Qadin.NET / Qadınların dostu naringi

Qadınların dostu naringi

Naringi qadınların dostu sayılır. Səbəbini bilmək üçün məqaləyə göz atın.

Saçlara təbii baxım

Qadınlar üçün ən təbii aksesuar saç sayılır. Naringi- saçların uzanmasını sürətləndirir və saçların ağarmasını zəiflədir. Bir çox kosmetik məhsulun hazırlanmasında istifadə olunur.

Dərini gözəlləşdirir

Dəriyə qulluq vacibdir. Naringinin tərkibindəki A vitamini yaşlanmanı gecikdirir, sızanaqları təmizləyir, dərini gözəlləşdirir.

Dəmir 

Qidalardan qəbul edilən dəmirin əmilməsini asanlaşdıran naringi qadınlara böyük fayda verir. Xüsusilə, mensturasiya dövründə qan itkisi olduğu üçün dəmir çatışmazlığı yarana bilir. Belə günlər bol-bol naringi yeyin.

3 iyul 2020
GO BACK