Qadin.NET / Döş xərçəngi riskinizi hesablayın!

Döş xərçəngi riskinizi hesablayın!


Döş xərçəngi riskinizin ehtimalini hesablamaq üçün kiçik bir test:

 

 


1- İlk menstruasiyanız neçə yaşınızda olub?
A) 11 yaşından sonra
B) 11 yaşından əvvəl

2- Menapoza neçə yaşında girmisiniz?
A) 55 yaşından əvvəl
B) 55 yaşından sonra

3- İlk doğum neçə yaşında etmisiz?
A) 30 yaşından əvvəl
B) 30 yaşından sonra və ya heç doğum etməmisinizsə

4- Uzun müddət hamiləlikdən qorunma həbi istifadə etmisinizmi?

A) 3 ildən daha az davamlı istifadə etmişsinizsə
B) 3 il və daha uzun müddət istifadə etmişsinizsə

5- Uzaq qohumlarınızda 1 və ya 2 dənə döş xərçəngi varmı?
A) Yox
C) Var

6-  Bir dənə yaxın qohumunuzda (ana, bacı, uşaq) qohumunuzda döş xərçəngi varmı?
A) Yox
D) Var

7- Birdən çox yaxın qohumunuzda döş ya da yumurtalıq xərçəngi varmı?

A) Yox
E) Var

8- Yaxın qohumlarınızda iki tərəfli və ya gənc yaşda (40 yaşından kiçik) inkişaf edən döş xərçəngi varmı?
A) Yox
E) Var

Bal vermə:

A : 0 bal
B : 1 bal
C : 5 bal
D: 10 bal
E: 20 bal


Qiymətləndirmə:

 
0 Bal: Bir risk faktorunuz yox. Həyat boyu döş xərçənginə tutulma nisbətiniz %10 ətrafında.


1-4 Bal: Yüngül risk qrupundasınız. Həyat boyu döş xərçənginə tutulma riskiniz %10-15 arasında.
Standart təqib proqramını nəzərə alin.


5-9 Bal: Orta dərəcəli risk qrupundasınız. Həyat boyu döş xərçənginə tutulma nisbətiniz %10-20 arasında. Standart
təqib proqramını yerinə yetirin və hərdən müayinə pis olmaz.


10-19 Bal: Yüksək risk qrupundasınız. Həyat boyu döş xərçənginə tutulma nisbətiniz %20-in üzərində.
Xüsusi təqib proqramına və tez-tez müayinəyə ehtiyacınız var.


20-59 Bal: Olduqca yüksək bir risk qrupundasınız. Həyat boyu döş xərçənginə tutulma nisbətiniz %20-85 arası. Xüsusi təqib proqramına və mütləq tez-tez müayinəyə ehtiyacınız var.

P.S. Standart təqib - yəni özümüz əl ilə döşlərimizi yoxlamaq və nəzarət etmək,

Xüsusi təqib - həkim müayinəsində döşlərimizi yoxlatdırmaq və nəzarət etdirmək.

9 fevral 2011
GO BACK