Hidrosefaliya nədir?
Ümumiyyətlə, hidrosefaliya kəllə içindəki suyun miqdar olaraq artması halları göstərir və ilk ağla gələn baş böyüməsidir. Beynimizin içində bir-biri ilə əlaqəli olan mağaralar deyə biləcəyimiz boşluqlar vardır. Biz bunlara “mədəcik” və ya “qarıncıq” deyirik. Bunların ən böyüyünü isə “yan mədəcik” təşkil edir. Beynimizin içindəki suyu bildiyimiz su kimi düşünmək səhv olar. Bu su dediyimiz “beyin-onurğa” mayesidir və bir çox funksiyaya malikdir. Ən mühüm vəzifəsi isə beynimizə təsir edəcək şiddətli toqquşmalarda beyni qorumasıdır. Bu mayedə qandakı kimi qidalandırıcı maddələr də olur. Beyin onurğa mayesinin (BOS) böyük bir əksəriyyəti mədəciklərdəki yosunumsu bir orqan olan koroid pleksuslarda hazırlanarkən bir qismi də beyin toxuması və onurğada yaranır. Yosuna bənzəyən koroid pleksuslartüm mədəciklərdə yerləşməkdədir və əsas olaraq BOS istehsalından məsuliyyət daşıyırlar. Gündə təxminən yarım litr BOS istehsal edilir və eyni miqdarda da sorulur.
Hər iki tərəfdə olan yan mədəciklərdəki BOS kiçik bir pəncərə ilə (foramen Monro) beynin ortasında yerləşən üçüncü mədəciklərə axır və daha sonra incə və 1 sm uzunluğundakı bir kanal ilə dördüncü mədəcik adlanan digər bir boşluğa doğru davam edir. Bu axın onurğa mərkəzinə qədər davam edir. Dördüncü mədəciklərdəki dəliklərdən çıxan BOS onurğa ətrafında və beyin ətrafında dolaşaraq bəyin səthindəki böyük toplardamarlara xüsusi liflər (araknoid villus) sayəsində sorularaq qayıdır.Deməli bundan sonra hidrosefaliyanı anlamaq daha asan olacaq.
Hidrosefaliyanın elmi tərifi: Beyin boşluqlarının (mədəciklərinin) genişlənməsilə yanaşı beyin-onurğa mayesinin təzyiq və miqdarında artmadır.
Hidrosefaliyanın yaranmasına nə səbəb olur?
Mövcud xəstələrin demək olar ki, böyük əksəriyyətində hidrosefaliya beyin onurğa mayesinin dövran yolundakı hər hansı bir nöqtəsindəki zəifləməyə bağlı olaraq yaranır. Tutulma mədəcikləri bir birinə bağlayan dəliklər və ya kanalda olduğu kimi sorulmanın olduğu son məqamda da ola bilər. Bu tutulmanın səbəbi kəllə zərbəsi, infeksiya ya da şiş ola bilər.
Hidrosefaliyanın səbəblərini kongenital yəni “anadangəlmə” və ya sonradan inkişaf edən “sonradan qazanmaq” olaraq da ikiyə bölmək olar. Anadangəlmə hidrosefaliya miyelomeningosel kimi xəstəliklərlə birlikdə görülə bilər. Edinsel hidrosefaliyanın inkişafının də üç səbəbi ola bilər:
Birincisi, beyin onurğa mayesinin həddən artıq istehsalıdır. Bu adətən bir şiş səbəbilə ola bilər.
İkincisi, beyin onurğa mayesinin dolandığı yollarda bir tutulma görülə bilər.Tutulmanın səbəbi, menengit-ansefalit kimi infeksiyalar, travmaya bağlı qanamalardır. Maye axınının qarşısının alınması ilə bağlı yaranan bu cür hidrosefaliyanı zamanda “non-kommunikasiya” (əlaqəsi olmayan hidrosefaliya) olaraq da adlandırılır.
Üçüncü səbəb isə beyin-onurğa mayesinin sorulmasında bir pozğunluq olmasıdır. Bu cür hidrosefaliyada “kommunikasiya” (əlaqənin qorunduğu) hidrosefaliya olaraq adlandırılır.
Hidrosefaliyanın səbəblərini qısaca olaraq sadalamalı olarsaq;
- Spina Bifidaya da miyelomeningosel (onurğanın ana bətnində bağlanmayıb açıq qalması);
- Üçüncü mədəcik ilə dördüncü mədəcik arasındakı su kanalı darlığı-tutulması (Akueduktus darlığı-tutulması);
- Beyincik və ya beyin saplağının kəllə sümüyündən onurğa kanalına yırtıqlaşması (Chiari malformasyonları);
- BOS yollarını daraldan və ya tıxayan içi maye dolu kisəciklər (Araknoid kistlər);
- Beyin, beyincik və beyin sapı şişləri;
- Menengit və bənzəri infeksiyalar sonrası;
- Beyin boşluqları içinə və ya beyin pərdəsi altına qanaxmalar sonrası;
- BOS ifraz edən orqanın şişi;
- Qanaxma, infeksiya və ya iltihab sonrası beyin qılafı altında BOS axımının əngəllənməsi;
- Genetik və ya ailədən keçmə hidrosefaliya kimi qarşımıza çıxa bilər;
- Hidrosefaliyanın tapıntıları uşağın yaşına və beyin-onurğa mayesinin artma dərəcəsinə görə dəyişə bilər.
Hidrosefaliyanın əlamətləri nələrdir?
– Əvvəl ətrafında böyümə, kəllə daxili təzyiqin artmasına bağlı baş ağrısı;
– Əmgəkdə genişlənmə və gərginlik. Bulanma, qusma və çəki itkisi;
- İncə, kəskin bir səslə ağlama. Cüt görmə. Məktəb uğurunda düşmələr;
- Başdakı damarların görünməsi. Narahatlıq. Tarazlığı təmin etməkdə problemlərin olması. Görmə qüsurları;
- Gözlərdə batan günəş mənzərəsi (gözlərin yuxarıya doğru baxmaması). Nitq və yerimə geriliyi.
Hidrosefaliyanın müalicəsi necədir?
Hidrosefaliyanın erkən dövrdə müəyyən edilməsi müalicə baxımından mühüm əhəmiyyət daşıyır. Günümüzdə hidrosefaliya müalicəsinin planlaşdırması:
Tutulma səbəbi şiş isə buna qarşı bir tədbir görülə bilər, ya da toplanan artıq maye bədənin başqa bir yerindən sorulacaq şəkildə uyğun bir yol ilə idarə edilir. Bu istiqamətləndirmə prosesi isə “şunt” adlanan cihazlar sayəsində tətbiq edilir.
ŞUNT: Silikon bir borucuqdan ibarətdir və bunun qalınlığı bir qələm içindəki mürəkkəb qoyulan plastik borucuq qədərdir. Şunt üç hissədən ibarətdir:
1. Ventikulyar (qarın içinə yerləşdirilən) kateter (borucuq)
2. Qapaq (nasos)
3. Distal (qapaq və ya nasosdan sonra davam edən qarın boşluğuna və ya ürəyə gedən) kateter (borucuq)
Qapağın xüsusiyyəti vahid istiqamətə doğru BOS axımına yol verməsidir. Uşaqdakı mövcud problemlərə görə seçilə biləcək müxtəlif şunt sistemləri vardır.
Ventrikulo-Peritoneal (VP) şunt: Burada kəllə içindəki artıq maye dəri altından qarın boşluğuna istiqamətləndirilir. Maye qarın pərdəsi tərəfindən sorulur. Bunu masa üstündəki suyu udan kağız salfetə bənzətmək olar. Yan qarın içinə yerləşdirilən balon, boyun və gövdədən dəri altından keçirilərək qarın boşluğuna istiqamətləndirilir. Tətbiq edilməsi sadədir və tutulma olanda düzəldilməsi daha asandır. Sistemə kəllə içindəki mayenin təzyiqinin müəyyən həddi aşdıqda işləməsini təmin edən bir qapaq əlavə olunur. Cərrahın seçiminə görə lazım gəldiyində BOS almağa yarayan və pompalama əməliyyatını həyata keçirən nasos da əlavə etmək olar. Xülasə, qapaqlar yüksək, orta və aşağı təzyiqlidir. Bütün dünyada ən çox üstünlük verilən şunt tipi ventrikulo-peritoneal şuntdur. Digər şunt üsullarına görə problemləri həm daha az görülür, həm də daha az təhlükəlidir.
Ventrikulo-Atrial (VA) şunt: Artıq maye qarın yerinə, ürəyə gedən toplardamardan birinə istiqamətləndirilir. Damarlardakı qanın geriyə gəlməsini qarşısını almaq məqsədilə tək istiqamətli qapaq (nasos) sistemi lazım olub nasosdan sonra davam edən nazik bir plastik borucuq ürəyə gedən bir toplardamar içində ürəyin sağ qulaqcığına qədər irəlilədilir. Komplikasiyalarının ventrikulo-peritoneal şunta nisbətən daha ciddi olması (əlaqədə olan damarda yaralanma, tutulma, xroniki infeksiya) və yenilənməsinin olduqca çətin olması səbəbindən daha az üstünlük verilir. Günümüzdə əgər qarın içində bir problem var isə VP şunta alternativ olaraq VA şuntdan istifadə edilməkdədir.
Ventrikulo-plevral (VPL) şunt: Bu üsulda beyin içindəki maye, borucuq və qapaq vasitəsi ilə ağciyərin ətrafında yerləşən zərin (plevra) iki yarpağı arasına boşaldılır. VP şuntun tətbiq olunmadığı hallarda ventrikulo-plevral şunt tətbiq edilməsi düşünülən digər bir üsuldur. Ventrikulo-plevral şunt 5, ya da 6 yaşından kiçik uşaqlarda tətbiq olunmaz. Çünki yığılan maye ağciyərlərə təzyiq edib tənəffüs çətinliyi yarada bilər. Bu metodun uyğun olmadığı hallar isə; Döş boşluğunda bir başqa səbəbə aid maye yığıntısının olması və bu səbəbdən tənəffüs problemləri olanlar, döş qəfəsinin kiçik və sorma sahəsinin dar olması səbəbindən kiçik uşaqlar, böyrək-ürək çatışmazlığı olan xəstələrdir.
Lumbo-Peritoneal (LP) şunt: Lumbo-peritoneal şuntlar, kommunikasiya (əlaqənin qorunduğu) hidrosefaliyaların müalicəsində istifadə edilə bilər. LP şuntlar geniş olaraq qəbul edilmiş bir üsul deyil və uzun dövrdə ventrikulo-peritoneal şuntla arasında müvəffəqiyyət fərqlərini müqayisə etmək mümkün deyil. Beldəki fəqərələr arasındakı onurğa qılafı içindəki BOS bu pərdə içinə yerləştirilən bir kateter vasitəsi ilə qarın boşluğuna tökülür.
Lumbo-peritoneal şuntun bir mənfi cəhəti: Gec ortaya çıxan, uzun müddət davam edən, beyinciyin alt tərəfində badamcığa bənzər kiçik dairəvi hissədə yırtıq yaranması (xroniki semptomatik beyincik tonsillər herniasiyası) riskidir.
Bütün şunt üsullarında da, uşağın inkişafı zamanı çatışmamazlıqlar ortaya çıxdığı an düzəliş (reviziya) dediyimiz şuntun yenilənməsi və problemlərin əməliyyatla aradan qaldırılması lazımdır.
Bir sözlə, müxtəlif avtomobil modelləri kimi şuntun da növləri və modelləri vardır. Ancaq hamısı eyni məqsəd üçün istifadə edilir. Hansı şunt tipinin seçiləcəyi isə həkimin üstünlüyünə və xəstənin problemlərinə görə müəyyənləşdirilir.
Şunt taxılması prosesi qısa və çətin olmamasına baxmayaraq əməliyyatda sterilləşdirilmiş şərtlərdə və ümumi anesteziya (yatırdılaraq) altında keçirilən bir prosesdir. Şunt taxılması prosesindən sonra uşaq şuntun işləməsinə nəzarəti və yarana biləcək anesteziyanın yan təsirlərinə qarşı xəstəxanada yatırılır.
Fuad Nəzərov
XƏBƏR LENTİ
HAVA necə olacaq?-15 Oktyabr
"Çalıkuşu"nun "Fəridə"sindən estetik etirafı
Sinem Öztürk ekizlərinə qoyacağı adları açıqladı-FOTO
Tanış olun: dünyanın yeni, ən yaraşıqlı canisi - FOTO
Saçlarınızı südlə düzləşdirin
"Survivor"un Qalibi Məhkəməlik Oldu-SƏBƏB/FOTO
Hava haqqında
Prezidentdən yeni məktəb binasının tikintisi ilə bağlı SƏRƏNCAM
Təyyarədə pilotun əlindən düşən “iPhone” səmada öz “uçuşunu” qeydə aldı - VİDEO
"Müəllimlər günü" ilə bağlı pul yığan məktəblərə xəbərdarlıq
Xərçəng xəstəliyinin əlamətləri
Kağız dəsmallar mikrob mənbəyidir
Zibil deyib atılan əşyalardan libas geyindilər - Fotolar
Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gözlənilir
Kartof haqqında bilmədiklərimiz
Metroda koronavirusun yayılmasını əks etdirən VİDEO
Teymur Rəcəbov Prezidentə və xanımına təşəkkür etdi
İstənilən vaxt düşmənin başını əzməyə hazırıq - Vaqif Dərgahlı
24 saat ərzində İtaliyada koronavirusdan rekord sayda insan ölüb
Turşsu erməni işğalından əvvəl və sonra... - FOTO
Ləziz salat (foto resept)
85 yaşlı qadın fenomen oldu - VİDEO
Yaponiyada uşaq bağçaları pulsuz olacaq
Bu gün Arzu Əliyevanın doğum günüdür! - VİDEO
Arıqlamaq istəyən üşüsün
Ən sürətlə inkişaf edən sosial şəbəkə
"Dovşan" tortu (foto resept)
Dünyada ən böyük çəhrayı brilyant SATIŞA ÇIXARILDI - 20 milyon dollara
Həmsədrlər Dağlıq Qarabağa gediblər
İntihar etmək istəyən şəxsə necə kömək edək? – PSİXİATR YAZIR
"Pide" (foto-resept)
Sevdiyiniz meyvələrə görə xarakteriniz(1)
Depressiyadan əvvəl və sonra
Koronavirusa yoluxanların sayı 198 mini keçdi
Açılış günü hava necə olacaq?
Limonlu duş
Öldükdən 5 il sonra qızının doğum gününə...
Birləşmiş Millətlərə əsərlər
Əmrah Azərbaycana "yox" dedi
Zibilyığanın marağı 900 illik mumiyanı üzə çıxardı
Bu dəfə də "Eurovision"a onu göndərirlər - Video
Hava haqqında - 28.01.2014
Yun paltarlara qulluq- Vacib qaydalar!
Dilan Çiçək və Burak Dəniz eyni serialda - FOTO
Uşağınızı ayrılığa öyrəşdirin
Rusiyada məktəblər yeni dərs ilinə kimi bağlı qala bilər
Sabah yağışlı hava olacaq
Müdafiə Nazirliyi: Azərbaycan Ordusu qeyri-hərbi hədəflərə atəş açmır
Şəhid anası: “Məni aparın, ermənidən qisasımı alım” - VİDEOREPORTAJ
Azərbaycanın yeni avtomatı – AZ-7,62
- ŞƏRHLƏR