Qadin.NET / Abort cinayətdir!

Abort cinayətdir!

Abort cinayətdir!
Abort cinayətdir! Qoy hər bir qız, hər bir xanım ana bətnindəki körpənin bu müraciətini oxusun!
Ana, mən səndən sadəcə 20 sm uzaqlıqdayam, amma bütün orqanlarım yerindədir. Mən sənin səsini sevirəm. Mən hər dəfə onu eşidəndə əl-qolumu tərpədirəm.  Sənin hər ürək döyüntün mənim laylamdır.
İkinci ay
Ana, mən bu gün baş barmağımı əmməyi öyrəndim. Əgər sən məni görsəydin, mənə afərin deyərdin.  Ancaq mən o qədər böyük deyiləm ki, öz kiçik evim olmadan dolanım. Bura o qədər isti və rahatdır ki.
Üçüncü ay
Ana, tap görüm mən kiməm? Mən qızam! Ümid edirəm ki, buna sevindin. Mən istəyirəm sən həmişə sevinəsən.  İstəmirəm sən kədərlənəsən, sən ağlayanda elə qəmli görünürsən ki. Onda mən də səninlə birlikdə bətnində ağlayıram, amma sən məni eşitmirsən.
Dördüncü ay
Ana, mənim saçlarım uzanmağa başlayıb. Onlar qısa və nazikdir.  Mən çox hərəkət edirəm. Artıq başımı fırlada, barmaqlarımı tərpədə bilirəm. Öz kiçik ayaq və barmaqlarımı sora bilirəm, uzada bilirəm.  Bu, məndə çox yaxşı alınır.
Beşinci ay
Sən yenə həkimə getdin.  Ana, o səni aldadır ki, mən uşaq deyiləm. Mən körpəyəm, sənin balanam. Mən düşünürəm və hiss edirəm. Anacan,  ana, abort nə deməkdir?
Altıncı ay
Mən yenə sənin həkiminin səsini eşidirəm. O, mənə inanmır, çox soyuqqanlı görünür, elə bil heç qəlbi yoxdur.  Nəsə zorla mənim kiçik evimə girir.  Həkim bunu mil adlandırdı, ana bu nədir? Necə də məni incidir, ağrıdır. Anacan, ona de ki, bunu dayandırsın!  Mən artıq bundan qaça bilmirəm, ana! Anacan, kömək et mənə!
Yeddinci ay
Ana, mən yaxşıyam, səmadayam. Allah mənə abort haqqında danışdı. Niyə məndən imtina etdin, anacan?
Hər abort bir dayanan ürək deməkdir  Bir cüt gözün görməyəcəyi deməkdir.  Bu, bir cüt əl deməkdir ki, heç vaxt tərpənməyəcək. Bu, bir cüt ayaqdır ki, heç vaxt qaçmayacaq. Bu, bir ağızdır ki, heç bir söz deyə bilməyəcək. Əziz xanımlar, bətninizdəki körpəniz hələ çox kiçik olsa da, hər şeyi sizinlə birlikdə yaşayır, hiss edir. Abort etdirib,  sonra bir ömür boyu vicdan əzabı ilə baş-başa qalmayın. Qıymayın öz balanıza!
 
10 mart 2016
GO BACK