Qadin.NET / Menstruasiyadan əvvəl şişkinliyi necə azaltmalı?

Menstruasiyadan əvvəl şişkinliyi necə azaltmalı?

Duz qəbulunu azaldın

Menstruasiya olmadan bir həftə əvvəl duz qəbulunu azaldın. Duz bədəndə su yığılmasına səbəb olar. 

Qidalanmaya diqqət edin

Bədənimiz bəzi qidaları daha çətin həzm edir. Bu da qarında qaz yaranmasına səbəb olur. Menstruasiya yaxın dövrdə bu tip qidalara ara verməkdə fayda var. Məsələn, kələm, brokoli, noxud kimi qidalar.

Bol-bol su için

Gündə ən az 2 litr su içərək şişkinliyi böyük ölçüdə azalda bilərsiniz. Su içmək, toksinləri bədənizdən təmizləməyinizə kömək edir. Beləliklə, rahatlıq hiss edərsiniz.

Metabolizmanı sürətləndirin

Lifli qidaları biraz azaltmaq və bunun yerinə probiotiklə zəngin olan qatıq, şişkinliyə faydalı olan meyvə kimi seçimlərə üstünlük verin.

15 avqust 2020
GO BACK