Qadin.NET / Yaşlanmanın qarşısını alan üz masajı

Yaşlanmanın qarşısını alan üz masajı

1. Yağ və ya nəmləndirici

Üz masajının ziyan vurmamalı olduğunu unutmayın. Başlanğıcda ağrılı ola bilir, əgər elədirsə, sərt basmayın. Ən sevdiyiniz ucucu yağı və ya nəmləndiricini üzünüzə və boynunuza çəkin. Beləliklə, masaj edərkən dəriniz qıcıqlanmayacaq. Bir neçə damla yağı barmağınıza qoyun və bədən istiliyində olana kimi bir neçə saniyə ovalayın.

 

Yaşlanmanın qarşısını alan üz masajı

 

2. Dincəlin

Gözlərinizi yumun və üzünüzü əllərinizlə örtün. Bir neçə saniyə gözləyin və sonra əllərinizi boynunuza aparın. Bu dərini hazırlamaq üçün olan mərhələdir. Dincəlin.

 

Yaşlanmanın qarşısını alan üz masajı

 

3. Dərinizi hazırlayın

Biraz basaraq, əllərinizi üzünüzün ortasından xaricə doğru sürüşdürün. Bu dərini isidəcək və masaj üçün hazır olacaqsınız.

 

Yaşlanmanın qarşısını alan üz masajı

 

4. Kiçik dairələr

Üzünüzün mərkəzindən başlayraq, xaricə və yuxarı doğru gedən kiçik dairəvi hərəkətlərlə yağı dərinizə çəkməyə başlayın. 

 

Yaşlanmanın qarşısını alan üz masajı

 

5. Çənə xətti 

İşarət barmağınızı və orta barmaqlarınız, hər iki əlinizi istifadə edərək, çənənizdən qulaqlarınıza qədər sürüşdürün. Xəfif basın, ancaq çox yox. 6 dəfə təkrar edin.

 

Yaşlanmanın qarşısını alan üz masajı

 

6. Yanaqları qaldırmaq

İşarət barmağınızı və orta barmaqlarınızı istifadə edərək, almacıq sümüklərini V forması alarkən, barmaqlarınız yuxarı doğru hərəkət etsin. Bu yanaqlarınızı qaldırmaq və sallamasının qarşısını almağa kömək edəcək. 6 dəfə təkrar edin.

 

Yaşlanmanın qarşısını alan üz masajı

 

7. Almacıq sümükləri

Əllərin içi ilə almacıq sümüklərinə basın və başınızı əllərinizə buraxın. 10 saniyə basılı tutun. Əllərin içini almacıq sümüklərinin üstünə yerləşdirin və almacıq sümüklərinizi altından əllərinizi sarıyın. 6 dəfə təkrar edin.

 

Yaşlanmanın qarşısını alan üz masajı

 

8. Gözlərin ətrafı

Göz ətrafına masaj etmək şişkinliyin keçməsinə kömək edəcək. İşarət və orta barmaqlarınızla gözlərinizin altına xəfif toxunuşla başlayın. İşarət barmaqlarınızı gözlərinizin künclərinə yerləşdirin və orta barmaqlarınızla gözlərinizin altından doğru ovalamağa başlayın.

 

Yaşlanmanın qarşısını alan üz masajı

 

9. Alın.

Barmaqlarınızı qaşlarınızın üstünə yerləşdirin və saç cızığına qədər xaricə və yuxarı oğru basın. 6 dəfə təkrar edin. Bu alındakı incə qırışlar üçündür.

 

Yaşlanmanın qarşısını alan üz masajı

 

10. Boyun

Əllərinizi boynunuzun ortasına yerləşdirin və mərkəzdən çiyinlərə doğru basın. Hər iki tərəfə də 3 dəfə təkrar edin.

 

Yaşlanmanın qarşısını alan üz masajı

 

 

13 sentyabr 2019
GO BACK