Bu dəfə sizə qadınlar arasında hal-hazırda geniş yayılmış bir xəstəlik - uşaqlıq boynunun eroziyası haqqında məlumat verəcəm.Bu xəstəlik fon xəstəliyidir.Yəni uşaqlıq boynunda digər başqa xəstəliklərin yaranması üçün fon təşkil edir.Eroziv xəstəlik infeksiya,virus,immunoloji,hormonal,genetik,mexaniki təsirlərdən yaranır.Yəni,genital bölgənin xlamidiya,ureoplazması hormon ifraz eden törəmələrin olması,və ya hormonların qeyri rasional istifadəsi,kontraseptivlərin istifadəsi,irsiyyət-anada,nənədə və s. olması,eyni zamanda doguş və abortlar vaxtı bu nahiyənin zədələnmələri,kobud cinsi əlaqə gələcəkdə eroziyanın yaranmasına şərait yaradır.vacib bir momenti də qeyd edim ki,bu zədələnmiş nahiyələrə infeksiyanın keçməsi buna səbəb olur.Eroziyalar iki cür olur-həqiqi və yalançı eroziyalar.
Qeyd edim ki,hər ikisi də uzun müddət heç bir əlamət vermir.Lakin ən geniş yayılmış əlamət ifrazatın olmasıdır.Və nəzərə alsaq ki,qadınlarda ifrazat normada da oldur,onun üçün onlar buna əhəmiyyət vermirlər.Burda bir əsas nüansı nəzərinizə çatdırım,normada olan ifrazatın miqdarl 1-4 ml,rəngi şəffaf-süd bəyazlığındadır.Və ən əsası qaşınma hissiyatı olmur.Əgər ifrazatın rəngi,iyi,qoxusu dəyişibsə,cinsi əlaqə sonrası qanaxma varsa, onda narahat olmağa dəyər.İfrazatın belə dəyişməsi hətta sonsuzluğa da səbəb ola bilər.
Yalançı eroziyalar isə anadan gəlmə və qazanılma olur.Anadan gəlmə eroziyaların yaranmasına səbəb bətndaxili inkişaf dövründə ananın hormonlarının təsirindən qız uşaqlarında baş verir.Bəzi həkimlər hesab edirlər ki,eroziyanın müalicə olunması o hallarda vacib hesab olunur ki,o sonsuzluğa,qaşınmaya,ifrazata səbəb olur.
Xəstəliyə diaqnoz ginekoloji baxış,smear testi və kolposkopiya ilə qoyulur.
Müalicəsi isə yerli olaraq məlhəmlərlə,əgər infeksiya varsa,antibakterial preparatlarla aparılır.Yaxud da əgər bəd və ya xoşxassəli törəmələrə şübhə olarsa,bioptat(həmən nahiyədən material) götürüb müayinə edilir.Əgər heç bir şübhə yoxdursa,krioterapiya ilə dondurulur.Bundan başqa müalicə məqsədilə lazer terapiyasından,
koterizasiyadan da istifadə edilir.Və çox effektiv metodlardır.