Qadin.NET / Hirsutizm xəstəliyi (tüklənmə)

Hirsutizm xəstəliyi (tüklənmə)

       Hirsutizm xəstəliyi (tüklənmə)

Tibb dilində həddindən artıq tüklənmə hirsutizm adlanır. Bu, qadınların təqribən 10 faizində müşahidə edilən bir haldır. Həddindən artıq tüklənmə adətən yetkinlik dövrü ilə 40 yaş arasında müşahidə edilir. Qadınlarda hamiləlikdən sonra az da olsa tük köklərinin sayında artım olur. Ancaq hamiləlikdən kənarda artan tüklənmə anormal tüklənmə sayılır. Bu zaman tüklərin qalınlaşması və tündləşməsi müşahidə olunur. Bu xəstəliyin digər əlaməti isə dərinin yağlanması və sızanaqların əmələ gəlməsidir. Digər tərəfdən, belə qadınlarda tsiklik proseslərdə də problemlər müşahidə olunur.

Qadınlarda tüklənmə endokrin xəstəlikləri nəticəsində baş verir. Çox vaxt androgen hormonlarının artması nəticəsində meydana gəlir. Bəzən digər hormonlardakı dəyişikliklər də tüklənməyə səbəb olur. Bu baxımdan ümumi tüklənməyə səbəb olan hormonlardan biri də böyümə hormonudur. 

Hirsutizm xəstəliyi (tüklənmə)

Zəhərli boğaz urunda nazik tüklərin,tireoid hormonunun azlığında isə qalın tüklərin artması baş verir. Hirsutizmdə genetik faktorun da rolu var. Qadınlarda androgen hormonu yumurtalıqda və böyrəküstü vəzilərdə sintez olunur. Tüklənmədə əsas rol oynayan hormon testosterondur. Digər androgenlər isə testosteronun törəmələridir. Orqanizmdə olan yağ toxumasında və tük köklərində bu törəmə hormonlar testosterona çevrilir. Onda tüklənmənin iki səbəbdən meydana gəldiyiyini deyə bilərik:
1. Qanda androgenin səviyyəsinin artması nəticəsində
2. Tük follikullarının,hətta qanda kişi hormonlarının normal səviyyədə olmasına baxmayaraq, androgenlərə qarşı həssasalığın artması nəticəsində.

Hirsutizm xəstəliyi (tüklənmə)

            Hirsutizmin səbəbləri:
1. Böyrəküstü vəzidən qaynaqlanan
2. Yumurtalıqdan qaynaqlanan
3. Dərmanlardan qaynanqlanan - hormonal-qeyri-hormonal
4. Ağır insulin rezistent sindromundan qaynaqlanan
5. Hiperprolaktinemiyadan qaynaqlanan(prolaktin hormonu artıqlığı)
6. İdiopatik hirsutizmdən qaynaqlanan
7. Tireoid vəzisindən qaynaqlanan

      Tüklənməsi olan xəstədə ən əsas məsəslələrdən biri də böyrəküstü vəzi şişlərinin olub-olmadığını aşkarlamaqdır. Tüklənmənin qısa bir vaxtda başlaması, sürətlə artması klinik olaraq şişlərin olmasından xəbər verə bilər. İfrat tüklənmə, sonsuzluq, kökəlmə kimi problemlər, böyrəküstü vəzidə bəd xassəli və ya xoş xassəli şişlərin varlığından xəbər verir. Digər tərəfdən hipofiz vəzindən qaynaqlanan bəzi hormonlar da ifrat tüklənməyə səbəb olur.

     Hirsutizmli qadınlar müalicənin gedişində səbirli olmalıdırllar. Çünki, tük follikullarının ömrü 6 aydır. Buna görə də dərmanın təsiri 3-6 ay arası müşahidə olunur. Tüklənməsi olan qadınlar mütləq arıqlamalıdırlar. Çünki artıq çəki də tüklənməni artırır. 

23 iyul 2013
GO BACK