Qadin.NET / Qadınlarda sidik qaçırma

Qadınlarda sidik qaçırma

 

Qadınlarda sidik qaçırma

 

İnsanın sosial həyatına yaxından təsir edən sidik qaçırma problemi, 35 yaşın üzərindəki hər 5 qadından birində görünür. Xüsusilə çalışan qadınlarda depressiyaya yol açan sidik qaçırma narahatlığının qarşısını almaq üçün bol su içmək, pəhrizdən qaçınılması, qəhvə və kola istehlakının azaldılması məsləhət görülür.

Əsas qadınların xəstəliyi olan sidik qaçırmağa tibbdə inkontinans deyilir. Sidik qaçırmanın müəyyən bir miqdar ölçümü yoxdur;Damcı şəklində və nadir sidik qaçırmalarını belə böyük bir problem kimi görən qadınlar da vardır. Bu da sidik qaçırmanın xəstəlik dərəcəsinin qadının sosial-mədəni vəziyyətinə çox bağlı olduğunu göstərir. Kənd yerlərində problem qocalmağa bağlı təbii bir problem kimi görülərək, həkimə müraciət edilməzkən, şəhərlərdə və xüsusən çalışan qadınlarda sidik qaçırma depressiya və sosial münasibətlərin məhdudlaşmasına (sidik qoxusu, yapışqanlıq hissi) yol açaraq daha erkən dövrlərdə müalicə üçün həkimə müraciət etməyə səbəb olur. Nəticədə insanın sosial həyatını təsir edəcək olan hər sidik qaçırma bir xəstəlikdir və müalicə edilməlidir.

35 yaşın üzərindəki hər 5 qadından birində olur

15_2014112515178_2_2

Sidik qaçırma problemi gənc yaşlarda da görülür.Xüsusilə menopauzadan sonrakı dövrdə olan və çətin doğuş keçirmiş qadınlarda görülən bu vəziyyət bəzən daha erkən yaşlarda da ortaya çıxa bilir. 35 yaşın üzərindəki hər beş qadından biri az, ya da çox zaman zaman olan sidik qaçırma problemi ilə üz-üzədir. 65 yaşından sonra isə demək olar ki, hər 3 qadından birində bu problem vardır. Aparılan araşdırmalarda qadınların % 25-inhəyatlarının hər hansı bir dövründə sidik qaçırdığı hesablanmışdır. Ancaq həkimə müraciət edən qadınlar bu rəqəmlərin çox altındadır. Sidik qaçırma qadın tərəfindən saxlanan və adətən utanılacaq bir problem kimi qarşımıza çıxır. Aparılan başqa bir araşdırmada isə qadınların həkimə müraciət edənə qədər bu şikayətlə orta hesabla 9 il keçirdikləri müəyyən edilmişdir. İnsan ömrünün uzanması ilə bu problem daha da böyüyür.

Sidik qaçırma sosial həyata təsir edir!

“Sidik qaçırma; Öskürmə, hapşırma və ya gülmək kimi qarın daxili təzyiqin artdığı hallarda ortaya çıxa biləcəyi kimi, daha az hərəkətlə də (yerimək, yataqdan qalxmaq kimi) meydana gələ bilər. Bu tip sidik qaçırmağa çətinlik çəkmə tipi sidik qaçırma-inkontinans adı verilir. Bəzi xəstələrdə qaçırma, insanın ani olaraq sidiyə getmə və çətin vəziyyətdə qalma hissi ilə bərabərdir. Bu tip sidik qaçırmağa isə sıxışma tipi inkontinans deyilir. Bunun səbəbi isə ümumiyyətlə məlum deyil. Bu xəstələr alış-verişə çıxmağa qorxurlar, qonaq ziyarətinə getməyə çəkinirlər; Çünki bu vəziyyətin birdən-birə ortaya çıxacağını və tualetə gedə bilməyəcəklərini düşünürlər. Bəzi 
adamlarda sidik qaçırma yuxarıda izah edilən iki tip qaçırmanın da birlikdə görüldüyü tipdədir. Bu tip sidik qaçırmağa da qarışıq tip inkontinans deyilir.Çətinlik çəkmə tip ilə sidik qaçırma adətən normal doğuş keçirmiş qadınlarda görülür. Qasıq əzələlərinin və ya sinirlərinin doğuş zamanı zədələnməsi nəticəsində sidik kisəsinin boynu öskürmə, hapşırma, gülmək, pilləkən çıxmaq, yük daşıma, artan təzyiqlə xəstənin sidik qaçırmasına səbəb olur.Müalicə əsasən cərrahidir. Fiziki müalicəüsulları (qasıq əzələlərinin möhkəmləndirilməsi, elektrik vermək(stimulasiya), menopauza dövründə olan qadınlarda hormon müalicəsi də tətbiq oluna bilər.

Çətinlik çəkmə tipi sidik qaçırma isə adətən daha irəli yaşlarda görülməsinə baxmayaraq, sidik kisəsinin xəstə olduğu hallarda da (iltihab, daş, şiş və s.) ortaya çıxa bilər. Bu xəstələrdə körpə olarkən gecə yatağa sidik etmə, gecə yuxudan oyanaraq sidik etmə (normalda 2 dəfə ola bilər), gündüz çox sidiyə getmə (normalda 6 dəfə) daha çox olur. Su səsi ilə sidik hissi və ya sıxma ola bilər. Adətən fiziki fəallıq (gülmək, danışmaq, hapşırmaq, öskürmək, yük qaldırmaq, kimi) ilə də qəflətən sidik etmə hissi duyaraq tualetə qaçan xəstə, tualet qapısında sidiyini saxlaya bilməyərək qaçırır. Adətən bu vəziyyətin səbəbi təyin edilə bilməz. Sidik kisəsinin təhlili, sidiyə getmə vərdişinin düzəldilməsi, stimulasiya və dərman müalicəsi kimi müalicələr tətbiq olunur.

Fuad Nəzərov

14 iyun 2016
GO BACK