Qadin.NET / Amonoreya

Amonoreya

Amonoreya 16 yaşına qədər  menstruasiyanın 6 ay müdddətinə və ya daha çox müddətə olmamasıdır.

Amonoreya
 Həqiqi amonoreya

Həqiqi amonoreyada yumurtalıqda, endometriyada dəyişikliklər olmur və bu əsasən uşaq yaşlarında menopoza dövründə olur.

 Patoloji amonoreya

Patoloji amonoreya 2 cür olur. 1-ci dərəcəlidə menstruasiya heç vaxt olmayıb, 2-ci də isə olub və dayanıb. 1-ci dərəcəli amonoreya əsasən genetik patologiyalar zamanı yaranır və cinsi inkişafın dayanması, ağır infeksion xəstəliklər  yaradır. 2-ci amonoreya keyfiyyətsiz qidalanma, sinir-psixi pozğunluqlar zamanı, humoral pozğunluqlar-hipotolamus, yumurtalıq, hipofiz, böyrəküstü vəzi, qalxanvarı vəzi patalogiyaları zamanı yaranır.

 Yalançı amonoreya 

Bu zaman tsiklikdə dəyişikliklər baş verir, amma menstruasiya qanı xaricə çıxmır. Uşaqlıq boynundakı, vaginada qızlıq pərdəsindəki maneələr buna imkan vermir.

Amonoreya

Dioqnoz 

Əsasən hormonlar yoxlanılır

Lüteinləşdirici hormon (LH) 

Follikulstimullaşdırıcı hormon(FSH) 

Estradiol (E2) 

Testosteron 

Prolaktin 

Tiroidstimullaşdırıcı hormon (TSH) 

Dehidroepiandrosteron-sulfat (DHEA-SO4) 

Progesteron 

Hormonları yoxlanılır 

 

Amonoreya
Müalicə 

Keyfiyyətli qidalanma, fiziki idmanlar, stressdən uzaq olmaq və hormonal terapiya, fiziotrapiya ilə birlikdə.

 Həkimə nə zaman müraciət etməli?

Amonoreya

 1) 14 yaşına qədər dəyişiklik baş vermirsə, yəni süd vəziləri böyüməyibsə, qoltuqaltında və qasıqda tüklər çıxmayıbsa

 2) Əgər aybaşı qəflətən gecikərsə və ya dayanarsa 

3) Əgər qanaxma çox şiddətli olub, dayanmazsa 

4) Aybaşı zamanı ağrılar dəhşətlidirsə 

5) Qarının köpməsi 

6) Süd vəzilərinin şişməsi və ağrılı olması 

7) Susuzluq və şişkinlik 

8) Yuxunun və yaddaşın pozulması

 9) Sinir sisteminin pozulması 

10) İştahın azalması və ya artması

 Allah hamıya şəfa versin.

7 avqust 2013
GO BACK