Menstruasiya dövrünün 1 və 5-ci günləri: Bədənin fərqli bölgələrində qanaxma
- Bəzi günlərində qanaxma dayana bilər, bunun səbəbi bədənin qan təzyiqinin normal səviyyənin üstünə çıxmasıdır. Kapilyarlar şişib partlaya bilər.
- Dəridə ləkələr yavaş-yavaş yox olar, dərinin yağlılığı azalar. Dəri çox həssaslaşar.
- Qanaxmada laxtalanmış qana rast gəlmək olar. Bu bədənin həddindən artıq qanaxmadan özünü qorumağa çalışdığı haldır.
- Axıra yaxın qanın rəngi parlaq rəngdən qəhvəyi rəngə çevirilər. Bu köhnə qandır.
6-13-cü günlər. İnsanlarla ünsiyyət qurmaq üçün yaxşı vaxtdır
- Enerji yüksələr, qadınların fəaliyyəti daha aktiv hala keçər.
- Hormon səviyyəsi nizamlandığı üçün insanlarla ünsiyyət daha asan hal alar.
- Bu müddət ərzində yumurtalıqlarda yenidən hərəkət başlayar və hamilə qalma şansı artar.
14-15-ci günlər: Öyrənmək asanlaşar
- Bu dövrdə qadınların dərisi matlaşar.
- Yaddaş və diqqət daha üst səviyyəyə çatar. Hormonlarla əlaqəli.
16-28-ci günlər. Bədəndəki fəaliyyət azalır
- Hormon səbəbi ilə bədəndəki bütün sistemlər ləng işləyər. Bir çox qadında şişkinlik, dəridə yağlanma müşahidə edilər. Üzdə sızanaqlar çıxar.
- Sinə həssaslaşar.
- Narahatlıq hissi menstruasiyadan əvvəl artar.
- Bu dövrün sonunda hamilə qalmamısınızsa, dövr özünü təkrarlayaraq davam edər.
Tərcümə: Ustaclı