Pediatrik Dermotologiya dərnəyinin rəhbəri, professor Ümit Ukşal qadınlardakı tüklənmənin çox zaman hormonal səbəblərlə sıx bağlı olduğunu bildirir. Bəzən hormonal səbəb olmadan da rast gəlinən tüklənmənin 8 ana səbəbini nəzərə çatdırır:
- Hipofiz vəzinin rol oynadığı tüklənmələr (prolaktin hormonu ifraz edən şişlər, bəzi dərmanlar)
- Böyrəküstü vəzin xəstəlikləri (anadangəlmə və ya sonradan ola bilər)
- Yumurtalıqlarla bağlı problemlər (kistalar, bəzi dərmanlar)
- Ailədaxili, şəxsi problemlər
- Bəzi qaraciyər xəstəlikləri
- Bəzi şişlər
- Dərmanlarla bağlı ( hormona bənzər tərkib təşkil edən qida məhsulları, bəzi bitki tərkibli dərmanlar)
Bütün bu səbəblər həkim müayinəsi və lazımi laboratoriya testləri ilə incələndikdən sonra müalicəyə başlanmalıdır. Xəstəliyin özülünü təşkil edən daxili səbəbləri öyrənmədən gözəllik salonlarında çarə axtarmaq isə vaxt və pul itkisidir...
Qadınlarda kişilərə xas tüklənmə “Hirsutizm” adlanır. Kişilərə xas tüklənmə ilə əlaqəsi olmayan, çox təsadüf olunan tük artımı isə bundan tamamilə fərqli haldır və buna “Hipertrikoz” deyilir. Hipertrikoz qadın və kişilərdə hər yerdə təsadüf olunan və ya lokal ola bilər. Qadınlarda kişiyə xas tüklənmə tipi olan hirsutizm bir çox səbəblə bağlıdır.
Qadınlarda tüklənmə: üzdə, yanaqlarda, çənədə, dodaq üstündə və boyunda sərt tüklənmə şəklində ortaya çıxır.
Tünd rəngli tüklər: Sinədə, göbəkdə, qarın altı hissədə qalın və sıx tüklər, qollarda, ayaqların üst bölgəsində sıx tüklənmə ilə ortaya çıxır. Zaman ərzində tüklərin sıxlığı artaraq gənc qız və ya yetkin qadınlarda gərginlik, depressiya, özünü lazımsız hissetmə kimi kompleks hallar, həyat səviyyəsini, məktəb həyatını, sosial və ictimai adaptasiyanı pozan çox ciddi problemlər yaradır.
Tüklənmənin müalicəsinə başlamadan əvvəl mütləq səbəb araşdırılmalı, sonra müalicə olunmalıdır. Müalicə müddəti ərzində tükləri yox etməyə yönələn bütün səylər (tüktökücü kremlər, ip, iynəli və ya lazer epilyasiya kimi) lazımlı effekt verməz.