Qadin.NET / XXI əsrin qara kölgəsi-Piylənmə

XXI əsrin qara kölgəsi-Piylənmə

XXI əsrin qara kölgəsi-Piylənmə


 

Bu xəstəliyin yaranmaması üçün insan ən azından öz çəkisinə diqqət yetirməlidir.Hər il Avropada piylənmə nəticəsində 70 min insan döş,yoğun bağırsaq və uşaqlıq borusu xərçənginə yoluxurlar.Çox kök insanların ürəyi yuxuda dayanır.Ən yaxşı halda isə,təbii ki,buna yaxşı demək olarsa,piylənmə bronxial astma ilə nəticələnir.

 


Piylənmənin gətirdiyi bəlalar:

1.İnfarkt

2.İnsult

3.Hipertoniya

4.Diabet

5.Ateroskleroz

 


 

Piylənmə kimi bəladan yaxa qurtarmaq üçün :

1.İlk öncə arıqlamaq lazımdır.Çünki artıq piy müalicə prosesini ləngidir.

2.Qarderobunuza ölçüsü kiçik olan bir neçə geyim alın.

3.Qidanı alanda yağlılığına fikir verin.

4.Yarımfabrikat qidalar almayın.Çünki onun tərkibində duz və piy çoxdur.

5.Yeməkləri sobada bişirin.

6.Yemək zamanı ketçup və mayonezdən istifadə etməyin.Çünki onlar iştahanı artırır.

7.Duzdan az istifadə edin.O.arterial təzyiqi qaldırır.

8.Acı şokolad yeyin.Həm sizi doyduracaq,həm də iştahanızı azaldacaq.

 

9.Əgər yemək yedikdən sonra “ bu gün pəhrizimi pozdum ”deyirsinizsə,qəm etməyin.Süfrəni yığışdırın,qabları yuyun,evdə o yan-bu yana  gedin-gəlin.Səbəbli ya səbəbsiz hərəkət edin.

 

Əzizlərim,sağlamlıq öz əlimizdədir.Nəfsimizin quluna çevirilib,özümüzü atəşlərə atmayaq.

18 may 2011
GO BACK