Baş gicəllənməsinin necə xoşagəlməz hiss olduğunu yəqin ki, hamımız bilirik. Ancaq çoxlarımız bu halın hansı səbəbdən yarandığından xəbərsizik. Qeyd edək ki, başgicəllənmə bəzən özünü qorxulu xəstəliklərin əlaməti kimi də göstərir.Əlbəttə, bu əlamət haqda dəqiq diaqnozu yalnız yoxlama və analizlərdən sonra həkim təyin edə bilər. Bununla belə, bu xoşagəlməz hiss haqda siravi insanların da bilməli olduqları bir çox məqamlar var.
İlk öncə qeyd edək ki, başgicəllənmə müxtəlif səbəblərdən yarana bilər. Həmin səbəblərin içində qorxulu məqamlarla yanaşı narahatçılığa əsas verməyənləri də var. Belə ki, insan özünü tam sağlam hiss etdiyi və əhval-ruhiyyəsi yaxşı olduğu halda belə başgicəllənmə baş verə bilər. Bu halla biz adətən həyəcanlandıqda, həddən artıq sevindikdə və s. hallarda qarşılaşırıq. Belə olan halda həyəcanlanmağa lüzum yoxdur. Bilin ki, bu, ötəri bir haldır və heç bir xəstəliyə işarə deyil.
Məsələn, sizdə başgicəllənmə hər hansı bir vacib tədbir öncəsi, qaraqabaq müdirinizə hesabat vermək ərəfəsində və ya lap elə sevgilinizin ağuşunda və s. vəziyyətlərdə yaranırsa, özünüzü qorxutmayın. Bilin ki, ötəri olan bu hal orqanizmdə baş verən normal proseslər səbəbindən yaranıb. Belə hallarda adətən başgicəllənmə qanda adrenalinin çoxalması səbəbindən hamar əzələlərin (o cümlədən də damarların hamar əzələlərinin) yığılaraq beyinə qanın normal çatmasına əngəl törətməsi üzündən baş verir.
Əksər hallarda isə başgicəllənmə nəqliyyat vasitələrində gedərkən, karuseldə yellənərkən və ya gəmi ilə səfərə çıxarkən baş verir. Bu halda da sizin həyəcanlanmağınıza lüzum yoxdur. Çünki belə başgicəllənmələrin səbəbi gördüklərimizlə vestibulyar (müvazinət) aparatın hiss etdikləri arasında uyğunsuzluqların olmasıdır. Belə ki, beyin eyni zamanda həm gördüklərimizi, həm də vestibulyar aparatın ona göndərdiyi siqnalları analiz edir və onlar arasındakı uyğunsuzluqlar beyini çaşdırır. Nəticədə isə başgicəllənmə yaranır.
Yuxarıda göstərilən amillərdən əlavə başgicəllənmələrinə beyinin mütənasibliyə cavab verən nöqtələrinə qanın normal çatmaması, başın qəfil döndərilməsi (odur ki, idman edərkən ani hərəkətləri ehtiyatla etmək lazımdır), qanda qlükozanın azalması (belə səbəbdən başgimcəllənmə daha çox dieta saxlayan xanımlarda müşahidə olunur) da səbəb ola bilər.
Arifə bir işarə
Yuxarıda göstərilən hallarda başgicəllənmə qorxulu xarakter daşımadığı halda aşağıda göstərəcəyimiz məqamlarda artıq onu hər hansı bir xəstəliyin əlaməti kimi qiymətləndirmək lazımdır. Qeyd edək ki, özünü xəstəliyin əlaməti kimi göstərən başgicəllənmələr mütəmadi olaraq baş verir. Belə olan halda xəstə anlamalıdır ki, bunun səbəbi artıq fizioloji yox, patoloji amillərdir. Yəni artıq həkimə müraciət etmək vaxtıdır. Ancaq bəzi hallarda başgicəllənməni müşayət edən amillərə diqqət yetirməklə xəstə özü də onun hansı xəstəliyin əlamati olduğunu müəyyən edə bilər.
Beləliklə, əgər sizdə başgicəllənmə zamanı...
...eşitmə zəifləyirsə
Əgər sizdə başgicəllənmə qulaqlarda küy və eşitmənin zəifləməsi ilə müşayət olunan bir neçə saatlıq tutmalarla keçirsə, bu, Menyer xəstəliyinə işarədir. Menyer daxili qulağın vestibulyar və eşitmə hissələrini əhatə edən mayenin normadan artıq olması və ya elektrolit nisbətinin pozulması nəticəsində yaranan xəstəlikdir. Xəstəliyin ən qəribə xüsusiyyəti ondadır ki, xəstə müəyyən tezliklə gələn səs dalğalarını eşidə bilmir. Məsələn, o, ucadan danışıqları pis eşitdiyi halda pıçıltı ilə deyilən sözləri aydın eşidir.
Yox, əgər başgicəllənmə ani olaraq başlanırsa və getdikcə eşitmənin birtərəfli zəifləməsi ilə müşayət olunursa, çox güman ki, bu beyində yaranan şişə işarədir.
Başgicəllənmə zamanı eşitmənin ani olaraq kəsilməsi isə orta və daxili qulaq arasındakı pərdənin yırtılmasından xəbər verir. Mərəzin əsas əlaməti öskürək və asqırma zamanı gicəllənmənin şiddətlənməsidir.
...başağrıları olursa
Başgicəllənmə zamanı qulaqlarda yaranan küy, işıqdan və səsdən qıcıqlanma miqrenin əlamətləri sayılır. Yox, əgər başgicəllənmə ilə baş ağrıları eyni vaxtda başlanarsa, bu, zəhərlənmə və ya kəllə-beyin zədələnməsindən xəbər verir.
...hərəkətin koordinasiyası pozularsa
Kəskin şəkildə yaranan başgicəllənməsi huşun itməsi, görmənin zəifləməsi, süstlük və hərəkətin koordinasiyasının pozulması ilə müşayət olunarsa, bu, beyinin qan dövranının kəskin şəkildə pozulduğuna (insult) işarədir. Əgər özünüzdə və ya yaxınlarınızda belə hal baş verərsə, "Təcili yardım" çağırmaq lazımdır.
...psixoloji diskomfort yaranarsa
Nevroz və depressiya zamanı isə başgicəllənmə adətən beyinin dumanlanması, ürəkbulanma, yıxılmaq qorxusu ilə müşayət olunur. Həkimlərin psixoqen başgicəllənməsi adlandırdıqları bu halın ən pis cəhəti onun həftələr, bəzənsə aylarla davam edə bilməsidir.
Sadəcə başgicəllənmə
Bəzən də başgicəllənmə heç bir amillə müşayət olunmur. Vestibulyar aparatın xəstəlikləri zamanı yaranan və özünü kəskin şəkildə göstərən bu başgicəllənmə zamanı xəstədə qəribə illüziyalar yaranır. Xəstəyə elə gəlir ki, o ətrafdakı predmetlərin içindədir. Daha sonra xəstəni soyuq tər basır və onda ürəkbulanma və gəyirmə başlanır.
Bu cür başgicəllənmə otit xəstəliyi fonunda meydana çıxarsa, xəstədə kəskin qulaq ağrıları da müşayət olunur.
Hərəkət zamanı kəskinləşən başgicəllənmə
Onurğa sütununun boyun hissəsində osteoxondroz olduqda isə baş gicəllənmələri hərəkət etdikcə (əsasən də başı hərəkət etdirdikdə) kəskinləşir.
Bəzənsə başgicəllənmə uzanmış vəziyyətdə bədənin vəziyyətinin dəyişməsi zamanı yaranır. Belə tutmalar bir neçə saniyədən tutmuş bir neçə dəqiqəyədək davam edir və heç nə olmayıbmış kimi ötüşür. Xəstəlik vestibulyar aparat reseptorlarının korlanması nəticəsində yaranır.
Dərman qəbulundan sonra yaranan başgicəllənmə
Bir çox dərmanların qəbulu nəticəsində də başgicəllənmə yarana bilər. Bunlara misal olaraq allergiya (suprastin, dimedrol), soyuqdəymə (koldreks, teraflyu) əleyhinə olan dərmanları, həmçinin bəzi antibiotikləri, yuxugətiriciləri və trankvilizatorları göstərmək olar.
Nə etməli?
Əgər dayandığınız yerdə başgicəllənmə başlanarsa, ilk növbədə özünüzü ələ alıb bir yerdə oturmağa və ya uzanmağa çalışın. Çünki müvazinətinizin itirilməsi nəticəsində yıxılaraq zədə ala bilərsiniz. Uzandıqda başınızın altına yastıq qoymayın ki, beyinə qanın çatması asanlaşsın. Heç bir kəskin hərəkət etmədən nəzərlərinizi otaqdakı predmetlərin birində cəmdəşdirin və ya gözlərinizi yumun.
Ən əsası isə başgicəllənmə uzun müddət davam edərsə və mütəmadi olaraq təkrarlanarsa, mütləq həkimə müraciət edin.
XƏBƏR LENTİ
120 il ömrü olan yeni insanlar yaradılır
Obamanın Qələbə təbriki
Avropa Azərbaycanın əməliyyatından qorxdu
Bakıda bank işçisi koronavirusa yoluxdu - Filial bağlandı
Pensiyaçılara bayram müjdəsi
Qadın olmaq çətindir
Günün qoroskopu: əsas məsələ...
Ziynet Salı ana olmağa hazırlaşır
Tramp: “ABŞ-da pandemiya geri çəkilir”
Qobi səhrasında gizli hərbi-kosmik baza aşkar edildi
8 mart üçün fincan formalı açıqca
Leonardo Di Kaprio Oskar aldı
Azərbaycanda daha bir kənd polislər tərəfindən nəzarətə götürüldü
Hikmət Hacıyev: Azərbaycan qorxaq, şərəfsiz bir tərəflə üz-üzədir
Çağatay Ulusoy ilk dəfə sevgilisindən danışdı
1,3 milyonluq evi 19 dollara satır-SƏBƏB
Qidanı necə həzm edirik?
Eyvanda kabab bişirmək qadağan olunacaq
Dağlıq Qarabağda ərazilərin minalardan təmizlənməsinə başlanıldı -VİDEO
İrina Şeykdən ayrılıq xəbərlərinə cavab
Bakıda kimlər daha yüksək maaş alırlar?
Dəbli ayaqqabı modelləri
Kate Middletonun saç aksesuarları
Qan ehtiyatımız tükənir
Bu tələbələrə dərslik əvəzinə müavinət veriləcək
Ziqmund Freyd – Bildiklərimiz və bilmədiklərimiz
Üç ədəd şabalıd bir dilim çörəyə bərabərdir...
Kraliça II Elizabet prezident İlham Əliyevi təbrik edib
Günün qoroskopu: borcları qaytarın
Məşhur aktyor Evlənir-FOTO
Ağzı açıq yatmağın yaratdığı fəsadlar
“Bakı”nın sabiq futbolçusu millidən getdi
Toyuq ətli pomidorlu salat (foto resept)
İlin ən yaxşı serialı seçildi - FOTO
Öz dünyası olan bu uşaqları yaşadan həyat eşqidir
Günün ulduz falı
Qastriti olanlar necə qidalanmalıdır?
Ceyda sevənlərini TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Qadın.Netlilərin mənfi və müsbət cəhətləri (III hissə)
Dünyanın qəribə peşələri
Lotereyada 560 milyon dollar uduldu
Bakı sakinləri, qəpikləri unudun!
HAVA necə olacaq?- 11 MAY
2 həftəyə cavanlaşdıran qaşıq texnikası
Balığa Obama adı verildi
Dişlərinizi bu ədviyyatla ağardın
Citroen-dən yeni model
Almalı pirojna (foto resept)
Sevgi dediyin təmənnasızlıqdır
Yalnız yaşayan fikirli İnsanlar haqqında 19 şey
- ŞƏRHLƏR