Qadin.NET / Masajın tarixi haqda qısa məlumat

Masajın tarixi haqda qısa məlumat

Masajın tarixi haqda qısa məlumat

Masajın tarixi ehtimalla insanın ortaya çıxmasıyla başlayar. Bu, hamımızın instinktlə etdiyi bir şeydir: Meymunların bir-birlərinin tüklərini təmizləməsi, heyvanların yaralarını yalaması, insanların ağrıyan bir oynağı ovması  masajdir əslində. Masaj bəlkə ən köhnə sağaltma üsuludur tarix boyunca bütün mədəniyyətlərdə istifadə edilmişdir. Yunanlı həkim Hippokrat tərəfindən 'anatripsis' olaraq adlandırılmış digər yazıçılar tripsis, ovuşdurma, əllə müalicə, ya da ovma olaraq adlandırmışdılar.Bizim masaj sözcüyünü istifadəsi  nisbətən yenidir bu söz ərəbcədə əllə sığallamaq mənasını verir.

 


Qədim Çin, Hindistan və Misir əlyazmalarında masajın xəstəlikləri qarşısını almaq, sağaltmaq yaraları yaxşılaşdırmaq üçün istifadə edildiyi yazılmaqdadır. Romalı imperatorluq həkimi masaj məşqlə əlaqədar ən az on altı kitab yazmışdır onun fikirlərinin çoxu bu gün hələpraktik dəyərini qorumaqdadır.18 19-cu əsrlərdə isveçli Per Henrik Ling-in (1776-1839) təsiriylə Avropa da masaja rəğbət artmış İsveç masaj sistemi Avropa səviyyəsində yayılmışdır. Ling, tibbi gimnastika masaja böyük əhəmiyyət vermişdir.

 


Hindistanda, masaja hər zaman  böyük dəyər verilir.Analar uşaqlarına masaj edər və sonra da öz uşaqlarına ana-atalarına eynisini etmələri öyrədilirdi.19 əsrin sonlarında, masaj artıq məşhur bir tibbi müalicə üsulu olaraq cərrahlar həkimlər tərəfindən tez-tez istifadə edilməyə başlamışdır. 1894-cü ildə Londonda səkkiz professional qadın, Təhsilli Masajçı dərnəyini qurmaq üzrə bir araya gəlmişdir. Bunlar, indiki adıyla təsdiq edilmiş Fizika Müalicə Dərnəyinin qurucularıdır.

 


Masaj, edilən insanın sağlamlığı üzərində bir çox faydalı təzyiq göstərər; qan dövranını nizamlar, əzələləri boşaldar, həzmə kömək edər.Masajın faydaları yalnız masaj edilən tərəfindən hiss edilməz: Masajçı da eyni şəkildə təsirlənər bundan.Əllərimizi bir insanın üzərində gəzdirmək həm masaj edən, həm edilən üçün rahatlaşdırıcı təsirə malikdir.

 

Hər birinizə saglamlıq azru edirəm.

 

19 mart 2012
GO BACK