Yüngül yoğurmalar
Çiyinlər və qolların üstü kimi daha incə bölgələrdə bu texnikadan istifadə edə bilərsiniz. Dərini bir əlinizin baş barmağı ilə barmaqlarınızın arasında qaldırın, sıxın çevirin. Digər əlinizə doğru sürüşdürün və hərəkəti digər əlinizlə də təkrarlayın.
Təzyiqlər
Dərin və birbaşa təzyiqlər onurğanın hər iki yanındakı və çiyinlərin ətrafındakı əzələlərin gərginliyini aradan qaldırmaq üçün çox faydalıdır və olduqca boşaldıcıdır. Təzyiqi mərhələli və nizamlı bir şəkildə tətbiq edin, əsla ani sərt bir şəkildə itələməyin. Çox az yağdan istifadə edin ki, əlləriniz yanlara doğru sürüşməsin. Dırnağınızın dəriyə batmamasına xüsusilə diqqət yetirin.
Sabit təzyiqlər
Baş barmaqlarınızı dərinin üzərinə qoyub yavaş-yavaş üzərlərinə əyilin. Bir neçə saniyə basın, sonra başqa bir nöqtəyə sürüşdürün.
Dairəvi təzyiqlər
Sabit təzyiqdəki kimi basın, sonra kiçik, dərin və dairəvi hərəkətlərlə dəri və altdakı əzələ təbəqəsi üzərində dairələr çəkin.
Dalğa masajı
Bu kiçik dairəvi hərəkətlər dalğalanma təsiri yaradır. Çiyinlər, sinə, əl araları və ayaq topuqlarında tətbiq edə bilərsiniz. Əllərinizi zəif bir yumruq şəklində sıxın. Barmaq oynaqlarınızla dairəvi şəkildə irəli-geri masaj edin.
Tez və canlı vurma hərəkətləri ətli və əzələli bölgələr üçün faydalıdır. Sümüklü bölgələrdə, göyərmələr və yaralar üzərində tətbiq etməyin. Bu hərəkətlər qan dövranını nizamlayır. Yavaşca edildiyi zaman sakitləşdirici təsir göstərir. Bunu masajın sonunda yoldaşınızı oyandırmaq üçün edə bilərsiniz. Əgər birini yatırtmağa çalışırsınızsa, ya heç etməyin, ya da daha əvvəl edin. Hərəkətləriniz ağır və sərt yox, yüngül olmalıdır. Yoldaşınızı incitməmək üçün hərəkətləri əvvəl bir dəsmalda və ya öz üstünüzdə təcrübədən keçirdin.
Yumruqlamalar
Biləkləriniz sərbəst şəkildə olmaqla zəif bir yumruqla ard-arda vurun. Dəriyə toxunar-toxunmaz əllərinizi geri çəkin ki, hərəkətləriniz yüngül və canlı olsun.
Əllərinizin yanlarıyla vurarkən dəriyə toxunar-toxunmaz əllərinizi geri çəkin. Əllərinizlə ard-arda çox tez hərəkət edin. Əlləriniz tamamilə zəif olmalıdır, belə ki, barmaqlarınızın bir-birinə çarpdığını eşidə biləsiniz.