində böyük rol oynayır.
Əlimizi digər orqanlarımızdan ayıran digər bir xüsusiyyəti yorulmamasıdır.
Tibb və elm dünyası böyük səy göstərərək insan əlinin bənzərini süni surətdə düzəltməyə çalışır. Düzəldilən robot əllər güc baxımından insan əli ilə eynidir, lakin insan əlindəki həssas toxunma, mükəmməl manevr qabiliyyəti və fərqli işlər etmə bacarıqları robot əldə mümkün deyil.
Belə ki, bir çox elm adamı insan əlinin bütün funksiyalarına malik robot əlin düzəldilməsinin qeyri-mümkün olduğunu düşünür. “Karlsruhe əli” adlanan robot əli düzəldən Hans J. Şnebeli (Hans J. Schneebeli) bu barədə: “robot əllər üzərində nə qədər çox işləyirəmsə, insanların sahib olduğu əllərə o qədər çox heyran oluram. İnsan əlinin gördüyü işin bir qismini belə əldə etmək üçün daha çox zaman keçməlidir”, – deyir.
Digər tərəfdən, əl, əsasən, gözlə ortaq işləyən orqandır. Gözün qəbul etdiyi siqnallar beyinə çatdırılır və beyindən gələn yeni əmrlə əl görəcəyi işə uyğun olaraq hərəkətə keçir. Təbii ki, bunlar çox qısa müddətdə və bizim xüsusi səy göstərməyimizə ehtiyac olmadan baş verir. Robot əllər isə ancaq ya görmə, ya da toxunma xüsusiyyətinə əsaslanaraq hərəkət edirlər. Görəcəkləri hər iş üçün müxtəlif əmrlər verilməlidir. Bundan əlavə, robot əllər ayrı-ayrı funksiyanı yerinə yetirə bilmirlər. Məsələn, piano çala bilən robot əl çəkic tuta bilmir. Çəkic tuta bilən robot əl isə yumurtanı sındırmadan tuta bilmir. Tədqiqatlar nəticəsində yeni-yeni istehsal edilməyə başlayan bəzi robot əllər 2-3 işi birlikdə edə bilir, lakin bu hərəkətlər əlin qabiliyyətləri ilə müqayisədə çox bəsitdir.
Bütün bunlardan əlavə, insanın hər iki əlinin eyni anda mükəmməl uyğunluq içində işlədiyini də nəzərə alsaq, əldəki qüsursuz yaradılışı daha aydın görərik.
Allah əli insanlar üçün xüsusi yaratmışdır. Əlin hər xüsusiyyəti Allah`ın yaratma sənətindəki qüsursuzluğu və bənzərsizliyi bizə göstərir.
R. Əkbərov
XƏBƏR LENTİ
Dərinin sağlamlığını və gözəlliyini qoruyan qidalar
Şəkidə şirniyyat festivalı olacaq
Fransa telekanalı Qarabağı müzakirə etdi
İnsan
Bu bitkiləri evdə saxlamayın
Meqan və Harridən nümunəvi addım -FOTO
Azərbaycan valyuta bazarının həftəlik icmalı
Emin həmkarları ilə həkimlər üçün oxudu-VİDEO
Göbələkli bilinçik (foto-resept)
"Qalatasaray"ın "pitbul"u Skolariyə səsləndi
Kolumbiyada eynicinsli nikahlar leqallaşdı
Siqareti atmaq üçün az bilinən üsullar
Mirvari dəbi geri qayıtdı
Şərq ay təqvimi günlərinin dölə təsiri
Bibiheybət və İçərişəhərdəki В«CüməВ» məscidində qanvermə aksiyası olacaq
İncə bilərzik modelləri
Ebru Gündeş rekord gəlirlə “O səs Türkiyə”yə qayıdır
Sərnişinlər üçün yeni xidmət yaradıldı - FOTO
Hicablı xanımlar üçün geyimlər
"Birinci Avropa oyunları ədalətli, sağlam rəqabət, dostluq və həmrəylik şəraitində keçiriləcək"
Günün qoroskopu: qayıdana fikir verin
Parisdəki terror zamanı ölən və yaralananlar arasında azərbaycanlı varmı?
Portağalın faydaları
Uşaqlarda yeriməyi gecikdirən səbəblər
Zirəddin Rzayevin QƏBUL QİYMƏTİ
Ona səbəb göstərin!
Azərbaycanda necə QİÇS xəstəsi var?
Arıqlamaq üçün ilkin addımlar
Paştet (foto resept)
Fiziki qüsurlu uşaqların təhsili üçün şərait yaradılıb
İlham Əliyev və Mehriban Əliyeva açılış mərasimində - FOTO
İslamı qəbul edən dünya ulduzu -FOTO
Çempionlar Liqasının püşkünün vaxtı açıqlandı
Saça necə qulluq etməli
Fıstıqlı krokan (foto-resept)
Plastik tac yarım milyona satıldı
Google sürücüsüz avtomobil buraxacaq
Ramazanın 14-cü günü: dua, imsak və iftar vaxtı
Günün qoroskopu: köhnə borclardan birini qaytaracaqlar
Həmyerlimiz Türkiyədə bir torba pulu zibilliyə atdı
Mehriban Əliyevadan işğaldan azad edilmiş ərazilərimizlə bağlı paylaşım
Bəyəndim (Like)
Bakı yollarında sürət həddi yenə dəyişdi
Müəllimlər sınaq qarşısında
İrəvandan ilk acı etiraf: ermənilər ŞOKDADIR
"Xocalı Ermənistanın türk dünyasına qarşı aparılan çirkin oyunlarının bir hissəsidir"
“Şəhid” edilmiş, viranə Seyidli - VİDEO
Onlar tablo deyil, Çinin düyü tarlaları
Təəccübləndirən və güldürən şəkillər
2017-nin dəbi olacaq rənglər
- ŞƏRHLƏR