Yağlı quru meyvələr
Qoz, fındıq, badam kimi maqneziumla zəngin yağlı quru meyvələr menstruasiya dövründəki şişliyi və sancıları azaldır.
Kafein
Kafein mükəmməl ağrıkəsicidir və enerji verir. Menstruasiya dövründə lazimi miqdarda yemək ağrıları azaltmağa kömək edir. Amma daha şiddətli ağrılara da səbəb ola bilər. Kafeinin yerinə çobanyastığı çayı da içə bilərsiniz.
Bitter şokolad
Bitter şokolad seretonin səviyyəsini artırır. Bu da depresiyya və yorğunluğu azaltmağa kömək edir. Bir neçə parça şokolad sizə xoşbəxtlik verəcək.
Su
Su şişliyi atır. Şişliyə, ağrılara yol açan sodium təmizləməyə kömək edən ən asan yolu su içməkdir. Tək su içməkdə çətinlik çəkirsinizsə, içinə darçın, limon, xiyar, alma, çiyələk kimi dadlandırcılar əlavə edə bilərsiniz.
Sağlam karbohidratlar
Meyvə və tərəvəz yemək, menstruasiya dövrünündə şəkər istəyinin qarşısına keçir. Ərik, portağal, alça, armud, qarğıdalı və kök kimi sağlam karbohidratları əksik etməyin.