Qadin.NET / Revmatizmin xalq təbabəti ilə müalicəsi

Revmatizmin xalq təbabəti ilə müalicəsi

 

 

Revmatizmin xalq təbabəti ilə müalicəsi

 

Bildiyimiz kimi, revmatizm çox yayılan xəstəliklərdən biridir. Onun 120-dən çox növü vardır. Ümumiyyətlə, hər bir xəstəlik vaxtında aşkar olunub müalicə etdirilməlidir. Əks halda onun fəsadlarını təxmin edə bilərik. Hər birimizin orqanizmi eyni deyil. Yəni insan var ki, uzun müddət kimyəvi preparatlar - antibiotiklər, müxtəlif ağrıkəsicilər qəbul edir. Amma elələri də var ki, xalq təbabətinə üstünlük verir. Bu gün mən də sizə revmatizmin bitkilərlə- yəni təbii vasitələrlə müalicəsindən bəhs edəcəm.

  Kəklikotunun qaynanmış suyunda vanna qəbul etmək revmatizm xəstəliyi olanlar üçün çox faydalıdır. Bu eyni zamanda dəri altında qan dövranını nizamlayır. 500 qr. kəklikotunu torbaya doldurub 15 dəqiqə ərzində qabda qaynadırlar. Sonra onu isti su ilə doldurulmuş vannaya tökürlər. Vannadakı suyun hərarəti 35-40 dərəcə olmalıdır. Xəstə 20 dəqiqə vannada uzanır, oradan çıxandan sonra yatağa girib özünü tərlədir.

  Dağ kəklikotusunun gülünü və yarpağını əzib qaba yığır, ocaqda isidir və isti-isti ağrıyan yerə qoyub parça ilə bağlamaq lazımdır. Kəklikotunun 15-25 qramını bir litr suda dəmləyərək hərdən bir stəkan içmək olar. 
Revmatizmdən bədəndəki ağrıları kəsmək üçün 2-3 ədəd almanı 4 yerə bölüb qabığı ilə birlikdə bir litr suda 10-15 dəqiqə qaynayandan sonra ona bir qədər şirin biyan əlavə edib təpitmə kimi işlətmək lazımdır.

  Zeytun yağını döyülmüş sarımsaqla qatıb məlhəm düzəldir və ağrıyan yerlərə sürtürlər. Bu həm revmatizm, həm də əzələ və əsəbdən əmələ gələn ağrılar üçün xeyirlidir.

 

 

Revmatizmin xalq təbabəti ilə müalicəsi

Sarımsaqdan hazırlanan təpitmələr revmatizm ağrılarını sakitləşdirir.

Bu belə hazırlanır: sarımsağı doğrayır, iki özü qədər kamfora yağında qatışdıraraq onu məlhəm kimi ağrıyan yerlərə sürtürlər.

 Səhərlər ac qarına bir stəkan kök suyu içmək də faydalıdır.

 Ağrıyan yerlərə çobanyastığı yağı sürtmək də yaxşı nəticə verir.
Moruq da çox xeyirlidir.
Revmatizmə qarşı görülən tədbirlərdən biri də 21 gün ərzində hər gün 1 stəkan dəmlənmiş kərəviz suyu içməkdir. Kərəvizi döyüb düyü ununda təpitmə düzəldir və ağrıyan yerlərə sürtürlər.Müalicənin təsirli olması üçün bir neçə gün ərzində kərəviz salatı yemək lazımdır. Salata bir qədər soğan, limon suyu və zeytun yağı da qatılır.

  Kələm yarpağından təpitmə kimi istifadə etmək olar. Bunun üçün onu əvvəlcə bir qədər əzir, sonra odda azacıq bişirib ağrıyan yerə qoyur, üstünü də yun parça ilə örtürlər. Təpitmə gündə 2-3 dəfə təkrar edilir.

Bu yaxınlarda sosial şəbəkələrin birində albalı saplağının da revmatizm üçün xeyirli olduğunu öyrəndim. 25 ədəd albalı saplağını 1 stəkan suda bir burum qaynadıb süzüb içirlər.

Sonda hamınıza sağlam can, xoşbəxt həyat arzulayıram.

 

15 iyul 2017
GO BACK