Qadin.NET / Menstruasiyanın gecikməsinin səbəbləri

Menstruasiyanın gecikməsinin səbəbləri

Sürətli arıqlama və kökəlmə

Ay ərzində sürətli arıqlayıb kökəlmə, yaşadığınız yemə pozuntuları aybaşı gecikməsinin səbəbləri arasında yer alır. Çəkiniz, aybaşını nizamlayan beyindəki hipotalamusa təsir edir. Xüsusilə, anoreksiya, blumia kimi yemə pozuntuları menstruasiya dövrünə təsir edir.

Süd verən analar

Körpə doğulduqdan sonra aybaşı gecikməsi halları ola bilər. Xüsusilə, süd verən analarda müəyyən qədər aybaşı gecikmələri müşahidə edilir. Bəzən 1-2 ay aybaşı olmaya bilərsiniz. Bədənin və hormonların bu yeni dövrə öyrəşməsi vaxt ala bilər. 

Stress

Hamının həyatında az və ya çox miqdarda stress yer alır. Az miqdar yaşanan stress insanın psixoloji sağlamlığı üçün lazımlıdır, ancaq baş verən ani hadisələrdən qaynaqlanan yüklü stress mənfi nəticələr yarada bilər. Mütəxəssislərə görə, ölüm, boşanma kimi hadisələrin yaratdığı stress aybaşı gecikməsinə səbəb ola bilər.

Xroniki xəstəliklər

Diabet və ya çölyak xəstəliyi kimi xroniki xəstəliklər də aybaşı dövrünə təsir edir. Qan şəkərində yaranan dəyişiklər hormonlara da təsir etdiyindən aybaşı nizamsızlığına səbəb olur.

21 iyul 2020
GO BACK