Qadin.NET / Menstruasiyanın gecikmə səbəbləri

Menstruasiyanın gecikmə səbəbləri

Menstruasiyanın gecikmə səbəbləri

Stress

Stress həyatınızdakı bir çox şeyə təsir edə bilər. Bunlardan biri də menstruasiyadır. Bəzən o qədər çox stress və gərginlik yaşayarıq ki, bədənimiz GnRH adı verilən hormonun (yumurtalığın funksiyalarını nizamlayan hormon) səviyyəsini azaldar.

Xəstəlik

Keçirilən ani, qısa, ya da uzun müddətli xəstəlik menstruasiyanın gecikməsinə səbəb ola bilər. Bu vəziyyət müvəqqətidir. Xəstə sağaldıqdan sonra menstruasiya yenidən nizama düşür. 

Menstruasiyanın gecikmə səbəbləri

Gündəlik həyat nizamında dəyişmə

Gündəlik həyatın təkrarlanan və nizamlı proqramında dəyişiklik etmək  menstruasiyada gecikməyə səbəb ola bilər. Uzun sürən iş saatları, yuxusuz qalmaq buna səbəb ola bilər.

İstifadə edilən dərmanlar

Yeni və fərqli dərman qəbulu menstruasiyanın gecikməsinə və ya kəsilməsinə səbəb ola bilər. İstifadə edilən dərmanların əks təsirləri haqda həkimlə məsləhətləşmək vacibdir. 

Menstruasiyanın gecikmə səbəbləri

Çox kök olmaq

Artıq çəki menstruasiyanın nizamının dəyişməsinə və ya tamamilə dayanmasına səbəb ola bilər. Bir çox qadın bir az arıqladıqdan sonra yenidən normal nizama geri dönür.

Çox arıq olmaq

Bədəndəki yağ nisbəti kafi səviyyədə deyilsə, menstruasiya nizamlı olmaya, ya da  tamamilə dayana bilər. Bu vəziyyətə amenore adı verilir. Ümumiyyətlə, çəkinin bir az artması menstruasiya nizamının normallaşmasını təmin edir. Bu vəziyyət həddindən artıq idman edən və ya professional idmançı olan qadınların yaşadığı menstruasiya gecikməsinin ən geniş yayılmış səbəbidir.

9 iyun 2013
GO BACK