Qadin.NET / Aromaterapiya yağları

Aromaterapiya yağları

Aromaterapiya yağları

Aromaterapiya üçün bildiyimiz yağların hər birinin müəyyən faydaları vardır. Bundan əlavə elə yağlar var ki, onların günün müəyyən zamanında müəyyən təsirləri daha güclü olur. Gəlin onlardan bəziləri ilə tanış olaq.

Səhər

Təzələyici, canlandırıcı, oyandırıcı: limonotu yağı, qreyfurt yağı, portağal yağı, limon yağı, yaşıl limon yağı.

Hərəkətləndirici: istiot yağı, qərənfil yağı, lavanda yağı, darçın yağı, kəklikotu yağı.

Aromaterapiya yağları

Günorta

İştah açıcı (yeməkdən əvvəl və yemək zamanı): zəncəfil yağı, berqamot yağı, cirə yağı, limon yağı, nanə yağı, yaşıl limon yağı.

Həzmi yaxşılaşdıran (yemək zamanı və yeməkdən sonra): nanə yağı, keşniş yağı, razyana yağı, cirə yağı, limon yağı, portağal yağı, yaşıl limon yağı, kardamon yağı, reyhan yağı.

Aromaterapiya yağları

Günortadan sonra

Canlandırıcı, yorğunluq aparıcı, zehin açıcı və diqqət toplayıcı: istiot yağı, nanə yağı, reyhan yağı, kardamon yağı, limonotu yağı, limon yağı, kəklikotu yağı.

Tonik, sakitləşdirici və ruh yüksəkliyi verən: berqamot yağı, qreyfurt yağı, portağal yağı, limon yağı, gül yağı, lavanda yağı, ilanq-ilanq yağı, yasəmən yağı, pelarqoniya yağı, sərv yağı.

Rahatladıcı (meditasiya üçün): səndəl ağacı yağı, gül yağı, yasəmən yağı, sidr ağacı yağı.

Aromaterapiya yağları

Axşam

Həzmi asanlaşdıran (yeməkdən əvvəl və yemək zamanı): berqamot yağı, kardamon yağı, reyhan yağı, naringi yağı, cirə yağı, nanə yağı, minaçiçəyi yağı.

Gecə

Yuxu gətirici və rahat yuxuya kömək edən: lavanda yağı, çobanyastığı yağı, sidrağacı yağı, naringi yağı, gül yağı, minaçiçəyi yağı, limon yağı, mərzə yağı, mərsin yağı, zizaniyəbənzər vetivera yağı.

 Adi zərərsiz yağlar kimi görünsə də, hər şeyin çoxu zərərdir. Ona görə də aromaterapiya zamanı istifadə edilən yağların hər biri barədə əvvəlcədən müəyyən biliklərə sahib olmaq lazımdır. Heç bir şeyi kor-koranə etmək olmaz.

24 fevral 2016
GO BACK