Qadin.NET / Menstruasiya haqqında bilməli olduqlarınız

Menstruasiya haqqında bilməli olduqlarınız

Menstruasiya dövrü hamıda özünəməxsusdur

Adətən 28 gün olaraq qəbul edilsə də, hər qadının menstruasiya dövrü 28 gündür demək düz deyil. Bu hal qadından qadına, aydan aya dəyişə bilir. Mütəxəssislər 21-35 gündən bir aybaşı olmağı sağlam və normal qəbul edir. 

Menstruasiya dövrünün müddəti dəyişkəndir

Menstruasiya dövrünün nə qədər davam edəcəyi insandan insana dəyişir. Bəzən 2 gün, bəzən də 1 həftə davam edə bilir. Bu hormonlarınıza və digər təsirlərə bağlıdır. Menstruasiya dövrünüz 1 həftədən çox davam edirsə, həkimə getməkdə fayda var.

Qarın ağrıları

Bu dövrdə ağrı çəkməyiniz səbəbi budur: bətndəki qanaxma ilə birlikdə əzələ yığılmaları başlayır. Bətnə gedən qan və oksigen azalır. Bu da sıxılmalara səbəb olur. 

Niyə şirniyyata ehtiyac yaranır?

Menstruasiya dövründə qan şəkəri aşağı düşə bilir, bu da şirniyyat ehtiyacına səbəb olur. Bəzən bu maqnezium çatışmazlığından qaynaqlanır. 

29 iyul 2020
GO BACK