İnsult, beyin travması və bu qrupa daxil olan başqa xəstəliklər-beyin qan dövranının kəskin pozulması, pisləşməsi deməkdir. Bu zaman beyin funksiyası insanı ölüm dərəcəsinə gətirənə qədər zədələnir.
İnsult-ölümə səbəb olmasına görə, xərçəngdən və ürək xəstəliklərindən sonra üçüncü yerdə dayanır. Statistikaya görə, dünyada hər il 1 milyon insan insult olur. Onların 40%-nin xəstəliyi ölümlə nəticələnir. Xəstələrin 20%-i isə tam olaraq sağalır. Sağalanların 50%-də isə bu xəstəlik 5 il müddətində dəfələrlə geri qayıdır. İnsult çox vaxt 60 yaşdan yuxarı olan qocalarda baş verir. Xəstəliyin diaqnozu, ciddiliyi onun inkişafından, gecikməsindən asılıdır.
Yaşlı insanlar arasında əlilliyin aparıcı və ölümün əsas səbəblərindən olan serebal insult hələ də səhiyyənin əsas problemlərindən biri olaraq qalır. İnsult həyat üçün təhlükəli olan kəskin miokard infaktı və ya kəskin kəllə-beyin travması ilə eyni dərəcədə təhlükəli hesab olunmalıdır.
Mütəxəssislər insultu bir neçə növə ayırırlar:
1. İşemik insult və ya beyinin infaktı.
İnsultun səbəbi: qan təchizatının çatışmazlığı nəticəsində beyin ocaqları zədələnir. İşemik insult 24 saatdan çox çəkən, bir gün ərzində ölümə gətirib çıxaran, nevroloji simptomların inkişafı ilə xarakterizə olunan sindromdur. Bu halın 80%-də işemik insult karotit hövzədə, 20%-də isə vertebrobazilyar hövzədə baş verir.
2. Hemorragik insult və ya büyindaxili hematoma.
İnsultun səbəbi: serebral arterial damarın travmatik genezli olmayan partlaması və qanın beyinə axmasıdır. Bu zaman beyində qan dövranı kəskin pozulur. Bəzən hemorragiya beyin infaktına gətirib çıxarır.
İnsultun səbəbi
- Hipertonik xəstəliklər
- Şəkərli diabet
- Hiperko aqulyasiya ilə müşayiət olunan hallar
- Yuxu arteriyalarının stenozu
- Dislipidemiya.
Mikro insult:
Beyində qan dövranının nəzərə çarpmayacaq dərəcədə pozulması mikroinsultdur. Bu insult aylarla sakit qala bilər. Simptomları insultda olduğu kimidir. Amma, bir fərq var ki, burada qan dövranı get-gedə öz-özünə qaydaya düşə bilir.
İnsultun ilk simpromları:
- Bədənin hər hansısa bir hissəsində - sifət, əl və ayaqda əzələ zəifliyinin əmələ gəlməsi
- Qəfildən görmənin zəifləməsi və ya tamamilə yox olması
- Danışma qabiliyyətinin pozulması
- Baş gicəllənmədən,ayağadura bilməməkdən şikayətlər
- Qəfildən güclü başağrısı başlaması
- Arterial təzyiqin düşməsi
- Xəstənin sifəti qırmızı rəngə çalır, əlləri əsir, nəfəsalma çətinləşir, hərarət yüksəlir
- Udma qabiliyyətinin pozulması
- Qıcolma tutmaları
- Şüur pozulması
Diaqnoz:
İnsultun növünü aydınlaşdırmaq üçün beyinin maqnit rezonans tomoqrafiyası lazımdır. Bunun vasitəsilə nəinki işemik insultu hemorragikdən ayırd etmək mümkündür, hətta orqanizmində başqa problemlərin olub-olmadığını da aydınlaşdırmaq olar. Diaqnozun "işemik insult"dur. Dərin müəyinə lazımdır: beyin USM-i. Kliniki simptomlar müəyyənləşdirilməli, nevrovizualizasiya müəyinələri olunmalıdır.
İnsultun müalicəsi:
Bir neçə üsulla aparılır: ümumi müalicə, spesifik müalicə.
İnsultun ümumi müalicəsi:
- Ürək sisteminin funksiyası yaxşılaşdırılır
- Nəfəf salma normallaşdırılır
- Beyin şişi kiçildilir
- Soyuqdəymə profilatik müalicə olunur
İşemik insult zamanı:
- Beyində qan dövranını bərpa etmək
- Beyinin işləmə qabiliyyətini yaxşılaşdırmaq
Hemorragik insult zamanı:
- Arterial təzyiqin qaydada saxlanılması
- Hemorragik insultun ən yaxşı müalicəsi cərrahi yolla edilir
İnsultdan sonra reabilitasiya
İnsultdan sonra beyində ölmüş sinir hüceyrələri qalır. Məhz bu ölmüş sinir hüceyrələri xəstəliyin yenidən qatyıtmasına səbəb olur. Xüsusi dərmanlar və hərəkətlərlə ölmüş sinir hüceyrələrini aradan qaldırmaq mümkündür.
İnsultun profilaktikası
- Əgər arterial təzyiq varsa, gündə ən azı 2 dəfə onu yoxlatmalısız. Bu nəinki insulta gətirib çıxarır, hətta miokart infaktı da törədə bilər.
- Həkimlərin dediyinə görə, son vaxtlar insult "cavanlaşıb". Elə buna görə də mütəxəssislər fiziki iş rejimini qaydaya salmağı məsləhət görürlər. Gənclər vaxtlarının çoxunu fitnes klublarda, idman zallarında keçirirlər. Özünə belə proqram təyin etməzdən əvvəl həkimlə mütləq məsləhətləşin.
- Dərhal siqaret çəkməyi tərgitməli, spirtli içkidən imtina etməlisən. Yağlı yeməkləri az yemək, duzun miqdarını azaltmaq, çəkini qaydada saxlamaq lazımdır.
- İnsanlar özlərinə sakitləşdirici hobbi tapsalar yaxşı olardı: krossvord etməyə, əsərlər yazmağa, güllər əkməyə həvəs göstərsinlər.
XƏBƏR LENTİ
Ani Lorak xəyanət səbəbindən BOŞANIR-FOTO
Başımıza endirilən toxmaq
Dünyanın ən qorxulu yerləri
Uşaq "Bismillah" dedi, avtobusdan qovuldu
Şok qiymət artımı siqnalı
İrina Şeyk yeni reklama çəkildi-FOTO
Uşaqlar üçün yeni planşet
Heydər Əliyev Mərkəzində bərpa edilmiş "Arşın mal alan" filminin təqdimatı olub
Müasir insanı kökəldən sudur
2019-cu il makiyaj trendləri
Jennifer Anistonun 10 kiloqram arıqladan pəhrizi
HAVA necə olacaq?
Tovuz rayonunun ziyan çəkmiş kəndlərində bərpa işləri görülür
Azərbaycanda "Facebook" istifadəçiləri rekord vurdular
Azərbaycanlı milyonçu Van Dammla
6 foks sirri
Rəsmi Bakı Ukraynada vəziyyətin ən tez zamanda stabilləşməsinin tərəfdarıdır
Yardım pulu artdı
Rəsmi Bakı Martin Şultsun cavabını verdi
Öz-özünə yenilənən kompüter yaradılır
Azərbaycan dili - XVIII dərs
Adriana Lima hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Qadınlar dünyamızın gözəlliyidir
Hər üç adamdan birinin banka borcu var
Leyla Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO
Sirroz
Xüsusi xidmət orqanları bizi necə dinləyir...
Ən gözəl qadın kimdir?
Tərbiyədə 9 qızıl qayda
Şeron Stoun gözəlliyinin sirrini açdı-FOTO
Bayraq günümüz haqqında nə düşünürük?
Südlü peçenye (foto resept)
Quba-Xınalıq yolunda uçqun olub
Hadise yenə şəxsi həyatı ilə GÜNDƏMDƏdir-FOTO
Günün qoroskopu: fikir ayrılıqlarını aradan qaldırın
Fransa XİN: “Qondarma DQR-i tanımırıq”
Mübarək Rəcəb ayı haqqında
Google xəritə istehsalçısı alır
"Facebook"da status oğurlamaq cinayətdir? - Sosial şəbəkələrdə müəllif hüququ
XANIMLAR ÜÇÜN GEYİMLƏR
İxtisas seçən abituriyentlər bu xəbəri oxusun
Ofis işinin cəzası
Özge Ulusoy yenə Bakıya gələcək!
Maykl Ceksonun qızı diqqət mərkəzində-FOTO
Kəsmikli-moruqlu piroq (foto resept)
Dünyada ən güclü smartfon hansıdır?
Braziliyada həbsxanadan 470 məhbus qaçıb
Sürücülər bu xəbəri mütləq izləsin
"Ermənistan real müstəqilliyini itirib"
Şəhid "İgidliyə görə" medalı ilə təltif olundu
- ŞƏRHLƏR