Qadin.NET / "Xüsusi" günlər haqqında miflər

"Xüsusi" günlər haqqında miflər

"Xüsusi" günlər haqqında miflər

Ağıllı və oxumuş, məqsədyönlü və şən, dəli-dolu və cəsarətli müasir qızlar bir neçə il əvvəlki həmyaşıdlarının yuxusuna belə girmədiyi çətin işlərin öhdəsindən asanlıqla gəlirlər. Buna baxmayaraq onlara birbaşa aid olan bəzi şeylər haqqında məlumatları azdır. Məsələn, onlar hətta yaxın rəfiqələri ilə də “xüsusi günlər” haqqında danışmaqdan utanaraq mendtruasiya haqda miflərə inanırlar. Bəs mütəxəssislər bu miflər haqda nə deyir?

Mif 1. Tamponların gündəlik istifadəsi sağlamlığınız üçün təhlükəsiz deyil.

Əslində nüfuzlu “Uşaq və yeniyetmə ginekoloqlar birliyi” regionlararası ictimai təşkilatı o.b. tamponlarının laboratoriya ekpertizasını keçirib və tibbi tədqiqatlarının nəticələrini açıqlayaraq təsdiq edib ki, bu müasir və etibarlı gigiyenik vasitələr menstruasiya zamanı gündəlik istifadə üçün təhlükəsizdir.  
Mütəxəssislər tərəfindən məsləhət görülən tamponları seçərkən əmin ola bilərsən ki, onlar sənin sağlamlığın üçün təhlükəsizdir.

"Xüsusi" günlər haqqında miflər

Mif 2. Bakirələrə tamponlardan istifadə etmək olmaz.

Əslində hələ cinsi həyatı olmayan qızlar rahatlıqla tamponlardan istifadə edə bilərlər. Bunun çox sadə fizioloji açıqlaması var. Cinsi yetkinlik dövründə bakirəlik pərdəsi xüsusilə elastik olur. Bundan əlavə, o, uşaqlıq yolu və menstruasiya qanı keçən diametri təxminən 1,5 sm olan təbii dəliyə malikdir. “Xüsusi” günlərdə estroqenin təsiri ilə bakirəlik pərdəsi daha elastik olur və həmin dəlik 2,5 sm-ə kimi genişlənə bilir. Bunun sayəsində tamponları yerləşdirmək və çıxartmaq rahatdır. Tamponların istifadəsi bakirələrin sağlamlığı üçün təhlükəsizdir. Bu, qızlardan ibarət iki qrupun iştirak etdiyi xüsusi tədqiqatın gedişatında sübut olunub. Birinci qrupdakı qızlar heç vax cinsi həyat yaşamayıblar və tamponlardan istifadə etməyiblər. İkinci qrupdakı qızlar isə cinsi həyat yaşamayıb tamponlardan istifadə ediblər. Tədqiqat zamanı tamponlardan istifadə edən və etməyən qızların bakirəlik pərdəsində heç bir dəyişikliyə rast gəlinməyib.

Optimal müdafiə və maksimal rahatlıq üçün qızlar böyük ölçüdə olmayan tamponlardan istifadə etməlidirlər, məsələn o.b. ProComfort® mini. Spiralşəkilli novcuqların olması sayəsində onlar hətta intensiv ifrazat gəldikdə belə güvənli qoruyurlar. SilkTouch™ — hamar ipək örtüyü tamponu dəyişdirməyə ehtiyac olduqda yerləşdirməni və çıxarmanı rahatlaşdırır. Bu vasitədən bakirəlik pərdəsini zədələməkdən qorxmadan istifadə etmək olar.

Mif 3. Tamponu yerləşdirmək çətin və xoşagəlməzdir.

Əslində elə deyil. Belə fikir əsasən tamponlardan yenicə istifadə etməyə başlayan qızlarda olur. Bunun belə olmadığına əmin olmaq üçün təlimatı oxuduqdan sonra özünüzün yoxlaması kifayət edəcək. Əlbəttə əsəbləşməmək lazımdır! Əzələlər boşaldıqda tamponu yerləşdirmək elə də çətin olmur. Belə gigeyenik vasitələrdən yenicə istifadə etməyə başlayan qızlar o.b. ProComfort® Mini kimi kiçik ölçülü tamponlardan istifadə etsələr daha yaxşıdır, çünki onları yerləşdirmək çox asandır. o.b.® ProComfortTM tamponlarının bütün çeşidlərində olan SilkTouch — xüsusi ipək örtüyü onları daha da hamar edir, heç bir narahatlıq yaratmadan tamponun rahat və tez yerləşdirilib çıxarılmasını təmin edir. Düzgün yerləşdirilmiş tampon bədən daxilində o qədər rahat olur ki, sən onu heç hiss etmirsən.  Əgər sən tamponu daxilində hiss edirsənsə, böyük ehtimalla o kifayət qədər dərinə yerləşdirilməyib, bu halda, onu sadəcə düzəltmək lazımdır.

Müəllif: Tatyana Duxina, həkim-ginekoloq, tibb elmləri namizədi

18 fevral 2016
GO BACK