Qadin.NET / Sakitləşdirən və xoşbəxtlik verən 5 ətir

Sakitləşdirən və xoşbəxtlik verən 5 ətir

Özünüzü pis hiss etdiyiniz zaman sakitləşə bilmək və xoşbəxtlik duyğusunu dadmaq üçün müxtəlif qoxulardan yararlana bilərsiniz.

Aromaterapiya adlanan bu üsulun beyin üzərində çox təsirli olduğu aşkar edilib.

Bu qoxular içərisində ilk 5 sırada yer alan bunlardır: 

Sakitləşdirən və xoşbəxtlik verən 5 ətir
Darçın

İçkinizə qatacağınız darçın sakitləşməyinizə və rahatlıq tapmağınıza kömək olacaq. 

Sakitləşdirən və xoşbəxtlik verən 5 ətir
Lavanda

Lavandanın sakitləşdirici təsiri var. Yatmazdan öncə yastığınızın üzərinə bu bənövşəyi çiçəkləri qoyun. Daha rahat və sakit bir yuxu almağınıza kömək edəcək. 

Sakitləşdirən və xoşbəxtlik verən 5 ətir
Portağal

Səhərlər günə başlamaqda çətinlik çəkirsinizsə və gərgin olursunuzsa, o zaman bir fincan qəhvə yerinə bir fincan limon və ya portağal suyu için. Həm günə enerjili başlamağa kömək edəcək, həm də sizin gərginliyinizi azaldacaq.

Vanil

Vanil uzun illərdən bəri xoşbəxtliyi artırmaq və ruh yüksəkliyi yaratmaq üçün istifadə olunur. İçkilərinizdə kiçik miqdar istifadə etdiyiniz vanil bunun üçün kifayət edəcək. 

Sakitləşdirən və xoşbəxtlik verən 5 ətir
Limon

Həm əzələ ağrılarını azaldan, həm də sakitləşdirici xüsusiyyətə malik olan limon gərginliyi aradan götürən başlıca meyvələrdən hesab olunur. Limon ətri bu baxımdan olduqca faydalıdır.

28 iyun 2017
GO BACK