Qadin.NET / Menstruasiya sancısının qabağını alan 7 üsul

Menstruasiya sancısının qabağını alan 7 üsul

Menstruasiya sancısının qabağını alan 7 üsul
Menstruasiya sancısı hər 100 qadından 30-nun qarşı-qarşıya qaldığı əhəmiyyətli bir problemdir. Bu sancı biz qadınları hövsələdən çıxarır. İllərcə bu sancını çəkən və hər ay xəstəxanaya aparılan qadınların sayı olduqca çoxdur. Yaxşı bəs bu ağrının səbəbi nədir? Ümumilikdə bu ağrıların və gecikmələrin səbəbi polikistik over sindromu olur. Bu ağrı üçün hər hansı bir dərman və müalicə üsulu yoxdur. Özümün də yaşadığı kimi 3,5 ay aybaşı olmadıqdan sonra həkimə gedəndə mənə müalicə olaraq verdiyi tək şey qadınlarçün hamilə qalmamaq üçün istifadə edilən dərman oldu. Hormonları nəzarət altına saxlayan bu doğum dərmanları nizamlı bir şəkildə içilsə, aybaşı olmanıza və ağrınının əvvəlki qədər şiddətli olmamasına kömək edər. Ancaq həkim tövsiyəsi də olsa, doğum idarə dərmanını istifadə etmək risklidir. Bu mövzuda bir çox fikir mövcuddur. Həkimlər bir zərəri olmadığını deyərkən istifadə edən xanımlar qarşılaşdıqları pis vəziyyətləri və sağlıq problemlərini bildiriblər. Həm də bu dərmandan bir müddət sonra istifadə etməsəniz, əvvəlki gecikmə və ağrıları yenidən yaşamanız da mümkündür. Həkimimin dediyi söz bir az qəribə olsa da, çox açıq idi:"Belə yaşamağı öyrənəcəksən." Doğum idarə dərmanına güvənməyərək anamın da narazılığıyla bu dərmandan istifadəni saxladım. Təkrar ağrılar və gecikmələrin olması mümkündür. Buna görə də əvvəlki ağrıları yadıma saldım və ağrını necə sakitləşdirdiyimi mənim kimi sancı çəkən istifadəcilərimizlə paylaşmaq istədim. Mütləq həkimə gedin və probleminizi öyrənin. Qətiliklə həkim demədən doğum nəzarət dərmanına başlamayın. Buyurun, təbii təkliflərlə tanış olun.
İsti su
Yavaş-yavaş gələn ağrılar aybaşı olacağınızın xəbərçisi olur. Ağrıları hiss edən kimi bir isti su torbasıyla yatmanızda fayda var. Bel ağrısı da olacağı üçün rahat bir torba götürüb isti su ilə doldurun, qarın və qasıq bölgənizi isti saxlayın. Bu bölgəyə isti su qoymağın zərərli olduğunu deyənlərə fikir verməyin. Qarın bölgəsindən əlavə isti suyu ayaqlarınızın altına da qoya bilərsiniz. Bu da yavaş-yavaş ağrılarınızın azalmasını təmin edəcək. 
Kəklikotu çayı
Ağrılarınız azalmırsa, isti suya 2 çay qaşığı kəklikotu qatın və yavaş-yavaş için. İçmək hər nə qədər çətin olsa da, faydasını görəcəksiniz.

Menstruasiya sancısının qabağını alan 7 üsul

Qayğı
Ağrı çəkərkən başqa şeyləri düşünməyə çalışın. Hər nə qədər çətin olsa da, kompüter və ya mobil telefonunuzla maraqlanın. Ətrafınızdakılarla fərqli bir mövzu haqda danışın, sevgilinizlə mesajlaşmaq ağrını bir az olsun yaddan çıxarmağınıza kömək edə bilər. Boş bekar dayansanız, əmin olun ki, daha çox ağrı hiss edəcəksiniz. 
Özünüzü sıxmayın.
Ağrıdan ötrü özünüzü sıxmayın, əsəbiləşməyin, ağlamayın. Bu sizi daha çox sıxar və ağrını daha çox hiss etməyinizə səbəb olar. 
Qidalanma
Canınız heç bir şey yemək istəməyəcək və mədəniz bulanacaq. Mədənizi rahatlaşdıracaq isti şeylər içməyə cəhd edin. Bir müddət bir şey yeməyin.

Menstruasiya sancısının qabağını alan 7 üsul

Dərman 
Dərmanların bu mövzuda zərərli olduğu deyilir. Ağrı kəsicilərlə xəstəliyiniz yarımçıq kəsilə bilər. Buna görə də dərman içməməyə çalışın. Əgər dözə bilmirsinizsə, yarım aspirin ağrınızı 15 dəqiqəyə sakitləşdirə bilər. Ancaq dərman içməməyə çalışın. Sancı artsa, ​​həkimə müraciət edin. 
Özünüzü isti saxlayın. 
Bu ən əhəmiyyətli ünsürdür. Sadəcə sancı əsnasında deyil, əvvəlcədən özünüzü soyuqdan qorumağa diqqət edin. Xüsusilə ayaqlarınızın üşüməsi bu ağrıları artıracaq. Ayaqlarınızı daim isti saxlayın.
22 sentyabr 2014
GO BACK