Qadin.NET / Uşaqlıq xərçəngi

Uşaqlıq xərçəngi

 

Uşaqlıq xərçəngi uşaqlığın daxili səthindəki hüceyrələrin böyüməsi və çoxalması nəticəsində meydana gəlir. Dünyada döş xərçəngindən sonra qadınlarda ən çox rast gəlinən xərçəng növüdür. Uşaqlığın xərçəngi uşaqlığın daxili səthində başladığı üçün ona "endometrium xərçəngi" də deyilir. Bütün dünyada uşaqlıq xərçənginə tutulan qadınların yarısı amerikalı qadınlardır. İnkişaf etmiş ölkələrdə xəstəliyin yayılması inkişaf etməmiş və inkişaf etməkdə olan ölkələrə nisbətən daha azdır. Xəstəlik əsasən menopoz dövründən sonra başlayır və 50-70 yaş arası ortaya çıxır. Gənc yaşlarda təyin edilidiyi halda müalicə edilmə ehtimalı daha çoxdur. Dünyada uşaqlığın xərçənginə tutulan hər 2 qadından 1-i erkən diaqnoz qoyulmaması ucbatından həyatını itirir.


Avropada hər il 50 min, dünyada isə hər il 500 min qadın uşaqlıq xərçənginə tutulur və Avropada hər il 25 min, dünyada isə hər il 250 min qadın bu xəstəlik ucbatından həyatını itirir. Sonsuzluq diaqnozu qoyulan və heç doğmamış qadınlarda xəstəliyə tutulma ehtimalı digər qadınlara nisbətən daha çoxdur.

 

 

 

Uşaqlıq xərçənginin səbəbləri:

- Çox şəxslə cinsi əlaqədə olma;

- Cinsi əlaqələrin 20 yaşından əvvəl başlaması;

- Bakterioloji infeksiyalar;

- Çox sayda uşaq doğmaq;

- Sosial-iqtisadi səviyyənin aşağı olması;

- Siqaret çəkmək;

- A və C vitamininin azlığı;

- Cinsi əlaqəyə girdiyi şəxsin sünnətli olmaması;

- Gigiyena qaydalarına əməl edilməməsi;

- İmmunitet sisteminin təzyiq altında olması.

Uşaqlıq xərçənginin əlamətləri:

- Menopozdan sonra yaranan vaginal qanamalar;

- Vaginada çəhrayı və sulu axıntının olması;

- Menopozdan əvvəl ağrılı aybaşı qanamaları;

- Cinsi əlaqədən sonra qanama;

- Aybaşı qanamalarının çox olması;

- Həddindən artıq arıqlama;

- İştahsızlıq;

- Qan azlığı.


Uşaqlıq xərçənginin müalicəsi

Uşaqlıq xərçəngi bəzi qadınlarda çox sürətlə, bəzilərində isə çox yavaş inkişaf edə bilər. Xərçəngin erkən dövrdə təyin edilməsi müalicə üçün ən əhəmiyyətli faktordur. Buna görə də qadınlar nizamlı olaraq ginekoloji müayinədən keçməlidirlər. Xərçəng diaqnozu ginekoloq müayinəsi və alınan nümunələrin patoloji araşdırılması nəticəsində təyin edilir. Müalicə üsulları qadının yaşına və ümumi sağlamlıq vəziyyətinə görə dəyişir. Erkən diaqnoz qoyulan uşaqlıq xərçəninin müalicəsində yalnız uşaqlıq ağzı və uşaqlığın alınması ilə müvəffəqiyyətli nəticə alınır.  Əgər xəstəlik kəskinləşərsə, bu zaman böyük əməliyyatlar və radioterapiya təyin edilir.


20 iyul 2011
GO BACK