Qadin.NET / Diqqət! Təhlükə var

Diqqət! Təhlükə var

Diqqət! Təhlükə var

Yay aylarında istinin qarşısını almaq üçün bütün xanımlar da olmasa, bir çox xanımlar hovuzlara və ya çimərliklərə müraciət edirlər. Bu kimi yollarla sərinləmək və zamanını əyləncəli keçirməyə çalışan xanımlarımız aramızda yetərincədir. Lakin dəniz və hovuz sularının böyük bir təhlükə daşıdığını bildiyimiz halda “Mənə bir şey olmaz” məntiqi ilə düşünərək böyük bir istirahəti özümüzə zəhər edəcəyimizi heç də düşünmürük. Unutmamalıyıq ki, bu sularda yetərincə bakteriyalar var və bunlar da qadınlar üçün yetərincə təhlükəlidir. Buna görə də bu tip xanımlar daim həkim müşahidəsi altında olmalı və vaxtı-vaxtında müayinələrdən keçməlidir. Əgər bir poblem varsa, onu zamanında aradan qaldırmağa çalışmalıdır. Hovuz və dəniz suları nəticəsində xanımlarda genital göbələk xəstəlikləri (kandidoz), bakterial vaginit və vaginoz (qardnerellyoz), vaginal trixomoniaz, sistit, eşerixioz, şigellyoz, hepatit A və E, papilloma virusu, göz, qulaq, burun və boğazın infeksiin xəstəlikləri kimi hallar özünü göstərə bilər.

Gəlin bu xəstəlik hallarından bir neçəsinin əlamətlərinə nəzər yetirək. 

Diqqət! Təhlükə var

Kandidoz 

Yaranma və kəskinləşmə səbəbləri:

- Uzun müddət antibiotiklərin qəbulu

- Hormonal preparatlar

- Hamiləlik

- İmmun sisteminin zəifləməsi

- Şırınqadan müntəzəm istifadə

- Sıx alt paltarı geyinmə 

Kəskin formalı kandidozun əlamətləri:

- Müxtəlif rəng və konsistensiyada (əsasən kəsmik) turş qoxulu vaginal ifrazat

- Xarici cinsiyyət üzvləri nahiyəsində qaşınma, göynəmə, çiçkinlik və qızartı. 

Praktik olaraq elə bir qadın yoxdur ki, ömründə bir dəfə də olsun göbələk infeksiyası ilə qarşılaşmasın. Planetin qadın əhalisinin təxminən 80 faizində bir dəfə, 40 faizində isə müntəzəm olaraq kandidoz müşahidə edilir. 

Diqqət! Təhlükə var

Bakterial vaginoz və disvaginoz 

Əlamətləri

- Xoşagəlməz qoxulu, bozumtul, ağımtıl, yaşılımtıl-sarı, köpüklü, qatı vaginal ifrazat.

- Cinsi akt və menstruasiyadan sonra vaginal ifrazatın çoxalması.

- Sidik ifrazı zamanı ağrı 

Bu əlamətlər bir neçə illər boyu davam edə bilər. 

Bakterial vaginozun ağırlaşmaları:

- Endometrit

- Salpingit

- Xorionamnionit

- Patoloji uşaqlıq qanaxmaları

- Sinir-psixi pozğunluqlar

Bakterial vaginozlar 50 faiz hallarda əlamətsiz davam edir. Vaginozların rast gəlinmə tezliyi müxtəlif ölkələrdə 30-50 faiz arasında dəyişir. 

Diqqət! Təhlükə var

Uşaqlığın fibromioması

Əsasən neyroendokrin pozulmalar fonunda inkişaf edir.

20 yaşına qədər 20 faiz qadın, 30 yaşına  qədər 30 faiz qadın, 40 yaşına qədər isə 40 faiz qadında  fibromiomaya rast gəlinir.

5 faiz hallarda miomtaz düyünlər uşaqlıq boynunu da zədələyir.

Tünd və qara rəngli dərisi olan xanımlar risk qrupuna daxildirlər.

Fibromioma ağır və uzun müddət davam edən menstrual qanaxmalara, venoz tromboza, çanaq, bel, sağrı və kürək nahiyəsində dözülməz ağrılara, sidik-ifrazat sistemində funksional pozğunluqlara gətirib çıxara bilər.

Fibromioma qanaxmalarla müşayiət edildikdə onun bədləşmə ehtimalı artır.

45-55 yaş arasında olan və hipertoniya, piylənmə və hiperqlikemiyası olan qadınlarda uşaqlıq qanaxmaları xüsusilə ağır gedişə malikdir.

 

4 may 2014
GO BACK