Qinqivit -damaq iltihabı ilə müşayiət olunur, ağız boşluğu xəstəliyidir. Bu xəstəlik hamilə qadınlar arasında çox yayılıb, mayalanma müddətində heç görünməyə bilər, hamiləlik zamanı isə kəskin şəkildə görünə və hətta damaqların daha ciddi xəstələnməsinə səbəb ola bilər. Müasir stomatologiya qinqivitin istənilən mərhələsini idarə edə bilər. Amma ilkin formada müalicə və iltihabın yayılmasının qarşısını almaq daha asandır. Buna görə də hamilə qadınlar təkcə ginekoloq deyil, stomatoloq müayinəsindən də mütəmadi olaraq keçməlidirlər.
Nəyə görə Qinqivit hamilə qadınlarda yaranır?
Bu xəstəlik adətən mikrob hücümü və ağız boşluğu gigiyenası düzgün olmayanda əmələ gəlir. Bu isə hamilə qadınların böyük əksəriyyətində (təxminən 50%) müvcuddur. Qinqivit orqanizmdə hormonal dəyişikliklər nəticəsində yaranır. Hamiləlik zamanı proqesterona hormonunun səviyyəsi artır-məhz o, selikli qişanı həssas qavramasına səbəb olur. Bu damaqlara da aiddir. İstənilən mikrob qinqivit yarada bilər. İlk simptomlar-damaqlarda qızartı, soyuq və ya isti yeməklər qəbul edərkən həssaslıq hissi, fırça ilə dişlərin təmizlənməsi zamanı qan görmək.
Qinqivit hamilə qadınlarda artıq birinci və ya ikinci ayda əmələ gələ bilər, və doğuşa qədər inkişaf edə bilər. Bu zaman hamiləliyin ikinci və üçüncü ayında qinqivit xroniki xəstəliyə də keçə bilər.
Hamilə qadınlar iltihabdan qaçmaq üçün daha çox həkim nəzarətində olmalıdır. Yaxşı diş fırçası ilə müntəzəm təmizləmə ilə yanaşı, həmçinin diş sapı və ağız yaxalayıcılarından da istifadə etmək lazımdır. Qinqivitin ilk əlamətlərini hiss etdikdə isə stamatoloqa müraciət etməyiniz məsləhət görülür.