Qadin.NET / Qadınlarda menopauza və müalicəsi

Qadınlarda menopauza və müalicəsi

Qadınlarda menopauza və müalicəsi

Nədir?

Menopauzanın söz mənası ” Son aybaşı “ dır.
Bir qadına menopauzada olduğunun deyilə bilməsi üçün son adətin üzərindən 1 il keçməsi lazımdır.
Menopauza bir xəstəlik deyil. Qadın həyatının bir dövrüdür. Çünki menopauza qadın bədəninin bir dövrünün bitib yeni bir dövrünün başladığı xüsusi bir müddətdir. Gənc qızlarda artıma dövrünün başladığının işarəsi olan ilk adət (Menarş) ilə başlayan dövr ,menopauza adı verilən son adət ilə bitmiş və qadının doğuş qabiliyyəti sona çatmış sayılır.

Menopauza yaş aralığı 45 – 60 arasıdır.Menopauza üçün Dünya yaş aralığı 51, Türkiyə üçün yaş arası 46-dır, 40 yaşından əvvəl menopauzaya girmək “erkən menopauza”olaraq adlandırılır və siqaret çəkən, heç doğuş etməmiş qadınların daha erkən yaşlarda menopauza dövrünü yaşayır.

Qadın həyatının ortalama olaraq üçdə biri menopauza dövründə keçir,6 aydan daha uzun müddət adət olmayan və hormonal analizlərdə menopauzal dəyərlər təyin edilən qadınlarda menopauza dövrünün başladığı qəbul edilir. Həqiqətən də menopauza, qadın həyatının yumurtlama funksiyalarının başa çatdıqdan sonrakı təbii bir mərhələsidir. Lakin menopauza dövründə yaranan bəzi dəyişikliklər qadının həyatını dərindən və elə mənfi təsir göstərir ki, bu vəziyyət bir çox xəstəliklərin ortaya çıxmasına və qadının həyat keyfiyyətinin azalmasına səbəb olur. Bu gün menopauzanın mənfi təsirləri aradan qaldırılmağa və müalicə edilməyə çalışılan bir xəstəlik kimi qəbul edilir. Xüsusilə qadın yumurtalıq hormonlarının laboratoriya şərtlərində istehsal edilib istifadə edilməyə başlanması ilə bu xəstəlik daha da ön plana çıxmışdır. Menopauza dövründə azalan hormonların yerinə qoyulması ilə menopauzaya aidmənfi dəyişikliklər və xəstəliklərin qarşısı asanlıqla alınır və ya azaldılır. 

Qadınlarda menopauza və müalicəsi

Menopauza prosesi ani başlayan bir dövr deyil,menopauza dövründəki dəyişikliklər, qadınlıq hormonu olan ostrogenin,yumurtalamanın dayanması nəticəsində azalmasıdır. 40 yaşından sonra qadınlarda əvvəlcə yumurtalamanın azalmasına bağlı olaraq nizamsız adət qanaxmaları yaranır. Sonra temperaturanın artması, tərləmə, həyəcan, yuxusuzluq, əsəbilik, depressiya, unutqanlıq, halsızlıq, cinsi istəkdə (libido) azalma, sümük əriməsi (osteoporoz), damar sərtliyi (ateroskleroz), cinsi orqanlarda çəkilmə (atrofiya), quru, ağrılı cinsi əlaqə, sidik qaçırmağa qədər olan sidik yollarında atrofiya ortaya çıxmaqdadır. 

Qadınlarda menopauza və müalicəsi

Menopauzanın Diaqnozu və Müalicəsi

Menopauzanın mənfi təsirlərinin minimuma endirilməsi üçün diaqnozunun ən erkən mərhələdə qoyulub erkən müalicəyə başlanmasıdır.Menopauzada itkilər ilk illərdə daha çox olur. Menopauza əsas olaraq yumurtalamanın dayanması (təbii) və ya yumurtalıqların xaric edilməsi (cərrahi) və ya funksiyasını yerinə yetirməyəcək qədər zərər görməsinə bağlı olaraq ortaya çıxır. 40 yaşından sonra 1 il müddətinə adət olmayan və şikayətləri də olan bir qadın başqa araşdırma aparmadan, menopauza dövründə olduğu qəbul edilə bilər. Menopauzaya keçid dövründə, hamiləlik və nizamsız qanaxmaya səbəb ola biləcək bədxassəli xəstəliklər ayırd edilməlidir. Bunun üçün nadir olaraq adət olan, temperaturası olan, döyüntü, tərləmə və psixoloji dəyişiklikləri olan bir qadının qan analizlərində, yumurtalıqlara xəbərdarlıq edən hormon (FSH, LH) səviyyələri artmışsa diaqnoz daha dəqiq və erkən qoyulmuş olur və müalicə də dərhal başlanılır.

Klimakterium nədir?

Menopoz əlamətlərinin ortaya çıxdığı dövr olan menopoz əvvəli, menopoz dövrü, menopoz sonrası dövrü müddətinin hamısına ” Klimakterium “ adı verilir.

Fuad Nəzərov

27 may 2016
GO BACK