
Tibbdə AFT deyilən ağız içi yaraları ağız içərisində sıxlıqla yanaq və dodaq bölgəsində, yumşaq damaqda, dil üzərində, diş əti üzərində görülən solğun sarı-qırmızı və olduqca ağrılı xoralaşmış yaralardır.
Cəmiyyətin 18-20%-dən çoxu AFT problemi ilə qarşı-qarşıyadır. Qadınlarda daha sıxlıqla rast gəlinir. AFT ümumiyyətlə tək olaraq görünsə də eyni anda bir neçə bölgədə ola bilər.
AFT-in meydana gəlmə səbəbini müəyyən etmək üçün müxtəlif araşdırmalar aparılmışdır.
Ancaq AFT-nin meydana gəlməsinin səbəbi tam olaraq təyin oluna bilməmişdir. AFT-nin meydana gəlməsini sürətləndirən və yaxşılaşmasını gecikdirən faktorlardan bəhs etmək mümkündür.

AFT meydana gəlməsində hansı faktorlar əhəmiyyətlidir?
- Stress
Migren, yüksək təzyiq və gastrit kimi bir çox xəstəliyin səbəblərindən yaranan stress AFT-nin meydana gəlməsinin ən əhəmiyyətli səbəblərindən biridir.
Xanımlarda premenstural gərginlik(aybaşı əvvəli dövr) də AFT-nin meydana gəlməsini sürətləndirən faktorlardandır.
- Yeməklər
Sitrus bitkiləri, sirkə, turşu, cipsi, duzlu və ədviyyatlı yeməklər AFT meydana gəlməsini sürətləndirən əhəmiyyətli faktorlar arasında sayılmaqdadır. Bunların yanında bəzi orqanizmlər üçün allergik ola bilən qarabaşaq, çovdar, arpa, şokolad, fındıq, qabıqlı dəniz heyvanları, soya, pomidor, badımcan, alma, əncir, pendir kimi yeməklər də AFT meydana gəlməsini sürətləndirərlər.
- Zədə
Yanaq dil dodaq dişləmə, sərt yeməklərin yeyilməsi zamanı əzilmə və yumşaq olmayan diş fırçalama əməliyyatları və ağıza uyğun olmayan olmayan protezlər AFT üçün uyğun şəraitin meydana gəlməsinə köməkçi olarlar.
- Diş pastası
Diş pastalarının təmizləmə xüsusiyyətini artırmaq üçün köpük olaraq tərkibinə qatılan "Natrium Lauryl Sulfate" ( SLS ) ağız hüceyrələrinin dağıtmasını artıran kimyəvi maddədir. SLS bu xüsusiyyəti ilə AFT meydana gəlməsi üzərində birbaşa təsirli olan bir maddədir.
Xüsusilə AFT problemi olan insanların istifadə edə bilməsi üçün tərkibində daha az nisbətdə (1.25%) SLS olan diş pastaları vardır. (Tom's of Maine Natural Toothpaste , oral-B Sensitive Fluoride Toothpaste və s.)
- Digər səbəblər
B12 vitamini və dəmir çatışmamazlığı, siqaret çəkmək, tütün çeynəmək kimi vərdişlərin də AFT meydana gəlməsində iştirak edən əhəmiyyətli faktorlar olduğu müəyyən edilmişdir.
Ağız içi yaralarının (AFT) müalicəsi
AFT-lər hər hansı bir müalicə tətbiq olunmasa da 7-10 gün sonra özbaşına yaxşılaşmaqdadır. AFT problemi ilə qarşı-qarşıya olanların aşağıda sıralanan əməliyyatlardan birini ya da bir neçəsini tətbiq etdiklərində daha rahat bir dövr keçirmələri mümkündür.
Ağrını azaltmaq və yaxşılaşmağı tezləşdirmək üçün edilə biləcəklər bunlardır:
- İsti, qıcıqlandırıcı qidalardan qaçınılmalıdır.
- "2% Hydrogen Peroxidle məhluluna batırılan pambıq ya da tənzif ilə yara olan bölgə təmizlənə bilər.
- Su ilə karbonat qarışığından hazırlanan bir krem AFT üzərinə sürtülə bilər.
- Yarım stəkan suya yarım qaşıq duz əlavəsi ilə əldə edilən məhlulla gündə üç dəfə qarqara edilə bilər.
- Yeməkdən əvvəl AFT bölgəsinə ağız üçün hazırlanmış anestezik kremlər tətbiq oluna bilər. Bunlardan "Orabase", "Gly-oxide", "Cankaid","Ambesol" kimi ağız içi kremləri misal gətirmək olar.
- "Sucralfate" həbi ilıq suda əridib qarqara edilə bilər.
- Xüsusilə başlanğıc mərhələsində "Tetrasiklin" həbi suda əridərək əldə edilən məhlulu ilə qarqara etmək AFT-in böyüməsinə mane olar və ağrını azaldar.

AFT (canker sores = mouth ulcers) ilə UÇUQ (fever blisters = cold sores) arasındakı fərqliliklər
AFT ilə uçuq ümumiyyətlə eyni əlamətləri göstərdikləri üçün bir-birləri ilə qarışdırılır. Ancaq aralarında bir çox fərqlilik vardır:
AFT
1.Yalnız ağız içərsində yaranır.
2.Keçirici deyildir.
3. AFT-in meydana gəlməsinə viruslar səbəb olmaz.
Uçuq
1.İçi su toplamış kiçik qabarcıqlar (Blisters) şəklində başlayar.
2. Nadir olaraq ağız içərisində olsalar da əsasən ağız xaricində meydana gəlirlər. AFT ağız içərisində bütün bölgələrdə olur , uçuq isə yalnız ağız içərisində damaq bölgəsində hərəkətsiz yerləri tutar.
3. Keçiricidir.
4. Viruslar səbəbi ilə meydana gəlirlər.
XƏBƏR LENTİ
Ohanyan Azərbaycana gəlib
Prezident: “Türkiyə-Rusiya birgə atəşkəs nəzarət mərkəzinin yaradılması bölgədə iş birliyinin yeni formatıdır”
2015-ci ilin aksessuarları
Hava haqqında - 12.10.2013
Yol polisi sürücülərə müraciət etdi
Windows 8.1 ən yaxşı oldu
Yağış yağacaq
Qadın ucalığı: həyəcan, bir də sevinc...
Hollivud ulduzu tənhalıqdan şikayətləndi-FOTO
Dünya üzrə koronavirusa yoluxanların SAYI
Subaylığın 4 faydası
Əhaliyə xəbərdarlıq olundu - Güclü istilər...
Bitkilər və təbabət (9)
Mixael Şumaxer öldü?
Makiyaj hiylələri
Naxışlı cins pençəklər
Misir yeni konstitusiya üzrə referendum keçirməyi planlaşdırır
İlham Əliyev Nazirlər Kabinetini topladı - YENİLƏNİB + CANLI YAYIM
Zülal
Ermənilərin Türkiyədəki dili Rusiyaya eyham vurdu
Azərbaycanda keçiriləcək buraxılış imtahanlarında dəyişikliklər edilib
Asan pizza (foto resept)
Qadın.Netlilərin ilk makiyajı - 2
Qarpız tumunun faydaları
52 yaşındaki kadının vücudundan 107 kg tümör çıkarıldı - Şok olayı
Bakıda koronavirus xəstəsi mağazada tutuldu - VİDEO
Ailələr niyə dağılır?
"Yenə də ad günü... Yenə də palata və mən..."
Almalı vatruşka (foto-resept)
“Facebook”da yenilik
Prezident təqaüdü alanların sayı açıqlandı
41 yaşlı Lara keçirdiyi estetik əməliyyatlarla tanınmaz hala gəldi - FOTO
Azərbaycan sərhədindən keçid asanlaşacaq - Yeni marşrutlar yaradılır
"Gələn il bizi..."
Albalı tortu(foto resept)
Bu günün hava proqnozu
Analar, ağıllı uşaq istəyirsiniz? Onda oxuyun
Ərdoğan ilin fotolarını seçdi - FOTO
Konserv məhsulları bədəni vitaminsizləşdirir
Alla Puqaçova həyat yoldaşı ilə İKİNCİ DƏFƏ evləndi
Badımcan aşı (foto-resept)
Təhsil Nazirliyi: “Summativlərin keçirilməsi ilə bağlı qərar layihəsi artıq hazırdır”
Hər yolun sonu Ona çıxır
Arqan yağının dəriyə təsiri
İslanmış mobil telefonu xilas etməyin yolları
Növbəli işin zərəri
Ticarət mərkəzinə hücum: 15 ölü
Məşhur aktyor oğulları ilə İstanbulda ölümdən qurtuldu
Novruz bayramı adətləri
Karantindəki Xəstə Qaçdı!















- ŞƏRHLƏR