Saç problemlərinizin arxasında, bəslənmə çatışmazlığından bir çox xəstəliyə qədər sağlamlıq problemləri ola bilər. Vacib olan bu problemləri düzgün başa düşməkdir.
Son vaxtlarda, saçınızı daradığınız zaman darağınızda həddinnən artıq saç teli görürsünüzsə, bu vəziyyət əvvəlcə normal olaraq qavranılır. Ancaq ilərləyən zamanda bu problem davam edərsə, çox ciddi xəstəliklərin xəbərcisi ola bilər. Bəslənmə çatımazlığından, qan azlğına qədər saç problemlərinin arxasında yatan bir çox səbəb ola bilər.
Saçların sağlamlığınız haqqında göstərdiyi əlamətlər:
Qandakı dəmir çatışmazlığı
Dəmir çatışmazlığı sadəcə yorğunluq və başın fırlanmasına səbəb olmaz, eyni vaxtda saçlarda və qaşlarda tökülməyə səbəb olur.
Dəmir çatışmazlığı səbəbilə saç tökülməsindən şikayətlənənlər sağlamlıq probleminin müalicə olunması ilə problemin ortadan qalxdığını görəcəklər.
Vitamin çatışmazlığı
Qeyri-kafi qidalanma və şüursuz edilən dietalar bədəndəki saçların ehtiyac duyduğu mineralların itirilməsinə səbəb olur. Saçların ümumilikdə A, E, B və D vitaminlərinə ehtiyacları var.
Protein çatışmazlığı
Saçlar keratin adı verilən bir proteindən ibarətdir. Bu vəziyyət saçların sağlam uzanması üçün sağlam proteinin lazımlı olduğunu göstərməkdədir.
Bu vəziyyətdə əgər saçlarınız uzanmır və qırılırsa lazımlı dərəcədə protein qəbul etmirsiniz deməkdir.
Susuz qalmaq
Bədəninizin təxminən 60 faizi sudan ibarətdir. Susuz qaldığımız vaxtlarda, həm özünüzü halsız hiss edər, həm də saçlarınızı tökülməsinə və cansız qalmasına səbəb olarsınız.
Polikistik over sindiromu
Polikistik over sindiromu doğum əvvəlində bir çox qadınlarda görülür. Polikistik over sindiromlu qadınlar hormonal balansızlığa sahibdirlər. Ani başlayan və birdən çox tez saç tökülməsi problemi varsa, test üçün müraciət etməniz lazımdır.
Tiroid problemi
Tiroid vəzinin lazımlı miqdarda hormon istehsal etmədiyi və ya artıq hormon istehsal etdiyi vəziyyətlərdə saçlar hədsiz qırılan hala gəlir və saç tökülməsinə səbəb olur.
Çox tez qopan saçlar tiroidinizin normal olmayan səviyyədə işlədiyi mənasına gələ bilər.